İçərişəhər
İçərişəhər — xalq arasında həm də "Qala"[3] və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi[4] olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.[5]
Bu məqalə Bakı şəhərinin tarixi mərkəzi haqqındadır. Digər mənalar üçün İçəri Şəhər (dəqiqləşdirmə) səhifəsinə baxın. |
İçərişəhər | |
---|---|
40°21′54″ şm. e. 49°50′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Səbail rayonu |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | V əsr[1][2] |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Sahəsi | 22 ha |
Vəziyyəti | qoruq |
Rəsmi sayt | icherisheher.gov.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 2 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır.[5] Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir.[6] XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır.[7] 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.
İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.[8] Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib,[5] 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Yerləşməsi
İçərişəhər tarix-memarlıq qoruğu Bakı şəhərinin Səbail rayonu ərazisində, Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşir. Qoruq hündürlüyü 8–10 metr, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərin cənub-şərqindən İstiqlaliyyət küçəsi, şimal-qərbindən isə Neftçilər prospekti keçir, şərqində eyniadlı metro stansiyası yerləşir. İçərişəhərin şərqindən Əziz Əliyev küçəsi keçir, cənub-qərbində isə Vahid parkı yerləşir.
Tarixi
Qədim dövr
Bakı, qala divarları və xəndəklərlə əhatə olunmuş qədim tarixi mərkəz ətrafında formalaşmış şəhərlərdəndir. Arxeoloji baxımdan zəif öyrənildiyinə görə, Bakının yaşayış məntəqəsi və şəhər kimi formalaşma tarixi dəqiq bilinmir. Belə hesab edilir ki, insanları bu əraziyə təbii neft və duz ehtiyatı, həmçinin ərazinin dəniz sahilində əlverişli mövqedə yerləşməsi cəlb etmişdir. Arxeoloji qazıntılar zamanı Şirvanşahlar sarayının həyətindən tapılmış e.ə. III–I əsrlərə aid küpə, e.ə. IV–I əsrlərə aid saxsı qab qırıqları, Məhəmməd məscidi ərazisində arxeoloji qazıntılar zamanı tapılmış dəmir ox ucluqları, Dəmir dövrünə aid gil qadın fiquru və antik dövrə aid sütun altlıqları İçərişəhərin şəhər kimi formalaşma dövrünü ən geci antik dövrlə eyniləşdirməyə imkan verir. B.e. I əsrində Bakı artıq kiçik liman şəhəri kimi mövcud idi.[9]
Erkən Orta əsrlər
Sasanilər sülaləsinin hakimiyyəti dövründə mərkəzi Bakı şəhəri olan Abşeron ərazisi Şirvan vilayətinin tərkibində imperiyanın xüsusi vilayətini təşkil edirdi. Ərazinin ərəblər tərəfindən işğal edilməsindən sonra Bakıdan başqa tərkibinə Şamaxı, Dərbənd və başqa şəhərlərin də daxil olduğu Şirvan vilayətinin hakimləri Şirvanşahlar adlandırılmağa başlayırlar. Əl-Bəlazuri, Əl-Məsudi və bir neçə başqa ərəb tarixçiləri məlumat verirlər ki, Xosrov Ənuşirəvan hakimiyyəti dövründə ərazi hakimlərini çağıraraq onlara titullar verdi, titul almış hökmdarlar arasında Şirvanşah adlandırılan Şirvan hakimləri də vardı. Bakının VII–X əsrlər tarixi haqqında yalnız qısa məlumatlar vardır. Məlumdur ki, şəhər şimaldan hücum edən türklərin və rusların hücumlarına məruz qalmışdır. 914-cü ildə Bakı limanına rusların hücumu baş tutmuşdur. Məsudinin verdiyi məlumatda bildirilir ki, ruslar Şirvanşahlar ərazisində neftlə zəngin Bakı ərazisinə gəlmişdilər. Xəzərdə hərbi donanmaya malik olmayan Şirvanşah Əli ibn Heysam ticari və yükdaşıma gəmilərində əsgərləri mübarizəyə göndərməyə məcbur olmuşdu. Məsudinin məlumatına görə rusların bu hücumu nəticəsində minlərlə müsəlman ölmüş və dənizdə batırılmışdır. Bakı və Abşeron sahillərinə yürüşlər sonrakı dövrlərdə də bir neçə dəfə təkrarlanmışdı.[9]
X əsrdə Əl-Müqəddəsi Bakını "bölgənin yeganə limanı" kimi təsvir etsə də, məlumdur ki, VIII–IX əsrlərdə Bakı məşhur dəniz limanı olmamış və ölkənin böyük ticarət mərkəzləri arasında bu şəhərin adı çəkilməmişdir. Bakının digər şəhərlərlə ticarət əlaqələri haqında arxeoloji tədqiqatlar zamanı şəhər ərazisindən aşkarlanmış Sasanilər (V–VII əsrlər), Abbasilər və Şirvanşahlar dövrlərinə aid çoxsaylı sikkələr xəbər verir. X əsrin sonlarında yaşamış müəlliflər şəhəri artıq məşhur liman kimi qeyd edirlər. Çox da hündür olmayan təpə üzərində yerləşmiş şəhər qala divarları ilə əhatə olunmuşdu. Şirvanşahlar sarayının cənub-şərq fasadı tərəfdə aşkarlanmış orta əsrlər təbəqəsi VIII əsrə aid edilir. İçərişəhərin müxtəlif ərazilərində aşkarlanmış küp qablarda dəfn adəti isə ərazinin hələ VII əsrdən əvvəl artıq yaşayış məntəqəsi olduğunu göstərir. Lakin şəhərin erkən dövrlərinə aid memarlıq abidələri dövrümüzə çatmamışdır.[9]
Şirvanşahların hakimiyyəti
X–XI əsrlərdə Ərəb Xilafətinin tədricən zəifləməsi və parçalanması ilə, imperiyaya tabe olan ərazilər, o cümlədən Şirvan hakimləri öz ölkələrini müstəqil idarə etməyə başlayırlar. Həmin dövrlərdə zəngin şəhərlər olan Şamaxı və Bakı tez-tez qonşu xalqların yürüşlərinə məruz qalırdılar. 1030-cu ildə Bakıda şəhərə şimaldan hücum edən ruslar və Şirvanşah I Mənuçöhr ibn Yezidin qoşunları arasında toqquşma olmuşdu. Şirvanşahın qoşununu məğlub edən ruslar Araz çayı boyunca irəliləyərək Arranın ən zəngin şəhərlərindən olan Beyləqanı ələ keçirmişdilər. Bir il sonra ruslar yenidən Bakı vasitəsiylə Şirvana soxulmuşdular, lakin, Şəddadilər sülaləsindən olan Arran hakimi Musa ibn Fəzl rus ordusu ilə döyüşərək onları Azərbaycandan qovmuşdu.
XI əsrin 40-cı illərində türk-oğuzların Qafqaza yürüşlərini nəzərə alan Şirvanşahlar şəhərlərin qorunmasını təmin etmək üçün müdafiə sisteminin təkmilləşdirilməsinə başladılar. Məhz həmin dövrdə mənbələr oğuzların ilk həmlələri haqqında məlumat verirlər. XI əsrdə güclü imperiya quran oğuz tayfası Səlcuqlular Ön Asiya ölkələrini təhdid etməyə başlayırlar. 1066-cı ildə Qara Təkinin rəhbərlik etdiyi oğuzlar Şirvan və Bakıya hücum edirlər. Qara Təkindən sonra, Şirvana Qaymas və Alp Arslan kimi sərkərdələrin rəhbərliyi ilə oğuzlar daha bir neçə dəfə hücum edirlər. Lakin, Şirvanşahlar həmin dövrdə müstəqilliklərini qoruya bilirlər. Yalnız İraqi-Əcəm və İraqi-Ərəb hakimi Sau-Teginin hakimiyyətə gəlməsindən sonra Şirvanşah Fəribürz səlcuqlulardan vassal asılılığını qəbul etməli olur. XII əsrin II yarısında Atabəy Şəmsəddin Eldəniz Bakı da daxil olmaqla bütün Şirvanı fəth edir. XII əsrin sonlarında Şirvanşahlar müstəqil olsalar da, faktiki olaraq Eldənizlərin təsiri altına düşürlər.
