İbrahim Əliyev (aktyor)

İbrahim Əsgər oğlu Əliyev (Əlizadə)[1] (10 iyul 1949, Bakı26 noyabr 2020) — aktyor.

İbrahim Əliyev
İbrahim Əsgər oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Bibiheybət Qəbiristanlığı
Fəaliyyəti Aktyor

Həyatı

İbrahim Əsgər oğlu Əliyev 1949-cu il iyul ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Əsgər İbrahim oğlu Əliyev məktəbdə tarix fənnindən dərs demişdir, anası Hökümə Məmmədbağır qızı Əliyeva isə evdar qadın olmuşdur. 1967-ci ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib. 1963-cü ildən Fioletov adına klubun dram dərnəyində həvəskar aktyor kimi çalışıb.[2] 1971-ci il İbrahim Əliyev incəsənət institutun aktyorluq fakültəsinə daxil olub. Bir müddət Şəki Dövlət Dram Teatrında daha sonra Gənclər Teatrında çalışıb.[3] Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Estrada və musiqili teatr rejissoru" kafedrasında çalışıb. 2020-ci il 26 noyabr tarixində dünyasını dəyişib.[4][5]

Tamaşalar

  1. Arturo Uinin karyerası[4]
  2. Pul dəlisi[4]
  3. Mushfiq[4]

Filmoqrafiya

  1. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  2. Əmək və qızılgül (film, 1962)
  3. Güllələnmə təxirə salınır!... (film, 2002)
  4. Qətl günü (film, 1990)
  5. Yazıçı (2013)

İstinadlar

  1. "Arxivlənmiş surət". 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
  2. "Bu gün vəfat edən əməkdar artist KİM İMİŞ? - FOTO". Sabaha-inamla.az. 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
  3. "Azərbaycanın Əməkdar artisti vəfat etdi – FOTO". Yeni Gündəm (az.). 2020-11-26. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
  4. "Əməkdar artist vəfat etdi". Kulis.az (az.). 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
  5. "Arxivlənmiş surət". www.anl.az. 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.