İbislər
İbislər (lat. Threskiornithidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
İbislər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Phaethoquornithes Klad: Aequornithes Dəstə: Yarımdəstə: Ardei Fəsilə: İbislər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
İri və orta böyüklükdə quşlardır. Dimdiyi uzun, aşağı əyilmiş (əsl ibis) və ya düz, uc hissəsindən enlidir (ərsindimdik). Ayaqları uzun, barmaqlarının əsası qısa pərdələrlə birləşmişdir. 20 cinsi (32 növü) vardır. Azərbaycanda iki növü qaranaz (qaravay) və ərsindimdik yuvalayır. Bataqlıq və göllərdə yayılmışdır. Koloniyalarla ağacda, qamışlıqda, qayalarda və yerdə yuvalayır; 2-3 və bəzən 4 yumurta qoyur, 3-4 həftə kürt yatır. Cücü, qurd, molyusk, xərçəngkimilər, xırda balıq, qurbağa və s. ilə qidalanır.
Təsnifatı
Ərsindimdiklər (Plataleinae) yarımfəsiləsi
- Ərsindimdik (Platalea)
İbislər (Threskionithinae) yarımfəsiləsi
- Threskiornis
- Pseudibis
- Thaumatibis
- Geronticus
- Nipponia
- Bostrychia
- Theristicus
- Cercibis
- Mesembrinibis
- Phimosus
- Eudocimus
- Plegadis
- Lophotibis
İstinadlar
Mənbə
- Azərbaycan Sovet EnsiklopediyasıIV cild, səh. 353, Bakı, 1980
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.