1191-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhərinin dağılmasından sonra Şirvanşah I Axsitan iqamətgahını Bakıya köçürür. Şirvanşahların hakimiyyəti dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. Şəhərin müdafiə sisteminə daxil olan tikililərdən biri də Qız qalası idi. Məlumdur ki, səlcuqlularla mübarizə dövründə Şirvanşahlar Gürcüstan kralları ilə ittifaq yaratmışlar. Gürcü mənbələrində verilən məlumata görə, 1222-ci ildə nikah mərasimində iştirak etmək üçün Böyük Tamaranın oğlu gürcü çarı IV Georgi Laşa Bakıya gəlmişdi. Şirvanın ən zəngin şəhərlərindən biri və Xəzər dənizindəki ən mühüm liman şəhəri kimi Bakı şəhərinin əhəmiyyəti həmin dövrdən etibarən artmağa başlayır. Şirvanşah Axsitan ibn Mənuçöhrə həsr etdiyi qəsidəsində Bakıdan bəhs edən Xaqani Şirvani şəhərin alınmaz qala olduğunu bildirir və onu Xorasanın güclü qala divarları ilə əhatə olunmuş Bəstam şəhəri ilə müqayisə edir.[9]
1220-ci ildə Sərab və Beyləqanı işğal edən monqollar Şamaxını qarət edərək Dərbənd keçidi vasitəsiylə Azərbaycanı tərk edirlər. 1231-ci ildə monqolların ikinci yürüşü baş verir və bu yürüşdən sonra Gəncə, Bərdə, Beyləqan, Şabran kimi böyük şəhərlər uzun müddət əvvəlki gücünü bərpa edə bilmirlər. XV əsr Azərbaycan coğrafiyaçısı Bakuvi bildirir ki, monqollar uzun müddət güclü müdafiə olunan Bakını ələ keçirə bilmirlər və şəhər əhalisinin müqaviməti ilə üzləşirlər. Yalnız bütün ölkənin işğalından sonra Bakı təslim olmağa məcbur olur.
1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xan Bağdadı işğal edərək Abbasilər xilafətinə son qoyur və Hülakülər sülaləsini yaradır. Cucilərin Cənubi Qafqazda hakimiyyətini tanımayan Elxanilər bu əraziləri fəth edirlər və məhz Cənubi Qafqaz uğrunda Elxanilər və Cucilərin hakimiyyətdə olduğu Qızıl Orda dövləti arasında yüz ilə yaxın davam edən müharibələr başlayır. Həmin illərdə iki dövlət arasında sərhədlər gah Dərbənd, gah Bakı yaxınlığından keçmişdir. Şirvanşahlar həmin dövrdə ölkəni monqolların vassalı kimi idarə etmiş və elxanilərin yürüşlərində iştirak etmişlər. Elxanilərin hakimiyyəti dövründə Bakı monqol hökmdarlarının qışlama yeri olmuşdur. 1297-ci ildə qışlama məqsədi ilə şəhərə Qazan xan gəlmişdi. Odoriko Pordenone Qazan xan haqqında yazır: "Burada (Sultaniyyədə) yay vaxtını keçirən xan, qışda Bakux (Vasis) adlanan başqa bir şəhərə köçür."[9]
XIV əsrin əvvəllərində monqol sülalələrinin süqutundan sonra Şirvanşahlar Elxanilərin ərazilərini ələ keçirməyə çalışan Çobanilər və Cəlairilərlə mübarizə aparmışlar. Şəhərin onların əlinə keçməsini, Bakıda aşkarlanmış 1360-cı ilə aid Sultan Şeyx Üveysin adından kəsilmiş sikkə sübut edir. XIV əsrin sonlarında Toxtamış və Əmir Teymurun adından kəsilmiş sikkələr Şirvanın da onların yürüşlərinə məruz qaldığını göstərir. Şirvanşah I İbrahim Osmanlı sultanı İldırım Bəyazidə qarşı döyüşdə Əmir Teymurun tərəfində iştirak etmiş, 1400-cü ildə Teymurun Suriya yürüşü zamanı onu müşayət etmiş və Hələbə daxil olmuşdur. Əmir Teymurun ölümündən sonra Şirvan yenidən müstəqilliyini əldə edir. Bütün ölkənin Qara Yusifin hakimiyyəti altında birləşdirilməsi zamanı, Şirvanşah Qaraqoyunlulardan vassal asılılığını qəbul edir, lakin, I İbrahim faktiki olaraq, Şəkidən Dərbəndə kimi geniş Şirvan ərazilərini müstəqil idarə edir.
XV əsrin əvvəlindən XVI əsrin əvvəlinə kimi ölkə xarici qüvvələrin yürüşlərindən azad olur və yüz il ərzində Şirvan tam müstəqil dövlət kimi mövcudluğunu davam etdirir. 1465-ci ildən ölkəni idarə edən I Xəlilullah Qaraqoyunlularla mübarizə aparan Teymuriləri dəstəkləmişdir. Xəlilullah Şahruxla Qarabağda görüşdükdə, Şahrux onunla qohum olmaq istədiyini bildirmiş və Teymurun nəvəsi ilə Xəlilullahı evləndirmişdir. I Xəlilullah Şirvan şəhərlərində, xüsusilə həmin dövrdə paytaxt olan Bakıda böyük quruculuq və inşaat işləri aparmışdır. Məhz onun hakimiyyəti dövründə Şirvanşahlar saray kompleksinin, bir neçə karvansara və körpülərin inşasına başlanmışdır.[9]
Arxeoloji tədqiqatlar
1970-ci ildə İçərişəhərin şimal tərəfində (Kiçik qala küçəsi) uçurulmuş evin yerində 80 m² sahədə aparılan arxeoloji qazıntı işləri zamanı 2 metr dərinlikdə qədim Bakının XII–XIII əsrlərə aid bir neçə təsərrüfat tikilisindən və kiçik həyətin daş divarlarından ibarət yaşayış evinin qalıqları üzə çıxarılmışdır. Həyətdə təndirlər, ətrafında daş döşənmiş quyular, bir neçə saxsı borudan ibarət novdan aşkar edilmişdir. Mədəni təbəqədə şirsiz və şirli keramika, saxsı qab qırıqlarına, taxta darvazaları bəzəyən, yastı mis çax-çax parçalarına, mavi saxsı muncuqlara, Şirvanşahların kəsdirdiyi mis sikkə dəfinələrinə rast gəlinir. Bundan başqa Şirvanşahlar sarayının şərq tərəfındə 16×8 m sahədə də arxeoloji qazıntılar aparılmışdır.
Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su, təsərrüfat və zibil quyuları, təndirlər və s.aşkar edilmişdir. Çoxlu miqdarda şirli və şirsiz qablar və onların qırıntıları, mis və dəmir əşyalar, şüşə və saxsı məmulatlar tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Kasaların bəzilərinin dibinə qabarıq möhürlər vurulmuşdur. Çoxlu dəyirman daşı, habelə Şirvanşahların kəsdirdiyi mis pullar tapılmışdır.[10]
Şirvanşahlar sarayının şərq tərəfində 16×8 m sahədə aparılan qazıntılar torpaqaltı təbəqəyə qədər (təqribən 6 m dərinlikdə) çatdırılmışdır. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və təsərrüfat quyuları, təndirlər üzə çıxarılmışdır. Çoxlu miqdarda adi və şirli qablar və onların qırıntıları tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə, qabarıq möhürlər vurulmuşdur. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu daş kirkirə aşkara çıxarılmışdır. Şirvanşah adından zərb edilmiş mis sikkələr, mis və dəmir əşyalar, şüşə və fayans məmulatları və s. tapılmışdır.[11]
1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq yamacında qazıntı işləri aparılmağa başladı. 168 m² sahədə aparılan qazıntı işləri torpaqaltı qata – sal qayaya qədər çatdırıldı. İki metrə yaxın alt mədəni təbəqə VIII–XIII əsrlərə aiddir. Yaşayış kompleksləri qazıntı sahəsinin cənub-şərq hissəsini tutur. Alt təbəqədə təsərrüfat və su quyuları, təndirlər, otlaqlar aşkar edilmişdir. Çoxlu miqdarda keramika məmulatı, fayans, metal və şüşə əşyalar, mis sikkələr tapılmışdır.
