İblis Bibliyası
"İblis Bibliyası" (ing. Devil's Bible) və ya "Codex Gigas" kimi də tanınır — XII-XIII əsrlərin qovşağında güya İblisin yardımı ilə bir rahib tərəfindən yazıldığı iddia edilən kitab.[1] İsveçin paytaxtı Stokholmda saxlanılır.
Tarixi
Alimlərin fikrinə görə isə kitabı XIII əsrin əvvəllərində Çexiyanın paytaxtı Praqadan 100 km aralıdakı Podlajitsa şəhərindəki Benediktin monastırının rahibi 12 ilə yazıb.[1]. Monastır 15-ci əsrdə Qusçular hərəkatı zamanı dağıdılması ilə Sistersiyanların Sedlek monasırına bağışlanılan kitab daha sonra Brevnovskidəki Benediktin monastırı tərəfindən alınmışdır. 1477-ci ildən 1593-cü ilədək Braumovda bir monastırın kitabxanasında saxlanılmış, 1594-cü ildə isə İmperator II Rudolfun kolleksiyasına qatılmaq üçün yenidən Praqaya aparılmışdır.
1648-ci ildə 30 illlik müharibənin sonunda kolleksiya İsveç ordusu tərəfindən qənimət kimi götürülmüşdür. 1649-cu ildən 2007-ci ilə qədər əlyazma Stokholmda İsveç Kral Kitabxanasında saxlanılmışdır. 7 may 1697-ci il tarixində yanğın nəticəsində kral sarayı yanmış və nəticədə kitabxanaya ciddi zərər dəymişdir. Əlyazma pəncərədən çölə atılaraq xilas edilmişdir. Nəticədə kitab bəzi vərəqləri ətrafa səpələnmişdir və onların bəziləri tapılmamışdır. Buna görə də əlyazmanın bəzi səhifələri əksikdir.
2007-ci ilin sentyabr ayında, 369 ildən sonra kitab İsveçrədən 2008-ci ilin yanvarına qədər müvəqqəti şəkildə Praqaya qaytarılmış və Çex Milli Kitabxanasında nümayiş etdirilmişdir.
Əfsanə
Kitabla bağlı rəvayətlərə görə, bir rahib günahlarının bağışlanması üçün "Bibliya"nın üzünü bir gecəyə köçürəcəyini vəd edir.[1] Amma bu işi səhərədək başa vura bilməyəcəyini anlayanda o, İblisdən yardım istəyir.[1]
Ölçüləri
İlkin olaraq 640 səhifədən ibarət olmuşdur.[1] Günümüzə kitabın 624 səhifəsi çatmışdır.[1] Vərəqləri 160 eşşəyin dərisindən hazırlanmışdır. Ağırlığı 75 kq, eni 50 sm, uzunu 92 sm-dir.[1]
Məzmunu
Kitabda Əhdi-Ətiq və Əhdi-Cədid, Seviliyalı İsidorun "Etimologiya"sı, İosif Flavinin "Yəhudi savaşları", "Günahkarın aynası", Kosma xronikasının siyahısı, müxtəlif dualar və müqəddəslərin bayramları göstərilmiş təqvim var.[1]
Kitabın 290 səhifəsində bütün xristianlar üçün müqəddəs mətnlər İblisin rəsmləri ilə müşayiət olunur.[1]
İstinadlar
- 160 eşşək dərisindən hazırlanmış İblis kitabı Arxivləşdirilib 2015-05-15 at the Wayback Machine. bizimyol.info, 12.05.2015 (az.)
Ədəbiyyat
- Bártl, S., Kostelecký, J.: Ďáblova bible. Tajemství největší knihy světa, Paseka, 1993. ISBN 80-85192-64-0
- Codex Gigas in the European Library: treasure of national library of Sweden Arxivləşdirilib 2007-05-12 at the Wayback Machine
- J. Belsheim, Die Apostelgeschichte und die Offenbarung Johannis in einer alten lateinischen Übersetzung aus dem 'Gigas librorum' auf der königlichen Bibliothek zu Stockholm (Christiana, 1879).
- M. Gullick, The Codex Gigas. A revised version of the George Svensson lecture delivered at the National Library of Sweden, Stockholm, November 2006, Biblis 28 (2007), pp. 5–19.
Xarici keçidlər
- Official Codex Gigas site at the National Library of Sweden.
- Browse the complete Codex Gigas in high resolution.
- World Digital Library presentation of Codex Gigas. National Library of Sweden. Primary source 13th-century manuscript from Bohemia, one of the historical Czech lands.