İS-3
İosif Stalin tankının 1944-cü ilin sonlarında dizaynın və konstruksiyanın yüksəldilməsi nəticəsində IS-3 (Object 703) tankları meydana gəldi. Bu tankın zireh nizamı düzəldildi və müharibədən sonra SSRİ tanklarının damğası halına gələn yarımkürəvi quruluşa malik olan çuqunlu qəlibləşdirilmiş tank qülləsindən (tərsinə çevrilmiş bir şorba kasasına bənzəyən) istifadə edilməyə başlanıldı. Bu alçaq hemisferik tank qülləsi, müdafiəni gücləndirmişdir. Eyni zamanda, xüsusilə doldurucu üçün çalışma sahəsi önəmli şəkildə azaldı (ümumiyyətlə götürdükdə SSRİ tankları Qərb tanklarına nəzərən narahat olan daha kiçik interyerə (daxili dizayn) sahib olmuşdurlar). IS-3 tankları İkinci dünya müharibəsinin lap sonlarında gəldi və almanlar ilə çox da ciddi müharibələrdə qarşılaşmadı. Yalnız Berlinin müdafiəsinin yarılması əməliyyatlarında bu tanklardan almanlara qarşı istifadə edilmişdir. Berlin müharibəsində almanların əlində olan heç bir texnika bu tankın öndən zirehini dağıtmağı bacarmamışdır. Bu tanklardan ibarət olan bir alay Yaponiya İmperiyasına qarşı Mancuriyaya göndərilmişdir.
İS-3 | |
---|---|
| |
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1943-1995 |
İstismara başlanması | 1945 |
İstismar edənlər | SSRİ, Şimali Koreya, Misir |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi, Altı günlük müharibə və s. |
İstehsal tarixçəsi | |
Konstruktor | Zhozef Kotin, Nikolay Dukhov |
Konstruksiya tarixi | 1944 |
İstehsalçı | Kirov zavod (eng.Kirov Factory; rus. Кировский завод) |
İstehsal illəri | 1945—1946 |
İstehsal sayı | 2311 |
Xüsusiyyətləri | |
Ağırlığı | 46,5 ton |
Şose sürəti | 40 km/saat |
Əsas silah | 122 mm |
Köməkçi silah |
1 × 12,7 mm 1 × 7,62 mm |
Uzunluğu | 9850 mm |
Lülənin uzunluğu |
Topu 2950 mm Gövdəsi 6900 mm |
Eni | 3150 mm |
Hündürlüyü | 2450 mm |
Ekipaj | 4 nəfər(komandir,sürücü,topçu,yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı ildə başlayan modernizasiya ilə IS-3 tankları və yüngül IS-2M tankları oxşar bir şəkildə, IS-3M olaraq modernizasiya edilmişdirlər.
Belə bir əfsanə dolaşır ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra keçmiş müttəfiqlər getdikcə güclənməkdə olan SSRİ-yə qarşı müharibəyə başlamaq və həmin müharibədə əsir almanlardan da istifadə etmək istəyirlərmiş. Lakin 7 sentyabr 1945-ci ildə SSRİ Berlində keçirilən qələbə paradında ilk dəfə özünün İS-3 tipli yeni, ağır tanklarını nümayiş etdirir. Bu tankları görən müttəfiqlər SSRİ-yə qarşı müharibəyə başlamaq fikrindən çəkinirlər.[1]
İstinadlar
- "Arxivlənmiş surət". 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.