İbrahim Əsədullayev

İbrahim Muxtar oğlu Əsədullayev (1902, Rusiya imperiyası1946, Bakı) — Azərbaycan SSR xalq daxili ticarət komissarı (1937–1938), SSRİ Ali Sovetinin (millətlər palatası) I çağırış deputatı.[1]

İbrahim Əsədullayev
bayraq
Azərbaycan SSR xalq daxili ticarət komissarı
bayraq2
avqust 1937 29 iyun 1938
SonrakıƏzizağa Əzizbəyov
(xalq ticarət komissarı kimi)
Şəxsi məlumatlar
Doğum tarixi 1902
Doğum yeri
Vəfat tarixi 1946
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Repressiyalara uğraması

Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur[2]. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır[2]. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir[3]. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi[4]. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə10 il müddətinə azadlıqdan məhrum edilmişdir[5]. 1946-cı ildə həbs düşərgəsində dünyasını dəyişmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət edilmişdi[6]. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır[6].

Ədəbiyyat

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.