İbaxlı

İbaxlıAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

İbaxlı
41°21′32″ şm. e. 46°51′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 527 nəf.
İbaxlı xəritədə
İbaxlı
İbaxlı

Toponimikası

Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır.[1]

Coğrafiyası və iqlimi

Kənd Alazan-Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var.

Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 154 təsərrüfatda hər iki cinsdən toplam 594 nəfər əhali yaşamaqdadır. Əhalisi milliyətcə etnik Azərbaycan türkləri olan muğallardan ibarətdir[2]. Gün ərzində İbaxlı kəndinə 3 dəfə marşurut avtobusu işləyir. Kənddə 1 məktəb, 1 klub, 1 kitabxana və 9 mağaza fəaliyyət göstərir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini tütünçülük, baramaçılıqtaxılçılıq təşkil edir. Bundan başqa əhali qərzəkli meyvələrin və müxtəlif kənd təsərrüfatı məhsullarının da satışı ilə məşğul olur.

İstinadlar

  1. İbaxlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169. .

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.