Nəbati və həndəsi səciyyəli qabarıq basmaqəlib naxış vurulmuş sarı gil qablar seçilir. IX–X əsrlərə aid şirli qablar – anqob və manqanla işlənmiş və yaşıl rəngli şir çəkilmiş monoxrom kasalar aşkar edilmişdir; bəzilərinə dulusçu ustaların möhürü basılmışdır.
Alt təbəqələrdə naxışla bəzədilmiş al-qrmızı rəngli, nazik divarlı zərif qablar tapılmışdır. Mis, dəmir, bürünc və şüşə məmulatlarının aşkar edilməsi orta əsrlər Bakısında metal və şüşə emalının, zərgərlik və digər sənətlərin inkişaf etdiyini göstərir. Tapılmış gümüş və mis sikkələr IX–X əsrlərə aid olub, Abbasi xəlifələri və Şirvanşahlar adından kəsilmişdir. Onlar Bakının Azərbaycanın başqa şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri olduğunu təsdiq edir.[12]
Aşkara çıxarılmış yaşayış evlərinin qalıqları qazıntı sahəsinin cənub-şərq tərəfindədir. Divar bünövrələrinin alt hissəsi azacıq yonulmuş daşdan hörülmüş, arası isə çapıq daşlarla doldurulmuşdur. XI–XIII əsrlərə aid təbəqələrdə təsərrüfat və su quyuları, təndirlər, ocaqlar və s. aşkar edilmişdir. Tapıntıların əksəriyyəti keramika məmulatlarından, fayans, metal, şüşə əşyalardan və mis sikkələrdən ibarət idi. Gil məmulatlar küplər, qulplu səhənglər, boşqablar, kasalar, çıraqlar və müxtəlif tipli qazanlarla təmsil olunmuşdur. Sarı gildən qabarıq basma nəbati və həndəsi naxışlı qablar xüsusilə seçilir. XI–XIII əsrlərə məxsus şirli qablar polixrom olub, oyma naxışlarla bəzədilmişdir. Şirli kasaların bəzilərinin dibində dulusçu ustanın qabarıq möhürü olmuşdur. Tapılmış mis, dəmir, bürünc və şüşə məmulatları orta əsrlər Bakısında metal emalı, şüşəüfürmə, zərgərlik və digər sənətlərin inkişaf etdiyini göstərir. Şirvanşahlara, Eldəgizlərə və Cəlairilərə məxsus mis sikkələrin tapılması Bakının Azərbaycanın digər şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri saxladığını təsdiq edir.[13]
1973-cü ildə qazıntı işləri şəhərin qala hissəsinin şimal tərəfində qövsşəkilli bürcləri olan şəhər divarlarının yaxınlığında aparılmışdır. Arxeoloji tədqiqatlar göstərdi ki, köhnə Bakının sənətkarlıq emalatxanalarının əksəriyyəti burada olmuşdur. Şəhərin bu hissəsində tikili qalıqlarına az təsadüf edilir. Keramika tapıntıları alt təbəqənin IX–X əsrlərə aidliyini göstərir. Şirli qablar (adi bardaqlar və çömçələr) anqob və manqanla işlənmişdir. Alt təbəqədə, həmçinin, çoxlu miqdarda şüşə qablar – nazik divarlı rəngli kiçik qab qırıqları, qara və yaşıl qolbaqlar, müxtəlif formalı muncuqlar aşkar edilmişdir. Metal məişət əşyaları və sikkələr tapılmışdır.[14]
Qazıntı işləri Bakı yüksəkliyinin üstündə, Şirvanşahlar sarayının yaxınlığında, ehtimal ki, saray xidmətçilərinin yaşadıqları sahədə də aparılmışdır. 1,5 m qalınlığında olan alt təbəqə bilavasitə torpaqaltı qatın üstündədir. O, şəhərin erkən dövr həyatını əks etdirir. Burada üzə çıxarılmış bina bünövrələri qalınlığı ilə (1 m-dək) seçilir. 4,8 m dərinlikdə içərisi ev heyvanlarının sümükləri və keramika qırıqları ilə doldurulmuş 2 təsərrüfat quyusu aşkar edilmişdir. Orada, həmçinin, böyük gil çıraq, əl dəyirmanının alt daşı, şirsiz və şirli qab parçaları, eləcə də hər iki tərəfdən açıq mavi rəngli şir çəkilmiş və üzərində ərəb əlifbası ilə sahibinə xoşbəxtlik arzusu bildirən qabarıq kitabə olan kasa tapılmışdır.[15]
Minalı mis qazan, XIII–XV əsrlər, Şirvanşahlar sarayında
aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır.
Azərbaycan Tarix Muzeyində saxlanılır.
Şirvanşahlar sarayında saxlanan bədii təsvirli mis şərabdan (solda)
və Azərbaycan Tarix Muzeyində saxlanan şirli kuzə (sağda).
Başqa bir fayans kasanın dibində şəffaf şirin altında bitki və quş rəsmlərindən ibarət naxış vardır. Bu sahədə 24 mis sikkə tapılmışdır. Aparılmış qazıntılar nəticəsində VIII–XI əsrlərdə İçərişəhər ərazisində böyük əhali sıxlığı olduğu, Bakıdan sənətkarlığın və ticarətin inkişaf etdiyi sübuta yetirilmişdir.[16] 1975-ci ildə qazıntı işləri qövsşəkilli bürcləri olan şimal qala divarlarının yaxınlığında 64 m² sahədə davam etdirilmişdir.
Torpaqaltı qata söykənən və şəhərin erkən tarixini əks etdirən alt mədəni təbəqədə, təqribən 7 m uzunluğunda divar bünövrəsi, habelə, digər divar qalıqları aşkara çıxarılmışdır. Bu təbəqədə təsərrüfat quyuları, habelə, müxtəlif diametrli doqquz təndir, müxtəlif keramika məmulatı, saxsı şlakı, şüşə və fayans qab qırıntıları, dəmir əşyalar, ağ gildən düzəldilmiş və üstünə yaşıl şir çəkilmiş miniatür at fiquru, iki dəmir ox ucluğu və s.tapılmışdır. Alt təbəqə təqribən IX–XIII əsrlərə aid edilir.[17]
Evlərin bir-birinə sıxlığı və tapıntıların çoxluğu tədqiq olunan dövrdə şəhərdə qızğın həyat getdiyini göstərir.[18] İçərişəhər ərazisində tapılmış gümüş və mis sikkələr VIII əsrin birinci yarısı – XI əsrin əvvəllərinə aid olub, Əməvi və Abbasi xəlifələri, eləcə də, Şirvan Şirvanşahları adından Yaxın Şərq, Azərbaycan və Arran şəhərlərində kəsilmişdir. Bakıda dəniz sahilində suda tapılmış qızıl sikkələr içərisində h.207 (822)-ci ilə aid əqləbi dinarını qeyd etmək olar.[19]
Gətirilən arxeoloji və numizmatik məlumatlar orta əsrlər Bakısında intensiv şəhər həyatı getdiyini, IX–XI əsrlərdə burada sənətkarlığın inkişaf etdiyini, Azərbaycanın və qonşu şərq ölkələrinin bir çox şəhərləri ilə ticarət əlaqələri saxlandığını təsdiqləyir.
