İbad Abbasov
İbad Musa oğlu Abbasov (1953, Ağcabədi rayonu) — İqtisad elmləri doktoru, professor, Bakı Biznes Universitetinin təsisçisi və rektoru.
İbad Abbasov | |
---|---|
İbad Musa oğlu Abbasov | |
7 aprel 1992 – 1997 | |
Təmsil etdiyi | Yeni Azərbaycan Partiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | mühasibat uçotu, audit |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
Həyatı
İbad Musa oğlu Abbasov 1953-cü ilde Ağcabədi rayonunda anadan olub. 1970-ci ildə Ağcabədi rayon 1 saylı orta məktəbini bitirmişdir. 1974–1978-ci illərdə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Ümumi iqtisadiyyat" fakültəsində tam ali təhsil almışdır. 1979–1990-cı illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyində baş mütəxəssis, 1990–1992-ci illərdə "İqtisadçı" EİM-nin direktoru, Azərbaycan İcarədarlar və Sahibkarlar İttifaqının vitse-prezidenti vəzifələrində çalışmışdır.
1988-ci ildə Sankt-Peterburqda "Rabitə müəssisələrində nəzarət-təftiş işinin təkmilləşdirilməsi" mövzusunda namizədlik və 2001-ci ildə Kazan şəhərində "Auditdə maliyyə təhlili" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə elmdə və təhsildə əldə etdiyi nailiyyətlərinə görə professor elmi adına layiq görülmüşdür.
Ailəsi
Evlidir, 2 övladı var.
Elmi fəaliyyəti
İbad Abbasov 125-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafıya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifıdir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür.
1999-cu ildən hazırkı dövrə qədər "Audit" jurnalının baş redaktorudur.
İbad Abbasov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. O, Azərbaycan Respublikasında Audit elmi məktəbinin yaradıcısıdır, Respublika və beynəlxalq elmi forumlarda məruzə və çıxışlarla iştirak edir. Ölkəmizdə iqtisad elminin inkişafında və iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür.[1]
1992-ci ildən Bakı Biznes Universitetinin təsisçisi və hal-hazıra qədər həmin universitetin rektorudur.[2]
İstinadlar
- "Arxivlənmiş surət". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- "Rektorluq". Archived from the original on 2023-01-05. İstifadə tarixi: 2022-10-13.