İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir.
İbn Bətutə | |
---|---|
ərəb. مُحمَّد بن عبد الله بن مُحمَّد اللواتي الطنجي | |
Doğum tarixi | |
Doğum yeri | Tanjer, Mərinilər |
Vəfat tarixi | |
Vəfat yeri | Fəs |
Vətəndaşlığı | Mərinilər |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], coğrafiyaşünas, yazıçı, xəritəşünas, qazı, tacir, fəqih |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir.
İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi.
İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir. Əsasən şəxsi məlumatlarına əsaslanaraq bu gün də öz əhəmiyyətini itirməyən, bir çox Avropa dillərinə tərcümə olunan "İbn-Bətutənin səyahətləri" əsərini yazmışdır.
Ömrünün 30 ilini (1325–1354) səyahətə həsr etməklə o, coğrafiya tarixində özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir abidə qoyub getmişdir. İbn-Bətutə Ferdinand Magellana qədər bütün dövrlərin ən böyük səyyahı sayılır. Coğrafiya tarixində orta əsrlərin ən qiymətli əsərləri ona məxsusdur.
Mənbə
- Милославский Г. В. Ибн-Баттута. М.: Мысль, 1974, 80 с. (Замечательные географы и путешественники).
- Тимофеев И. В. Ибн Баттута. М.: Молодая гвардия, 1983, 270 с.
- Ибрагимов Н. Ибн Баттута и его путешествия по Средней Азии. М.: Наука, 1988.
- M. C. Əliyev, F. A. Həsənli. Coğrafi kəşflərin tarixi və səyyahlar. Bakı: 2009.
Xarici keçidlər
- Отрывки из сочинения Ибн Баттуты на сайте Восточная Литература