İberiya çarlığı

İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur.

Krallıq
İberiya çarlığı
ქართლის სამეფო
kartlis samepo
Bayraq
Bayraq
Kolxida və İberiya krallıqları
Kolxida və İberiya krallıqları
 

Paytaxt Armazi (şəhər), Tbilisi
Dilləri Qədim gürcü dili
Rəsmi dilləri Gürcü dili
Dövlət dini Bütpərəstlik
Xristianlıq
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə. 65-ci ildə Roma legionları Pompeyin sərkərdəliyi ilə İberiyaya soxuldular, lakin burada möhkəmlənə bilmədilər. E.ə. II əsrdə İberiya çar Farasmanın dövründə xeyli gücləndi. 337-ci ildə xristianlıq İberiyanın rəsmi dini elan olundu. IV əsrin sonlarında Sasanilər dövləti tərəfindən işğal olunan İberiyanın üzərinə ağır xərac qoyuldu. V əsrdə İberiyada hökmdar Vaxtanq I Qorqasalın başçılığı ilə Sasanilərə qarşı üsyan başlandı. Üsyanın yatırılmasından sonra Sasanilər İberiyada çar hakimiyyətini ləğv etdilər və onu özlərinin əyalətlərinə çevirdilər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.