Şimal-şərq tərəfdən demək olar ki, Şirvanşahlar sarayına bitişik sahədə qazıntı işləri binaların və bir-birinə çox yaxın tikildiyini göstərir. Bu, İçərişəhər ərazisinin sıx məskunlaşdığını və XI–XIII əsrin əvvəllərində Bakıda şəhər həyatının intensivliyini təsdiq edir. Bu sahədən əldə edilmiş tapıntılar içərisində dairəvi altlıqlı iki saxsı kasa maraq doğurur. Onlardan biri açıq mavi şirlə örtülmüşdür. Üzərində ərəb əlifbası ilə qabarıq kitabə vardır. Digər kasanın dibində isə nəbati naxışlar və quş təsvir olunmuşdur. 24 mis sikkə də tapılmışdır.[20]
Qövsşəkilli bürcləri olan şimal qala divarlarının yaxınlığında 64 m² sahədə aparılan qazıntılar zamanı XI–XIII əsrlərə aid təbəqədə təsərrüfat və zibil quyuları, müxtəlif diametrli doqquz təndir aşkar edilmişdir. Müxtəlif keramika məmulatı, saxsı şlakı, şüşə və saxsı qab qırıqları, dəmir əşyalar tapılmışdır.[21]
1976-cı ildə Bakı yüksəkliyinin orta əsrlər Bakısının qələbəlik və əhalisi sıx olan rayonlarından olan cənub yamaclarında qazıntı işləri aparılmışdır. 64 m² sahədə irihəcmli, yonulmuş daşdan hörülmüş bina divarlarının bünövrələri aşkar olunmuşdur. İçərisində daş altlıq üstündə qoyulmuş beş iri təsərrüfat küpü olan böyük anbar binası üzə çıxarılmışdır. Adi və şirli keramika məmulatı, Rey və Kaşan tipli saxsı qablar, şüşə qab və dəmir əşya qırıqları tapılmışdır.[22]
Müasir dövr
1952–1957-ci illərdə İçəri Şəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçəri şəhərə tarix-memarlıq qoruğu statusu verilmiş, 1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.
17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı[23]. Sərəncamdan sonra burada tikinti işləri dayandırıldı və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.
10 fevral 2005-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı.[24] Sərəncama əsasən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldı. 17 dekabr 2009-cu ildə ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" prezident sərəncamına əsasən, İçəri Şəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.
İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçəri Şəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.[25]
İçəri Şəhərdəki Məhəmməd məscidi (memar-Məhəmməd ibn Əbubəkr) Almaniyanın Remmers və Avstriyanın Atelier Erich Pummer GmbH şirkətlərinin mütəxəssisləri tərəfindən bərpa edilir.[26]
2011-ci ilin fevral ayında İçəri Şəhərdəki Asəf Zeynallı küçəsindəki 20 saylı bina təmir edilmiş, onun bünövrələri bərkidilmiş, yeni texnologiyaların köməyi ilə binanın fasadına tarixi görünüşü bərpa edilmişdir. Bina 1890-cı ildə inşa edilmişdi. Bərpa işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin " Bakı şəhərinin mərkəzinin konservasiyasına dair müfəssəl plan"a əsasən yerinə yetirilmişdir.[27]
Tarixi-memarlıq abidələri
- Qız qalası – Bakı qalasının cənub-şərq tərəfində yerləşir. Qəsr XII əsrdə islamdan əvvəlki dövrə aid daha qədim bir tikilinin yerində inşa edilmişdir.[28] Bəzi tədqiqatçılar qəsrin atəşpərəstlərin ibadətgahı olduğunu ehtimal edir və buna görə də tikilini e.ə. VIII–VII əsrlərə aid edirlər.[29] Qala Şirvanşahların dövründə Bakının ümumi müdafiə sisteminə daxil olmuşdur. 1907-ci ilə kimi Qız qalası həm də mayak kimi fəaliyyət göstərmişdir.[30] 1960-cı ildə restavrasiya edilən qala 1964-cü ildən muzey kimi fəaliyyətə başlamışdır. Hazırda qalanın ilk üç mərtəbəsində arxeoloji tədqiqatlar zamanı qalanın su quyusundan aşkarlanmış XII əsrə aid artefaktlar sərgilənir. Dördüncü mərtəbədə orta əsr soyuq silahları göstərilir. Nəhəng silindr formasında inşa edilmiş qalanın hündürlüyü 28 metrdir. Səkkiz mərtəbəli qalanın divarlarının qalınlığı aşağıda 5 metr, yuxarıda 4 metrdir. Qüllə onu səkkiz mərtəbəyə bölən səkkiz qübbəyə malikdir.
- Şamaxı qapıları və ya Qoşa qala qapıları İçərişəhərin əsas giriş qapılarından biridir. XIX əsrin sonlarına kimi həm də "Şah Abbas qapıları" adlanan bu qapıları Bakı qalasının yeganə girişi olmuşdur. 1868-ci ildə Bakı şəhərinin hərbi qubernatoru Qafqaz Hərbi Dairəsinə şəhərin gözəlləşdirilməsi məqsədi ilə qala divarlarının sökülməsini təklif edir. İki il sonra daha alçaq olan bayır qala divarlarının sökülməsi qərarı verilir. 1896-cı ildə bu məsələ növbəti dəfə Şəhər Dumasının toplantısında qaldırılır[31] və qala divarlarının ikinci yarusunun sökülməsi qərarı verilir, sökülən hissədə yerləşən "Zülfüqar xan qapısı" isə "Şamaxı qapısı"nın yanına köçürülür. Bundan sonra qapılar birlikdə "Qoşa qala qapıları" adlandırılmağa başlayır.[32]
- Şirvanşahlar sarayı – Şirvanşahların orta əsrlərə aid saray kompleksi İçərişəhərin mərkəzində hündür təpə üzərində yerləşir. Sarayın əsası XII əsrdə qoyulmuş, inşaat işləri XV əsrdə tamamlanmışdır. Saray kompleksi üç müxtəlif təbəqədə yerləşən üç daxili həyətə bölünür. Şirvanşahların yaşayış binası, Şirvanşah Fərrux Fasarın türbəsi və Divanxana yuxarı həyətdə yerləşir. Aşağı həyətdə Şah məscidi və Şirvanşahların türbəsi yerləşir. Türbə Şirvanşah I Xəlilullahın sifarişi ilə anası və oğlu üçün inşa edilmişdir. Bir qədər aşağıda isə hamam və ovdan yerləşir. Hər üç həyət vahid kompleks təşkil etməklə qala divarları ilə əhatə olunub. Kompleksin XVI əsrə aid yeganə tikilisi "Murad darvazası"dır ki, onun kitabəsində də hicri 994-cü ildə (1585–1586) Sultan III Muradın sifarişi ilə inşa edildiyi göstərilib.[29]
- Hacı Qayıb hamamı – XV əsrdə[33] memar Hacı Bani tərəfindən Hacı Qayıbın sifarişi ilə inşa edilmişdir. Hamam ticari-karvan yolu üzərində yerləşir. Hamam uzun müddət yerin altında qalmış və 1964-cü ildə arxeoloji qazıntılar zamanı aşkarlanmışdır.[31]
- Şirvanşahlar sarayının Şah hamamı – XV əsrə aid hamam Şirvanşahlar saray kompleksinin tərkibində yerləşir. Saray kompleksin şərqi, aşağı həyətində yerləşir. Bu hamam da əksər Abşeron hamamları kimi yerin dərinliyində inşa edilib. Yerin üstündə yalnız hamamın qübbələri yerləşirdi. Hazırda hamam geniş arxeoloji kompleks kimi sərgilənir.
