İbn Həcər Əsgəlani
İbn Həcər Əsgəlani (773 — 852) — görkəmli fəqih və tanınmış mühəddis.
İbn Həcər Əsgəlani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Misir |
Vəfat tarixi |
Həyatı və fəaliyyəti
Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari” əsəri olmuşdur. Bu əsər Məhəmməd Buxarinin “Səhihi Buxari” əsərinin şərhidir. İbn Həcərin digər məşhur əsəri isə fiqhi məsələlərə həsr edilmiş “Bülüğul-Məram min Ədillətül-Əhkam” (Dini ehkamların anlaşılmasında məqsədə çatma) adlanan hədis kitabıdır.[1]
Əsərləri
- "Fathül-Bari fi Şərhis-Sahihül-Buxari"
- "Səhihi Buxari"
- "Bülüğul-Məram min Ədillətül-Əhkam" (Dini ehkamların anlaşılmasında məqsədə çatma)
- "Hədyüs-sari"
- "Havaşi tənqihiz-Zərkeşi iləl-Buxari"
- "Əl-Mükərrər fi şərhil-mühərrər"
- "Ən-Nükət ələ şərhi səhihi Müslüm"
- "Ət-Təliqə ila müstədrəkil-Hakim"
- "Əl-Məcalis"
- "Təhzibüt-təhzib"
İstinadlar
- A.A.Əlizadə, E.M.Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, 400 səh.