İçiz

İçiz şanyü (e. ə. II əsre.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır.

İçiz
伊稚邪
ƏvvəlkiGünçen
SonrakıUvey
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. II əsr
Vəfat tarixi e.ə. 114
Atası Laoşan
Uşaqları Uvey
Suylihu
Adsız bir şahzadə, Çudihunun atası

Ailəsi

O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi. Hunlar cavab olaraq Çinin sərhəd bölgələrindən 2000 nəfər əhali qul olaraq götürdü. Hökmdarlığının ikinci ilində üç qrupla hücuma keçən və 30.000 əsgəri hər üç qrupa ayıran İçiz Şofan şəhərini qarət etdi. Cavab olaraq 100.000 əsgərdən ibarət Çin ordusu 15.000 hunu əsir alaraq apardı. Sonrakı il Çin ordusu bütün süvari birliklərini itirdi. Sərkərdə Siu Fan qaçsa da digər sərkərdə Çao Hsin təslim oldu və İçizin bacısı ilə evləndi. Onsuz da əslən hun olan Hsin yenidən tayfasına qayıtmış oldu. Sonrakı illər Hun ordusu daha böyük məğlubiyyətlərlə üzləşdi. Əsəbləşən İçiz məğlub olan iki sərkərdəni, şahzadə HunyeSyuçunu yanına çağırdı. Cəzalanmaqdan qorxan Hunye Çinə qaçmağı təklif etsə də Syuçu imtina etdi. Buna görə də Hunye Syuçunu öldürdü və qaçdı. 114-cü ildə yeni bir müharibəyə hazırlaşan İçiz öldü. Yerinə oğlu Uvey keçdi.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.