İbadulla
İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd.
İbadulla | |
---|---|
39°28′59″ şm. e. 44°59′44″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır.[1] İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir.
29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Əhali
Əhalisi 1437 nəfərdir.(2009 - cu il)[3] Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid yaşayış yeri var.
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı-2007. I cild, səh.361.
- "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- İbadulla kəndi GEOnet Names Serverdə.