- Ağa Mikayıl hamamı — XVIII əsrdə[33] Bakı qalasının cənub-qərbində, Kiçik Qala küçəsində, Şamaxı sakini Ağa Mikayılın sifarişi ilə inşa edilmişdir. Sadə əhalinin məskunlaşdığı və hamamın inşa edildiyi ərazi xalq arasında "Hamamçılar məhləsi" kimi tanınırdı. Qalanın girişi Kiçik Qala küçəsindəndir. Hamamın soyunma və yuyunma otaqları kvadrat formaya malikdir. Hamamın memarlıq kompozisiyası neştərli tağlar və qübbələr vasitəsiylə yaruslara bölünmüşdür.[31]
- Qasım bəy hamamı XVII əsrdə[33] Salyan darvazası yaxınlığında inşa edilmişdir. Xalq arasında bu hamam "Şirin hamam" kimi tanınan bu hamamın bu cür adlandırılmasının səbəbi ziyarətçilərə burada çayla şirniyyat verilməsidir. Hamam vestibül, soyunma, yuyunma və hovuz otaqlarından ibarətdir. Restavrasiya işlərindən sonra 1970-ci ildə bu hamamda "Yaşıl aptek" fəaliyyətə başlamışdır.[31]
- Xan karvansarayı XII əsrdə inşa edilmişdir. Kvadrat formalı planda qurulmuş karvansara daxildən kücləri kəsik dördbucaqlı və eyvanlarla əhatə olunmuş həyətə malikdir. Karvansaranın şimal və cənub girişləri portal formasına malikdir. Orta əsrlərdə karvansaranın əsas girişi dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansaranın iki mərtəbəli fasadı müdafiə qurğularını xatırladır. Orta əsrlərdə karvansaranın Ticarət küçəsi tərəfində həyətlə birbaşa əlaqəsi olmayan dükanlar yerləşmiş, əvvəllər isə orada mədrəsə olmuşdur.[31]
- Multanı karvansarayı Qız qalası yaqınlığında, Qüllə küçəsində, Buxara karvansarası ilə üzbəüz yerləşən XV əsrə[33] aid karvansaradır. Karvansara Pakistanın Multan şəhərindən gələn atəşpərəstlərin yerləşməsi üçün inşa edilmişdir. Kvadrat formalı daxili həyətə malik olan karvansara daha qədim tikililərlə əhatə olunmuşdur. Həyətin perimetrlərində arxasında hücrələr yerləşən kiçik eyvanlar vardır.[31]
- Buxara karvansarayı Qız qalası yaqınlığında, Qüllə küçəsində, Multanı karvansarası ilə üzbəüz yerləşən XV əsrə[33] aid karvansaradır. Kvadrat formalı plana və səkkizguşəli həyəti olan karvansara qabarıq portala malikdir. Karvansara həyəti eyvanlar və hecrələrlə əhatələnmişdir. 1964-cü ildə aparılmış restavrasiya işləri binanı ətrafdaı bütün əlavələrdən azad etmişdir.[31]
- Qasım bəy karvansarayı XVII əsrdə inşa edilmiş, bakı sakini Qasım bəy və onun varislərinə məxsus olmuşdur. Kvadrat formalı plana malik olan karvansara eyni ox üzərində yerləşən iki açıq girişə malikdir. Sahil tərəfdən dəniz ticarətiylə əlaqədar olaraq, girişlərin bu istiqamətlənməsi planlaşdırılmışdır. Binanın daxili quruluşu səkkizguşəli formaya malikdir. Həyət arxasında hecrələr yerləşən eyvanlarla əhatə olunub.[31]
- Saray məscidi Şirvanşahlar saray kompleksinin tərkibində yerləşən saray XV əsrdə inşa edilib və planda düzbucaqlı formaya malikdir. Məscid minarəsinin gövdəsindəki kitabədə abidənin hicri 845-ci ildə (1441/1442-ci illərdə) inşa edildiyi göstərilir.
- Məhəmməd məscidi əyri minarəsinə görə həm də Sınıqqala məscidi kimi tanınır. Məscid 1078-ci ildə ustad Məhəmməd ibn Əbu Bəkr tərəfindən inşa edilmişdir. 1723-cü ildə 15 gəmidən ibarət olan və admiral Matyuşkinin rəhbərlik etdiyi rus eskadrası dənizdən Bakı sahillərinə yaxınlaşaraq şəhərin təslim edilməsini tələb edir. Bakı xanının təslim olmaqdan imtina etməsindən sonra ruslar şəhərin bombalanmasına başlayırlar. Mərmilərdən biri Məhəmməd məscidinin minarəsinə tuş gəlir və onu zədələyərək əyilməsinə səbəb olur. Bundan sonra məscid həm də Sınıqqala adıyla tanınır.
- Həzrəti Əli məscidi XVII əsrin əvvəllərində inşa edilmişdir və qədim ticari-karvan yolunun üzərində yerləşir. Planda kvadrat formaya malik olan məscid mərkəzi gümbəzə malikdir. Məscid sonradan axund olmuş seyid Yəhya Murtuzanın vəsaiti hesabına inşa edilmişdir. Ölümündən sonra o, məscidin həyətində dəfn edilmişdir. Hazırda onun məzarı məscidin girişində yerləşir.[31]
- Baba Kuhi Bakuvi məscidi IX əsrdə inşa edilmişdir. Bu məscidin qalıqları 1990–1993-cü illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı arxeoloq F. İbrahimov tərəfindən Qız qalası yaxınlığında aşkarlanmışdır. 1998-ci ildə aparılmış qısa arxeoloji qazıntılar zamanı isə məscidin iki otağı tarpaq örtüyündən təmizlənmişdir. Məscidin minbərində kufi xətti ilə yazılmış və efiqrafist M. Nemətova tərəfindən oxunmuş kitabdə yazılır: "Hakimiyyət Allaha məxsusdur." Arxeoloq F. İbrahimov hesab edir ki, məscid məşhur din və elm xadimi Baba Kuhi Bakuviyə məxsus olmuşdur.[31]
- Şeyx İbrahim məscidi 1415-ci ildə[33] inşa edilib və İçərişəhərin cənub tərəfində, Salyan darvazasına aparan ticarət yolu üzərində yerləşir. Məscidin fasadında yerləşən kitabə onun Hacı Əmirşah Yaqub oğlunun sifarişi ilə inşa edildiyini göstərir. Digər kitabədə isə məscidin Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa etdirildiyi göstərilir. Kitabədə bildirilir ki, məscid hicri 818-ci ildə (1415) Sultan Şeyx İbrahimin hakimiyyəti dövründə inşa edilib. Ona görə də xalq arasında məscid Şeyx İbrahim məscidi kimi tanınır. Düzbucaqlı formaya malik olan məscid daş örtüklə üzlənmişdir. XIX əsrdə məscidin fasadı üç çərcivəyə bölünmüş və üç pəncərə əlavə edilmişdir.[31]
Bakı tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Tarixi | |
Etimologiya | |
Orta əsrlər | |
İçərişəhər | |
Bakı xanlığı | |
Rusiya imperiyası | |
Sovetski | |
I Dünya Müharibəsi | |
Bakı döyüşü | |
AXC | |
Bakı əməliyyatı | |
Azərbaycan SSR | |
II Dünya Müharibəsi | |
Qara Yanvar | |
Müasir dövrdə | |
Həmçinin bax | |
Xronologiya | |
Memarlıq tarixi | |
merlər | |
Bakı portalı |
- Bəylər məscidi 1895-ci ildə inşa edilmişdir və Şirvanşahlar sarayından şərqdə yerləşir. Məscidin interyeri vestibül, ibadət zalı və dekorativ minbərdən ibarətdir. Bəylər məscidi daha qədim məscidin özülləri üzərində inşa edilmişdir. Məscidin memarlığında Avropa, Şərq və yerli memarlıq elementləri birləşdirilmişdir.[34]
- Hacı Bani məscidi Şirvanşahlar sarayından şimalda yerləşir. Məscidin fasadında yerləşdirilmiş kiçik kitabədə verilən məlumata görə, abidə XVI əsrdə memar Hacı Bani tərəfindən inşa olunmuşdur. Məscidin mərkəzində gümbəz yerləşir. Girişin qarşısında stalaktit yaruslu geniş altar vardır. Digər kitabədən bilinir ki, məscid hicri 1320-ci ildə (1902) restavrasiya edilib, vestibül və qadınlar üçün xüsusi hissə əlavə olunub.[31]
- İçərişəhər Cümə məscidi XII əsrdən fəaliyyət göstərir. Məscid qədim atəşgahın özülləri üzərində inşa edilmişdir. Məscid kitabəsində verilən məlumata görə, abidə "709-cu ilin (1309) rəcəb ayında Əmir Şərəfəddin Mahmudun əmri ilə inşa edilmişdir." XV əsrdə məscidin şimal divarı yaxınlığında stalaktitlərlə dəstəklənən eyvanlı minarə inşa edilmişdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Hacı Şıxəli Dadaşovun vəsaiti ilə qədim məscidin yerində yeni məscid inşa olunmuş, lakin minarəyə toxunulmamışdır. Məscidin gümbəzi dörd sütun üzərində dayanır.[31]
