İbiş Məmmədov
İbiş Behbud oğlu Məmmədov (13 iyun 1961, Qafan – 20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi[1].
İbiş Məmmədov | |
---|---|
İbiş Behbud oğlu Məmmədov | |
Doğum tarixi | 13 iyun 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyatı
İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub[2].
1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri:
"Mamedov, gəl bizə qoşul, Qarabağı Azərbaycandan qoparaq" |
— deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu[3].
Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib. Doqquz il övlad payı gözləyib. İndi də belə… O müdhiş gecə Salyan qazarmasının yanında olub.
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Hövsan qəsəbəsində adına küçə var[2].
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- Azərbaycan Respublikası Xatirə Kitabı, IX cild. səh.552.
- "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.