İşembay rayonu

İşembay rayonu (başq. Ишембай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi İşimbay şəhəridir.

İşembay rayonu
Ишембай районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

53°28′37″ şm. e. 56°30′43″ ş. u.


Ölkə
İnzibati mərkəz İşimbay
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi
  • 4.106,06 km²[1]
Hündürlük
845 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 86.245 nəf. (1 yanvar 2019)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34794
Poçt indeksi 4532ХХ
Rəsmi sayt
İşembay rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Rayon Aqidel çayının sağ sahilində yerləşir. İşembay rayonunun sahəsi 4002.59 km²-dir. Bələdiyyənin sahəsi isə 4106.06 km²-dir[3].

Qafuri, Beloret, Böryən, Mələuez, Sterlitamak rayonları, SalavatSterlitamak şəhərləri ilə həmsərhəddir.

Rayonun şərq hissəsi mütləq hündürlüyü 845 m-ə qədər olan Başqırd Uralının qərb silsilələrində yerləşir. Bölgənin qərb hissəsi bir az quraq iqlimi olan, meşə-çöl landşaftı ilə Pribelskaya qayalı dalğalı düzənlikdə yerləşir. Torpaqlar: boz, tünd boz meşə və qaratorpaq.

Yeraltı

Daş duz, əhəng daşı, gips, qum, dolomit, çınqıl və neft kimi faydalı qazıntılara sahibdir.

İqlimi

İqlimi kəskin kontinentaldır. Soyuq, uzun qışa və isti keçən yaya sahibdir. Yağıntının orta illik miqdarı 450-600 mm arasında dəyişir. Şaxtasız dövr 110-120 gün davam edir. Qışın ortasında qar örtüyünün hündürlüyü 20-30 sm, sonunda 30-40 sm-ə çatır. Küləyin istiqaməti: cənub-qərb[4].

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[5]:

2024 - 85,5 min nəfər.

2035 - 78,92 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 42,2%, başqırdlar - 41,5%, tatarlar - 12,3%, çuvaşlar - 1,8%, digər millətlərdən olanlar - 2,2%[6]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.

Urbanizasiya

Şəhər şəraitində (İşimbay şəhəri) rayon əhalisinin 73 % -i yaşayır.

İqtisadiyyat

Rayon sənaye və kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır. Kənd təsərrüfatına yararlı torpaqların 107,5 min hektarı (rayon ərazisinin 26,8% -i), o cümlədən 62,8 min ha əkin sahələri, 13,7 min ha biçənək sahələri, 31.6 min ha otlaq sahələri təşkil edir. Rayonun şərq hissəsi ətlik və südlük heyvandarlıq, qərbi şəkər çuğunduru və tərəvəz becərilməsi, donuzçuluq və arıçılıq məşquldur.

Təhsil

Rayondakı ilk məktəblər XIX əsrdə meydana gəlir.

Məlumdur ki, 1931-ci ildə onların sayı 60-a yaxın idi, 1934-cü ildə artıq 81 məktəb fəaliyyət göstərirdi. Onlarda 203 müəllim vardı. Onların ikisi ali təhsilli, 26 nəfər orta təhsilli, 105 nəfəri yeddi illik təhsilli, 12 nəfəri ibtidai təhsilli idi.

İndi İşembay rayonunda 46 ümumtəhsil məktəbi, o cümlədən 20 orta məktəb, Ufa Dövlət Aviasiya Texniki Universitetinon bir filialı, neft kolleci və 3 peşə məktəbi fəaliyyət göstərir.

İstinadlar

  1. http://www.gks.ru/dbscripts/munst/munst80/DBInet.cgi?pl=8006001.
  2. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  3. "Arxivlənmiş surət" (PDF). 2020-10-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
  4. "Arxivlənmiş surət". 2012-01-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-15.
  5. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-21.
  6. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.