İştaha

İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı.

İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcəkmədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır. Xarici mühit - temperaturun yüksəlməsi, bir sıra xəstəliklər (neyro-psixi, beyin şişləri, ensefalit, isteriya, anemiya, leykozlar, hepatit, qastrit və s.) iştaha pozğunluqlarına səbəb olur. İştaha pozğunluğu 3 şəkildə təzahür edir: İştahanın azalması (yaxud tamam olmaması), çoxalması və pozulması (təbaşir, torpaq, əhəng, kömür və s. yemək). İştahasızlıqda həkimə müraciət etmək lazımdır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.