- Aşur (Ləzgi) məscidi 1169-cu ildə[33] memar Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir. Məscid Asəf Zeynallı küçəsində yerləşir. Məscid adını XIX əsrdə Bakıda neft bumunun baş verməsindən sonra Bakıya hər yerdən, o cümlədən Dağıstandan çoxsaylı işçi qüvvəsindən gəlməsindən sonra almışdır. Dini ibadətlərin keçirilməsi üçün həmin zaman məscid fəhlə dağıstanlıların (el arasında ləzgi adlanırdılar) xidmətinə verilmişdi. Quruluşuna görə məscid paralellepiped formasına malikdir. Sonradan məscidin cənub fasadında iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq fasadında yerləşən neştər formalı giriş bir kameralı ibadət otağına aparır. 1970-ci ildə restavrasiya işləri zamanı məscid ərazisində kiçik arxeoloji tədqiqat aparılmış və cənub hissədə Sasanilər dövrünə aid iki yarımdairəvi tağ aşkarlanmışdır.[31]
- Mədrəsə məscid 1646-cı ild inşa edilmiş və eyni zamanda həm mədrəsə həm də məscid kimi fəaliyyət göstərmişdir. Asəf Zeynallı küçəsinin restavrasiyası zamanı mədrəsə hücrəsi yolun digər tərəfində qalmışdır.[31]
- Gileyli (Giləkli) məscidi İçərişəhərin yuxarısında yerləşməklə iki gümbəzə malikdir. Məscid iki mərhələdə inşa edilmişdir: 1309-cu ildə[33] Şirvanşahların hakimiyyəti dövründə və 1805-ci ildə[35] Səlim xanın nəvəsi Hacı Şəmsəddin bəyin sifarişi ilə köhnə məscidin özülləri əsasında. Məscid Gilandan gələn tacirlərin (ipək tacirləri) məskunlaşdığı məhəllədə yerləşdiyi üçün Giləkli (sonralar xalq ağzında tələffüzü Gileyli şəklinə çevrilmişdir) adlandırılmışdır.[36]
- Çin məscidi Şirvanşahlar sarayının cənub-qərbində yerləşir. Məscidin fasadında, giriş qapısı üzərində yerləşdirilmiş kitabədə, onun hicri 777-ci ildə (1375) İmam Osman Şirvaninin mirası əsasında inşa edildiyi göstərilmişdir.[31]
- Hacı Heybət məscidi içərişəhərin şimal hissəsində, yaşayış binalarının arasında yerləşir. Məscid 1791-ci ildə[33] memar Hacı Heybət Əmirəli oğlu tərəfindən inşa edilmişdir. Planda dördbucaqlı olan məscid vestibül və nişli ibadət zalından ibarətdir. İbadət zalının bir küncündə memarın və onun həyat yoldaşının məzarı yerləşir.[34]
- Molla Əhməd məscidi İçəri şəhərdə yerləşən məhəllə məscidlərindən biridir. Məscid Nəsrəddin Güntaspın sifarişi ilə memar Mahmud ibn Səd tərəfindən XIV əsrdə inşa edilmişdir.[33] Məhz həmin memar tərəfindən Nardaran qalası (1301-ci il) və Bibiheybət məscidi (XIII əsrin sonları) inşa edilmişdir. Məscidin axundu Molla Əhməd olduğundan məscid xalq arasında onun adı ilə adlandırılmışdır. Planda məscid dördbucaqlı formaya malikdir. Fasadın yuxarı hissəsində lent formalı kitabədə onun memarı haqqında məlumat verilir.
- Mirzə Əhməd məscidi İçərişəhərdə yerləşən məhəllə məscidlərindən biridir. Məscid 1345-ci ildə Hacı Mirzə Əhməd tərəfindən inşa edilmişdir. Planda dördbucaqlı formaya malik olan məscid kvadrat formalı vestibül və nişli, gümbəzli və tağlı ibadət otağından ibarətdir. Giriş qapısı üzərindəki ktabədə məscidin memarının adı və Qurandan surə yazılmışdır.[34]
- Xıdır məscidi 1301-ci ildə[33] dəniz səviyyəsindən xeyli hündür ərazidə inşa edilmişdir ki, bu da məscidin memarlıq quruluşuna təsir göstərmişdir. 1988-ci ildə məscidin sərdabə xüsusiyyəti daşıyan aşağı hissəsində arxeoloji tədqiqatlar, portalında isə restavrasiya işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məscidin qədim atəşgahın özülləri üzərində inşa edildiyi bəlli olmuşdur.
- Bazar meydanı 1964-cü ildə arxeoloji tədqiqatlar zamanı Qız qalasından şimalda aşkarlanmış kollonadalı tikilidir. Arxeoloji qazıntılar zamanı burada 52 məzar aşkar edilmişdir ki, onların da bir neçəsində iki dəfə dəfn həyata keçirilmişdir. Tikilinin qədim politeist məbədi olması haqqında da fikirlər vardır. Hazırda burada açıq səma altına muzey fəaliyyət göstərir.
- Bakı xanlarının evi Şamaxı darvazası yaxınlığında yerləşən və vaxtilə Bakı xanlarının yaşadığı dörd evdən və bir neçə başqa tikililərdən ibarət yaşayış kompleksidir. 1806-cı ildə Bakı xanlığının Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra burada rus hərbi qarnizonu yerləşdirilmişdir. Kompleks hovuz kənarında yaradılmış zəngin bağın ətrafında inşa edilmişdir. Kompleksdən dövrümüzə portal və kiçik məscid də çatmışdır. Şirvan-Abşeron memarlıq ənənəsinə uyğun olaraq hamam yerin altında yerləşir. Son orta əsrlər dövründə Bakı qalasında Xan sarayı və Xan bağı olmuşdur. 1985–1986-cı illərdə kompleksin bir hissəsində arxeoloji tədqiqatlar aparılmış və nəticədə çoxlu maddi mədəniyyət nümunələri, sus istemi qalıqları və yeraltı tikililər aşkarlanmışdır. Müxtəlif dövrlərdə bu sarayda aşağıdakı Bakı xanları yaşamışlar:
- 1747–1765 – I Mirzə Məhəmməd xan;
- 1765–1784 – Məlikməhəmməd xan;
- 1784–1791 – II Mirzə Məhmməd xan;
- 1791–1792 – Məhəmmədqulu xan;
- 1792–1806 – Hüseynqulu xan.
- Seyid Yəhya Bakuvi türbəsi təxminən 1457–1463-cü illərdə inşa edilmişdir. Türbə Şirvanşahlar sarayının orta həyətinin mərkəzində yerləşir. Xalq arasında həm də "Dərviş tübəsi" kimi tanınan türbədə orta əsr Azərbaycan alimi Seyid Yəhya Bakuvi dəfn edilmişdir.
- Donjon Bakı qalasının müdafiə xarakterinin gücləndirilməsi üçün XIV əsrdə[33] inşa edilmiş dördbucaqlı qüllədir. Orta əsr mənbələrinin verdiyi məlumatlara görə Bakı qalası 70 yarımdairəvi və şimal tərəfdə yerləşən bir dördbucaqlı qülləyə malik olmuşdur. Orta əsrlərdə bu qüllələr həm də silah saxlancı kimi istifadə olunmuşdur. Donjonun ətrafı unikal memarlıq quruluşuna malik olmaqla, müsəlman ölkələrinin metalişləmə sənətində geniş yayılmış zoomorf planlaşdırmaya malikdir. Bu cür yanaşmanın erməni əlyazmalarının təsiri ilə yaranmış olma ehtimalı vardır.[37]
- Müqəddəs Varfolomey kilsəsi 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına Həvari Varfolomeyin şəhid edildiyinə inanılan yerdə inşa edilmişdir. Kiçik kapella formalı ortodoks kilsəsinin interyerini Varfolomey və digər müqəddəslərin ikonaları bəzəyirdi.[38] Kilsə memar İ. V. Edelin layihəsi əsasında rus kilsələrinin memarlıq üslubunda inşa edilmişdi. Kilsə Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. İnanca görə, Qız qalası yaxınlığında yerləşən bu ərazidə b.e. 71-ci ilində Həvari Varfolomey yerli bütpərəstlər tərəfindən çarmıxa çəkilərək öldürülmüşdür.[39][40][41] Kilsə 1936-cı ilə kimi fəaliyyətini davam etdirmiş, daha sonra isə dinlə mübarizə kompaniyası çərçivəsində sökülmüşdür. Müasir dövrdə Müqəddəs Varfolomeyin anım günü olan 24 iyun səhəri Bakı yeparxiyası kilsənin qalıqları olan yerdə moleben həyata keçirir.[42] 2003-cü ildə Konstantinopol patriarxı Vorfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristianlarına hədiyyə olaraq Bakıya gətirmişdir və həmin qalıqlar indi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxanılır.[43] Müqəddəs Varfolomey kilsəsinin qalıqları 2015-ci ildə arxeoloji abidə kimi qeydə alınmışdır.[44]
- Müqəddəs Nikolay kilsəsi 1850–1859-cu illərdə Şamaxı qapısının yaxınlığında Bakı xanlarının evi ilə üzbəüz inşa edilmişdir. Bizans memarlıq üslubuna malik olan kilsənin memarlıq layihəsinin müəllifləri Simon Hiter və Karlampi Pallistov olmuşlar. Hündürlüyü 45 metr olan kilsə 1930-cu ildə qismən sökülmüşdür.[45]
İçərişəhərin küçələri
Orta əsrlərdə olduğu kimi, müasir dövrdə də İçərişəhərin üç əsas küçəsi var: Böyük Qala, Kiçik Qala (xalq arasında Saray yolu) və Asəf Zeynallı (xalq arasında Minarəli və ya Krvan yolu). Böyük Qala küçəsi başlanğıcını digər tərəfində Şamaxı darvazası (Qoşa qala qapıları) yerləşən Qala meydanından götürür. Orta əsrlərdə bu meydanda müxtəlif el bayramları, şənliklər və yarmarkalar keçirilirdi.
