İşığın interferensiyası

İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir.

Yunqun nəticələri

Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir.

  1. Yollar fərqi () cüt sayda dalğa uzunluğuna () bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir.

burada k-tam ədəddir.

  1. Yollar fərqi () tək sayda dalğa uzunluğuna () bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir.

Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir. İşığın interferensiyasını Frenel güzgüləri, Frenel prizması, Linnik təcrübəsi, Lloyd güzgüləri və s. ilə müşahidə etmək mümkündür.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.