İşgüzar səfər (film, 1982)
İşgüzar səfər | |
---|---|
Janr | dram |
Rejissor | Rasim İsmayılov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina-Lünqkvist — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay |
Operator | Hüseyn Mehdiyev |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 16 fevral 1982 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 83 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1982 |
Texniki məlumatlar |
9 hissə 2329 metr genişekranlı 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Məzmun
Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır.
Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir.
Film haqqında
Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir.
Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir.
Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Rasim İsmayılov
- Quruluşçu operator: Hüseyn Mehdiyev
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Bəstəkar: Polad Bülbüloğlu
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Elmira Əliyeva
- Geyim rəssamı: Arif Məhərrəmov
- Qrim rəssamı: A. Rzazadə
- Operator: Rövşən Quliyev
- İşıq ustası: Məhəmməd Hacıyev
- Montaj edən: Nisə Hacıyeva
- Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov
- Operator assistenti: R. Quliyev
- Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner
- Montaj üzrə assistent: S. Qədimova
- Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı
- Redaktor: Toğrul Cuvarlı
- Filmin direktoru: Akif Musayev, Nadir Əliyev
- Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov
Rollarda
- Fəxrəddin Manafov — Ənvər
- Rəsmi Cəbrayılov — Bayramov
- Svetlana Rodina-Lünqkvist — Toma
- Fikrət Məmmədov — Həmid
- Hacı İsmayılov — Oqtay
- Hicran Mehbalıyeva — Ramizin arvadı
- Məbud Məhərrəmov — Ramiz
- Süleyman Ələsgərov — qoca
- S. Aslanova
- Sidiqqə Heydərova — Firuzə xala
- Bahadur Əliyev — kənd sakini
- Mayak Kərimov — kənd sakini
- Bəxtiyar Xanızadə — kənd sakini
- Cahangir Aslanoğlu — Surət Rzayeviç
- Rafiq Əliyev — Rafiq
- F. Hüseynov — qonşu
- Zemfira İsmayılova — Roza
- Tələt Rəhmanov — dəfndəki adam
- Gündüz Abbasov — dəfndəki adam
- D. Boqdanov
- Aydın Mahmudbəyov
- Toğrul Cuvarlı
- Q. Muradova
- Zemfira Sadıqova — Gülsüm
Filmi səsləndirənlər
- Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur)
- Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur)
- Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur)
- Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur)
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 222.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.