İştar darvazası
İştar darvazası (ərəb. بوابة عشتار) —Babilistanda daxili şəhərin səkkizinci darvazası.
Quruluşu
İştar darvazası tərəflər üzrə nəhəng divarlarla məhdudlanmış və yarımdairəvi qövsü təşkil edir, hansı ki, divarlar boyu davam edir. Darvaza İştar ilahəsinə həsr olunmuş və kərpicdən tikilmişdir, açıq-mavi, sarı, ağ və qara şirlə örtülmüşdür.
Təsvirlər
Darvazanın divarlarında və Nümayiş Yollarında təbiiyə çox yaxın olan pozalarda heyvanları təsvir edən qeyri-adi gözəllik barelyeflərdə göstərilmişdir. Kənar divarlarda təxminən şirlərin 120-yə yaxın barelyefi mövcuddur. Qapıların divarları bir sıra sirruşey və öküz təsvirləri ilə örtülmüşdür. Qapılarda heyvanların təxminən 575 təsviri vardır. Darvazanın dam və qapıları sidr ağacından istehsal olunmuşdur. Yeni ilin bayram edildiyi gündə bu tağdan Allahların surəti olan heykəllər keçirilərək nümayiş etdirilirdi.
Navuxodonosorun mixi yazısı
Darvazanın inşası başa çatdıqdan sonra çar II Navuxodonosor mixi yazı ilə bir ümumi icmal təşkil etməyi əmr edir. Yazı belə başlanır:
“Mən — Navuxodonosor, Babil çarı, mömin hökmdar, gücü və xeyirxahlığı ilə Mardukanı idarə edən, Şəhərin ən yüksək hökmdarı, Səmanın sevimlisi, hiyləgər və yorulmayan... Babilistanın əmin-amanlığı haqqında həmişə saxlayan, müdrik ilk oğul Nabopolassara, Babilistanın çarı…”
Bu yazı ilə olan lövhəcik indi Perqam muzeyində saxlanılır.
Robert Koldevey darvaza haqqında
Robert Koldovey İştar qapılarını belə təsvir edir:
“Kərpic sıraları bir-birinin arxasınca gedir. Əjdahalar və öküzlər heç bir təsvirdə bir horizontal sırada rast gəlinmirlər, lakin bir sıra öküzlərin sırası sirruşeylərin sırasını izləyir və yaxud əksinə, bir sıra sirruşeylər öküz sıralarını izləyir. Hər ayrı bir təsvir 13 kərpic hündürlüyü təşkil edir və onların arasında ara 11 kərpic olur. Beləliklə, bir təsvirin aşağısından məsafə başqasının aşağısına qədər 24 kərpicə bərabərdir və ya təxminən dəqiq iki metrə, yəni dörd Babilistan elamına bərabər olur.”
Darvazanın surəti
Darvazanın surəti İraqda muzey girişində saxlanılır, inşası hələ də başa çatmamışdır. Bir sözlə, İştar darvazası Qədim Şərq və İkiçayarası tikililəri arasında seçilən nümunələrdəndir.
Qalereya
- Plitə üzərində ibtidai öküz və gül təsvirləri (Perqam muzeyinə daxil olan Ön Asiya muzeyi, Berlin, Almaniya)
- Darvazada şirlər və güllərlə olan küçə təsviri (Perqam muzeyinə daxil olan Ön Asiya muzeyi, Berlin, Almaniya)
- Hökmdar II Nebuxadnezzarın mixi yazısı (Perqam muzeyinə daxil olan Ön Asiya muzeyi, Berlin, Almaniya)
- 1930 - cu il Babil qazıntıları zamanı olan foto
- İraqın Əl-Hillə şəhərində İştar darvazasının tarixən yerləşdiyi yerin yaxınlığında yeni materiallardan düzəldilmiş surəti. (2011)