İbn Fəzl

İbn Fəzl739805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir.

İbn Fəzl
Doğum tarixi 739
Vəfat tarixi 805

İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb.

Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib.

İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib. Ona geniş imkanlar verilib. 17 illik vəzirliyi əsnasında Abbasi İmperatorluğuna böyük xidmətlər göstərib.

İbn Fəzlin heç şübhəsiz ən böyük xidməti, dünya tarixində ilk dəfə kağız fabrikasını qurmasıdır. İohann Qutenberq 1450-ci ildə mətbəəni yaratmasına ilham verəcək kağız fabrikası 794-cü ildə Bağdadda qurub.Bu kağız fabrikasının yaradılması isə bütün dünyada yeni bir dövrün başlanğıcını qoyub.

Kağızın icad edilməsi üzərində olan iddialar

Bəzi qaynaqlarda kağızın ilk dəfə 105-ci ildə Çində tapıdığı yazılıdır. Hətta daha əvvəl Şumerlərdə lövhə deyilən kərpic, misirlilərdə qamışdan hazırlanmış papirus və Yaxın Şərqdə dəridən hazırlanan perqamentə rast gəlindiyi bildirilir. Lakin bunların heç biri az tapılmasına və çox bahalı olmasına görə yayılmayıb. Buna görə də İslamiyyətin yaranmasına qədər insanlar düşündüyünü və bildiyini doğru-dürüst yazmaqdan məhrum olub.

Ancaq 751-ci ildə, Səmərqənddə yaşayan müsəlmanlar, çinlilərlə əlaqə yaradıblar. Onlardan kağız istehsalını öyrəniblər. Onların heç cür inkişaf etdirə bilmədikləri və yaya bilmədikləri kağız sənayesini canlandırıblar. Çinlilər kimi yalnız ipək baramasından deyil, kətanpambıq lifindən zərif və ağ kağızlar emal ediblər və bunu yaymağa başlayıblar. Xəlifə Mənsur (754-755) da bu vaxt dövlət idarələrində Misirdən idxal olunan papirusun istifadəsini qadağan edir, yerinə müsəlmanların gətirdiyi və inkişaf etdirdiyi pambıqdan hazırlanan ucuz kağızdan istifadəni əmr edir. Daha sonra vəzir İbn Fəzl də kağızı daha ucuz hazırlamaq və elmin yayılmasına yardım etmək məqsədiylə 794-cü ildə ilk kağız fabrikini yaradıb.

Nə çinlilərin ipəkdən hazırladığı kağızı, nə misirlilərin papirusu, nə qədim anadoluluların perqamenti, nə şumerlərin kərpici, yeni icad edilən bu kağız qarşısında duruş gətirə bilməyib.

Hətta bu barədə fransız filosofu Gustav le Bon kağızın yeni bir mədəniyyət başlanğıcı olduğunu bildirərək belə söyləyir:

" Perqamenti sıradan çıxarmış kitab kağızını müsəlmanlar icad ediblər. Əgər İslam mədəniyyətinin kitab, barıt və kompas kimi mirasları əlimizin altında olmasaydı, bizim intibah dövrünün necə bir şey olacağını göz önünə gətirməliyik. "

İbn Fəzl bu müvəffəqiyyəti, kağız sənayesinin inkişafını təmin edib. Daha sonrakı illərdə ŞamdaLiviyada kağız fabrikləri yaradılıb. Suriya, Misir, Tunis, İspaniya və nəhayət Avropa bir neçə əsr sonra bu qığılcımlardan faydalanıb. Paris İslam İnstitutunun professorlarından olan Jacques Risler, "La Civilisaton Arabe" adlı əsərində, "İslamiyyətin Avropaya gətirdiyi ən xeyirli nemətlərdən birinin də kağız olduğuna şübhə yoxdur", – deyir. İlk kağız fabrikinin 794-cü ildə Bağdadda yaradıldığını söylədikdən sonra, onu 900-cü ildə Misirin istifadə etməyə başladığını, 1100-cü ildə Fasa keçdiyini, Avropada həqiqi kağız üzərinə yazılan ən qədim sənədin Siciliya kralı Rogerin arvadı tərəfindən 1109-cu ildə yazıldığını bildirir.

Elm tarixi araşdırıcısı Will Durant da "Mədəniyyət Tarixi" adlı əsərinin "İman Çağı" hissəsində, kağız fabrikinin 794-cü ildə ilk dəfə Harun ər-Rəşidin vəzirinin oğulu Fazil tərəfindən yaradıldığını bildirir. Avropaya keçidini də belə izah edir: "Kağız emalı metodu müsəlmanlar tərəfindən Siciliyaİspaniyaya gətirilib. Oradan Fransa və İtaliyaya keçib. Miladdan sonra 105-ci ildən etibarən Çində istifadə edildiyini gördüyümüz kağızı, 707-ci ildə Məkkə, 800-ci ildə Misir, 950-ci ildə İspaniya, 1100-ci ildə Bizans, 1102-ci ildə Siciliya, 1228-ci ildə Almaniya1309-ci ildə isə İngiltərəyə qədəm qoyub."

Kağızın emalı, elmin yayılmasını asanlaşdırdı.Çoxlu sayda kitablar yazıldı, kitabxanalar yaradıldı. Kağız fabrikinin yaradılmasından keçən yüz il ərzində isə təkcə Bağdadda yüzdən artıq kitab dükanı açılmışdı.

Həmçinin bax

Mənbə

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.