Əsas hərəkət və karvan yolu (hazırda Qüllə, A. Zeynallı və V. Məmmədova küçələri) İpək yolu üzərində yerləşir və İçəri şəhəri aşağı və yuxarı hissələr olmaqla iki hissəyə bölürdü. Əsas ictimai binalar aşağı hissədə yerləşirdi. Aşağı hissədə yerləşən küçələrdə həmişə insanlar qaynayır, burada zəngin ticari mühit hökm sürürdü. Sahilə yaxın yerləşməsinə görə bu hissədə balıqçılar, qayıqçılar və gəmiçilər yaşayırdılar. Yuxarı hissədə yerləşən Şirvanşahlar sarayının ətrafındakı yuxarı məhlələrdə isə zəngin şəhər sakinləri yaşayırdılar.[46]
Kiçik Qala küçəsi Salyan qapısından başlayaraq şimal-qərb istiqamətində qala divarları boyunca uzanır və Şamaxı darvazasına doğru aparır. 1806-cı ildə Bakı xanlığının Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra Kiçik Qala küçəsinin şimal-qərb hissəsində rus əsgərləri üçün kazarma inşa edilmiş, daha sonra isə həmin binalarda yerli əhali məskunlaşmışdır. Bu küçədə dördbucaqlı donjon, ovdan, Hamamçılar məhəlləsi, Ağa Mikayıl hamamı, qala divarı boyunca yeraltı yol, Cin məscidi və başqa görməli yerlər yerləşir.[46]
Asəf Zeynallı küçəsi Multani və Buxara karvansaralarının yanından başlayır, Böyük və Kiçik karvansaraların qabağından keçir. Bu küçədə əvvəllər çoxsaylı ticarət obyektləri yerləşirdi. Qız qalası, Məktəb məscidi, Aşur məscidi, Cümə məscidi, Şeyx İbrahim məscidi, Müqəddəs Varfolomey kilsəsi, Bazar meydanı və bir çox tarixi-memarlıq abidələri bu küçədə yerləşir.[46]
Bu üç böyük küçədən başqa İçərişəhərdə çoxsaylı kiçik küçə, döngə və dalanlar yerləşir.
Ad | Böyük Qala küçəsi | Kiçik Qala küçəsi | Asəf Zeynallı küçəsi | Qüllə küçəsi | Hərb küçəsi | Həqiqət Rzayeva küçəsi | Neftçilər prospekti |
---|---|---|---|---|---|---|---|
Foto |
Ad | V. Məmmədov küçəsi | Vaqif Mustafazadə küçəsi | Əziz Əliyev küçəsi | Qazı Məhəmməd küçəsi | Müslüm Maqomayev küçəsi | Mirzə Mənsur küçəsi | Qəsr küçəsi |
---|---|---|---|---|---|---|---|
Foto |
Ad | M. Məmmədyarov küçəsi | Mirzə Şəfi küçəsi | Səftər Quliyev küçəsi | T. Bağırov küçəsi | Sabir küçəsi | Firdovsi küçəsi | İlyas Əfəndiyev küçəsi |
---|---|---|---|---|---|---|---|
Foto |
İçərişəhərin əsas məhəllələri
- Seyyidlər məhəlləsi (əsasən ruhanilər, din ilə bağlı işləri olanların yaşadığı məhəllə)
- Ağşalvarlılar məhəlləsi (əsasən zadəgan ailələrin yaşadığı məhəllə)
- Bozbaşyeməyənlər məhəlləsi
- Gəmiçilər məhəlləsi (əsasən gəmi tikən, dənizçiliklə məşqul olanların yaşadığı məhəllə)
- Hamamçılar məhəlləsi (əsasən hamamlarda işləyənlərin yaşadığı məhəllə)
- Arabaçılar məhəlləsi (əsasən araba və fayton işlədənlərin yaşadığı məhəllə)
- Nöyütçülər məhəlləsi (əsasən neft sənayesində ("nöyüt" el arasında "neft" deməkdir) işləyənlərin yaşadığı məhəllə
- Cuhud Zeynallılar məhəlləsi (əsasən yəhudilərin (el arasında həmçinin cuhud adlanırdılar) yaşadığı məhəllə)
- Ləzgilər məhəlləsi (əsasən Dağıstandan köçmüş (el arasında ləzgi adlanan) ailələrin yaşadığı məhəllə)
- Giləklər məhəlləsi (əsasən Gilandan köçmüş ("gilək" sözü Gilanın yerli xalqının adıdır) ailələrin yaşadığı məhəllə)
İctimai obyektlər
Muzeylər
Qız qalası 1964-cü ildən muzey kimi fəaliyyət göstərir. Hazırda qalanın üç mərtəbəsində arxeoloji tədqiqatlar zamanı su quyularından aşkarlanmış artefaktlar sərgilənir. Dördüncü mərtəbədə orta əsrlərdə istifadə olunmuş soyuq silahlar göstərilir. Burada dəmirdən hazırlanmış hilal formalı balta başlığı, qalxanlar, xəncərlər, dəbilqə və qılınclar görmək mümkündür. Sərgilənən bütün silahlar, Azərbaycan Tarix Muzeyində saxlanan orijinal silahların replikalarıdır.
Şirvanşahlar saray kompleksi də muzey kimi fəaliyyət göstərir. XII əsrdə əsası qoyulan saray kompleksinin inşası XV əsrdə tamamlanmışdır. Kompleks üç müxtəlif hündürlükdə yerləşən üç daxili həyətə bölünür. Şirvanşahların yaşayış binası, Şirvanşah I Fərrux Yasarın türbəsi və Divanxana yuxarı həyətdə yerləşir. Aşağı həyətdə Şah məscidi və Şirvanşahların türbəsi yerləşir. Türbə Şirvanşah I Xəlilullahın sifarişi ilə anası və oğlu üçün inşa edilmişdir. Bir qədər aşağıda isə hamam və ovdan yerləşir. Hər üç həyət vahid kompleks təşkil etməklə qala divarları ilə əhatə olunub. Sarayın orta həyətində "Bayıl daşları" adı ilə tanınan və arxeoloji tədqiqatlar zamanı Xəzər dənizi suları altında qalmış Bayıl qalasından çıxarılmış XIII əsrə aid kitabələr və relyefli daşlar sərgilənir.
Arxeologiya və Etnoqrafiya Muzeyində eramızdan əvvəlki dövrdən orta əsrlərə kimi müxtəlif dövrləri əhatə edən eksponatlar sərgilənir. Burada Quruçay mədəniyyəti dövründən başlayaraq Azərbaycan ərazisində yayılmış müxtəlif arxeoloji mədəniyyətlərə aid artefaktları görmək mümkündür. Bunlardan başqa muzeydə Azərbaycan xalqının maddi mədəniyyəti və adətlərini əks etdirən eksponatlarla da tanış olmaq olar. Muzey tacir Hacı Məhəmməd Hüseynin "Zəncirli bina" adı ilə tanınan evində yerləşir.
