İşdə məhəbbət macərası (film, 1977)

"İşdə məhəbbət macərası" (rus. Служебный роман) — rejissor Eldar Ryazanovun 2 seriyalı lirik komediya filmi. 1977-ci ildə "Mosfilm" kinostudiyasında istehsal olunan film 58 milyondan artıq tamaşaçı auditoriyası ilə 1978-ci il prokatının lideri olub.[2] 1979-cu ildə Vasilyev qardaşları adına RSFSR dövlət mükafatına layiq görülüb.

İşdə məhəbbət macərası
rus. Служебный роман
Janr Komediya
Rejissor Eldar Ryazanov
Ssenari müəllifləri
Baş rollarda Alisa Freyndlix
Andrey Myaqkov
Oleq Basilaşvili
Liya Axecakova
Operator Vladimir Naxabsev
Bəstəkar Andrey Petrov
İstehsalçı Mosfilm
İlk baxış tarixi 26 oktyabr 1977[1]
Filmin növü bədii film
Müddət 151 dəqiqə
Ölkələr SSRİ SSRİ
Dil rus dili
İl 1977
Bölüm sayı 2
Rəng rəngli
Çəkiliş yeri Moskva
IMDb ID0076727

Məzmun

Hadisə 1970-ci illərdə Moskvada baş verir. Baş qəhrəmanlar – Anatoli Yefremoviç Novosilsev və Lüdmila Prokofyevna Kaluginadır. Novosilsev tipik işçidir. Onun 2 oğlu var. Arvadı ondan ayrılıb. O, həmişə iş yerinə avtobusla gəlir. Kalugina Anatoli Yefremoviçin çalışdığı iş yerinin direktorudur. Onun "Volqa"sı və şəxsi sürücüsü var. Lakin qadın tək-tənhadır və şəxsi həyatda uğursuzluğa düçar olub. Ona görə də bütün diqqətini yalnız işə yönəldib.

Novosilsevin iş yoldaşı və rəfiqəsi Olqa Petrovna Rıjova ona təkan vermək istəyir ki, şöbənin rəisi olsun. Çünki bu iş yeri hələ ki, boşdur. Olqa Petrovnanın institut illərində görüşdüyü Yuri Samoxvalov gözlənilmədən direktorun müavini vəzifəsinə təyin olunur. Onlar üçü də (Novosilsev, Samoxvalov və Olqa) institutda bir qrupda oxuyublar. Öz dostu ilə görüşən Samaxvalov Novosilsevi vəzifə baxımından irəli çəkməyə çalışır. Lakin onun bütün cəhdləri boşa çıxır.

Lüdmila Prokofyevna olduqca işinə bağlı bir adamdır. Onun başı işə o qədər qarışıb ki, hətta özü barədə düşünməyi də unudub. Lüdmila Prokofyevna Novosilsevdə süstlük və təşəbbüssüzlük müşahidə edir. Lakin insafən demək lazımdır ki, Novosilsevin yaşı indiki vəzifəsi üçün çoxdan keçmişdi. Samoxvalov Novosilsevə ciddi iş xanımını yüngülcə ələ almağı təklif edir. Belə olduğu halda Novosilsev iş yerində irəli vəzifələrə keçə bilərdi. Samoxvalov iş yerindən hamını öz evinə qonaqlığa dəvət edir. Bu qonaqlıq zamanı Novosilsevin bütün cəhdləri boşa çıxır.

Filmin sonrakı gedişində Novosilsev Kaluginanı ələ almaq üçün son cəhdlərini edir. Bu cəhdləri Novosilsev vəzifə xatirinə etsə də, bir gün onda Kaluginaya həqiqi məhəbbət hissləri baş qaldırmağa başlayır. Məhəbbət bu filmin əsasını təşkil edir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : Emil Braginski, Eldar Ryazanov
Quruluşçu rejissor : Eldar Ryazanov
Operator : Vladimir Naxabsev
Rəssam : Aleksandr Borisov, Sergey Voronkov
Bəstəkar : Andrey Petrov

Rollarda

Alisa Freyndlix – Lüdmila Prokofyevna Kalugina
Andrey Myaqkov – Anatoli Yefremoviç Novosilsev
Svetlana Nemolyayeva – Olqa
Oleq Basilaşvili – Samoxvalov
Liya Axecakova – katibə Vera
Lüdmila İvanova – Şura
Nelli Pşennaya – Samoxvalovun arvadı
Georgi Burkov
Mariya Vinoqradova
Olesya İvanova
Aleksandr Fatyuşin – Vsevolod
Eldar Ryazanov – avtobus sərnişini

Filmin saundtrekləri

SayRusca (orijinal)AzərbaycancaSözlərİfaMüddəti
1.УвертюраUvertüraAlisa Freyndlix4:05
2.Танец воспоминанийXatirələr rəqsiinstrumental3:37
3.В моей душе покоя нетQəlbimdə sakitlik yoxdurRobert Berns (tərcümə: Samuil Marşak)Alisa Freyndlix2:17
4.Обрываются речи влюблённыхAşiqlərin nitqi kəsilirNikolay ZaboloskiAlisa Freyndlix1:47
5.ОсеньPayızinstrumental2:04
6.Облетают последние макиSonuncu lalələr uçurNikolay ZaboloskiAndrey Myaqkov3:33
7.В моей душе покоя нет 2Qəlbimdə sakitlik yoxdurRobert Berns (tərcümə: Samuil Marşak)Andrey Myaqkov3:07
8.УтроSəhərinstrumental2:38
9.Нас в набитых трамваях болтаетBasabas tramvaylarda bizdən danışırlarYevgeni YevtuşenkoAndrey Myaqkov2:05
10.Песенка о погодеHava haqqında mahnıEldar RyazanovAlisa Freyndlix2:54
11.Модный танецDəbli rəqsinstrumental2:21
12.ДождьYağışinstrumental2:50
13.ФиналFinalAndrey Myaqkov
Alisa Freyndlix
1:45

İstinadlar

  1. Freebase Data Dumps. Google.
  2. Lider TV. ""İşdə məhəbbət macərası" filminin 40 illiyi" (az.). Youtube.com. 01.11.2017. İstifadə tarixi: 2017-11-02.

2. Azərbaycan dilində izləmək üçün:

https://youtube.com/gcb2pxFVXBw

Xarici keçidlər

İzlə

Azərbaycan dilində izləmək üçün: https://t.me/immfilm

İşdə məhəbbət macərası — 10 ən yaxşı sovet filmindən biri

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.