İbrahim Haqqı Ərzurumi
Ərzurumlu İbrahim Haqqı (18 may 1703, Ərzurum ili – 22 iyun 1780, Siirt) — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır.
Ərzurumlu İbrahim Haqqı | |
---|---|
Doğum tarixi | 18 may 1703 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 1780 (77 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | astronomiya, fizika, psixologiya, sosiologiya |
Təhsili | Tiloya mədrəsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir.
Fəaliyyəti
Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir.
Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.