İbadulla Ağayev

İbadulla Əliağa oğlu Ağayev (17 yanvar 1950, Muğan Gəncəli, Sabirabad rayonu) — Azərbaycan alimi, tibb elmləri doktoru (1991), professor (1992). Səhiyyə Nazirliyinin Baş epidemioloqu (1992–2020), Azərbaycan Respublikasının əməkdar müəllimi (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2007). Rusiya Təbiət Elmləri Akademiyasının (1999), Beynəlxalq Ekoenerji Akademiyasının (2001) və Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Epidemioloqları, Mikrobioloqları və Parazitoloqları Cəmiyyətinin sədridir.[2]

İbadulla Ağayev
Ağayev İbadulla Əliağa oğlu
Doğum tarixi 17 yanvar 1950(1950-01-17) (74 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elm sahələri epidemiologiya, leptospiroz[1], salmonellyozlar, helmintozlar, qeyri-infeksion xəstəliklər[d]
Elmi dərəcəsi
Elmi adı
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar elm xadimi Azərbaycan Respublikasının əməkdar müəllimi "Aşıq Ələsgər – 200" yubiley medalı

Həyatı

İbadulla Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. 1966-cı ildə Muğangəncəli kənd orta məktəbini bitirib. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib.[3] 1973–1974-cü illərdə E. Əfəndiyev adına 2 saylı Bakı şəhər klinik xəstəxanasında cərrahiyə ixtisası üzrə internatura keçmişdir.

1974-cü ildən 1976-cı ilin mart ayına qədər Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında həkim işləmişdir. 1976-cı ilin mart ayında N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir.

1979-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş və 1982-ci ildə kafedraya dosent vəzifəsinə seçilmişdir. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1992-ci ildə epidemiologiya kafedrasına müdir vəzifəsinə müsabiqə yolu ilə seçilmiş və həmin ildə də professor vəzifəsi təsdiq olunmuşdur.

Hal-hazırda Azərbaycan Tibb Universitenin Epidemiologiya və biostatistika kafedrasının müdiridir. Rəhbərliyi altında 40 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə etmişdir. 270 elmi əsərin, o cümlədən 5 dərsliyin, 15 tədris vəsaitinin, 10 metodik göstərişin müəllifidir.

1992-ci ildən 2020-ci ilə qədər Səhiyyə Nazirliyinin baş epidemioloqu olmuşdur. Eyni zamanda ATU-nun gigiyenik fənlər üzrə metodik və epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyalarının sədridir.

1999-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının, 2001-ci ildə isə Beynəlxalq Eko-enerji Akademiyasının üzvü seçilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltifləri

1999-cu və 2006-cı illərdə Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.

2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ. P. Pavlov adına gümüş medalı ilə təltif olunmuşdur.

2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir.[4]

2007-ci ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" adına layiq görülmüşdür.

27 mart 2024-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.