Miniatür kitab muzeyinin əsası 27 il ərzində 6000-dən çox eksponat toplamağa nail olmuş Zərifə Salahova tərəfindən qoyulmuşdur. Muzeyin açılışı 23 aprel 2002-ci ildə baş tutmuşdur. Hazırda muzeyin ekspozisiyasında 63 ölkədə müxtəlif dövrlərdə nəşr edilmiş 4350 miniatür kitab sərgilənir.
Caz musiqisi bəstəkarı və pianist Vaqif Mustafazadənin (1940–1979) Ev-Muzeyi 1989-cu ildə yaradılmış və burada 1200 eksponat toplanmışdır. Bunlar sənət əsərləri, bəstəkarın şəxsi əşyaları, fotolar, afişalar, qramplastinkalar və sənətkara aid tarixi sənədlərdir.
Xalq rəssamı və ustad xalçaçaı Kamil Əliyevin (1921–2005) Ev-Muzeyi dörd mərtəbəli tarixi binada yerləşir. Kamil Əliyev xalça üzərində tanınmış şəxslərin portretlərinin işlənməsinə başlamış ilk rəssamlardan biridir. Muzeyin yerləşdiryi binada rəssam cəmi on bir ay yaşamış və 83 yaşında vəfat etmişdir. Ev-muzeyində 127 müəllif xalçası sərgilənir. Həmçinin rəssamın yarımçıq qalmış işlərini də bu muzeydə görmək mümkündür.
Xalq rəssamı Tahir Salahovun (1928) Ev-Muzeyi 2012-ci ildə, vaxtilə məşhur rəssamın yaşadığı evdə fəaliyyətə başlayıb. Muzeydə 735 eksponat saxlanılır ki, onların arasında rəssamın özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv vardır.
Səfirliklər
|
Otellər
|
Restoranlar
|
İçərişəhər mədəniyyətdə
İçəri Şəhər kompleksinin fraqmentlərinə digər mədəniyyət və incəsənət nümunələrində daima rast gəlinir. Kompleksin cizgilərindən xalçalarda, rəsm və incəsənət əsərlərində geniş istifadə edilir. Kompleks beynəlxalq aləmdə Azərbaycanın tanınma nişanlarından birinə çevrilmişdir.
İçəri Şəhərin təsvirləri tarix boyu ərazidə mövcud olmuş dövlətlərin sikkələrində daim təsvir olunmuşdur. Kompleksə daxil olan Qız qalası 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk kağız pullarının üzərində öz əksini tapmışdır.
İçəri Şəhərin sxematik təsviri Azərbaycan Respublikasında 2005-ci il pul islahatından sonra yeni 10 manatlıq əsginasda təsvir edilmişdir.[47]
Musiqidə
- 2014-cü ildə Sati Kazanova və Arseniumun "Do rassveta" (rus. До рассвета) mahnısı üçün klip çəkilişləri İçərişəhərdə aparılmışdır.[48]
- 2015-ci ildə Tünzalə Ağayeva və Kelli Coys tərəfindən ifa edilmiş və Birinci Avropa Oyunlarının himni olan "Bakının üzü gülür" mahnısının klip çəkilişlərinin bir hissəsi İçərişəhərdə həyata keçirilmişdir.[49]
- 2015-ci ildə Bakıda I Vaqifsayağı Caz Festivalı keçirilmişdir.[50]
Kinomatoqrafiyada
Məşhur Azərbaycan və SSRİ filmlərinin bəzi səhnələri İçərişəhərdə çəkilmişdir. Həmin filmlər arasında "Brilyant əl", "Amfibiya adam", "Aybolit-66", "Tehran-43", "Qorxma mən səninləyəm" və sair filmlərin adını çəkmək olar.[51]
"Brilyant əl" filmində məşhur səhnəni (xarici şəhərdə — İstanbulda) Leonid Qaydayın qərarı ilə İçərişəhərdə çəkmişdilər.[52] Filmdə İçərişəhərin qədim küçələri, Şirvanşahlar sarayı, məscid minarələri və qala divarları görünür. Filmin çəkilişlərinin aparıldığı və Yuri Nikulinin canlandırdığı qəhrəmanın yıxılaraq məşhur rus. "Чёрт побери" ifadəsini səsləndirdiyi yerdə sevilən aktyorun abidəsi ucaldılmışdır.[53]
- Arşın mal alan (film, 1945), rejissor: Rza Təhmasib, Nikolay Leşşenko
- O olmasın, bu olsun (film, 1956), rej. Hüseyn Seyidzadə
- Telefonçu qız (film, 1962), rej. Həsən Seyidbəyli
- Əhməd haradadır? (film, 1963), rej. Adil İsgəndərov
- Arşın mal alan (film, 1965), rej. Tofiq Tağızadə
- Uşaqlığın son gecəsi (film, 1968), rej. Arif Babayev
- Bir cənub şəhərində (film, 1969), rej. Eldar Quliyev
- Şərikli çörək (film, 1969), rej. Şamil Mahmudbəyov
- Gün keçdi (film, 1971), rej. Arif Babayev
- Ən vacib müsahibə (film, 1971), rej. Eldar Quliyev
- "Amfibiya adam" (1961), rej. V. Çebotaryov və G. Kazanski (Mosfilm)
- "Aybolit-66" (1966), rej. R. Bıkov (Mosfilm)
- Brilyant əl (film, 1968), rej. L. Qayday (Mosfilm)
- "Tehran-43" (1981), rej. A. Alov və V. Kaumov (Mosfilm)
Sənədli filmlər
- İçəri Şəhər (film, 1964), rej. Əlibala Ələkbərov
- İçəri şəhər (film, 1978), rej. Nicat Bəkirzadə
- İçəri Şəhərdə gəzinti (2003), rej. Cavid İmamverdiyev
- "Bir Qalanın sirri" və ya "İçərişəhərin dili olsaydı…"[54] (film, 2013), müəlif: Vüsalə Əlibəyli
Təsviri sənətdə
İçərişəhər bir çox tanınmış rəssamın əsərində təsvir edilmişdir. Qədim şəhərin abidələri və küçələrini Engelbert Kempfer, Aleksey Boqolyubov, Qriqori Qaqarin, Vasili Vereşşagin, Aleksandr Kuprin, Əzim Əzimzadə, Tahir Salahov və başqa məşhur rəssamların əsərlərində görmək mümkündür.
Belə hesab edilir ki, Bakını ilk təsvir edən, 1630-cu ildə onun görünüşünü yaratmış İsveç rəssamsəyyahı Engelbert Kempfer olmuşdur. Onun əsərində Bakı dənizin içlərinə doğru uzanan qalın qala divarlarının içində, düz damlı evlərlə təsvir olunmuşdur. 1770-ci ildə Bakıya gəlmiş Rusiya EA-nın təmsilçisi Qmelin Bakını həndəsi üçbucaq formasında təsvir etmişdir. XIX əsrdə Bakının ruslar tərəfindən ələ keçirilməsindən sonra rəssamlar arasında da şəhərə maraq artmışdır. İçərişəhərin ümumi planı 10 manatlıq azərbaycan əskinasının əks tərəfində əks olunmuşdur.
- Q. Sergeyev - Bakı, 1796-cı il
- Jan Pyer Mone - Bakı, 1830-cu illər
- Pyotr Vereşşagin. "Bakı şəhərinin dənizdən görünüşü". 1872-ci il
- T. Teylor - Bakı limanı və Bayıl burnu, 1880-1881-ci illər.
- Qriqori Qaqarin - Bakıda xan sarayı, 1847-ci il.
- Aleksey Boqolyubov - Bakıda günorta vaxtı küçə, 1861-ci il.
Ədəbiyyatda
İlk dəfə 1937-ci ildə, Vyanada alman dilində nəşr edilmiş Qurban Səidin "Əli və Nino" romanında əsərin əsas qəhrəmanı Əli xan Şirvanşirin yaşadığı İçərişəhər ətraflı təsviri verilir:
"Bu kitabları bağlayıb evin hamar damına çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır qapısının girişində Ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim… Qıvrım ərəb saçlarına bənzər küçələrlə dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın arxasında baxışları tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi. Onun da arxasında kəskin qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən gözəl mənzərəsi idi."[55]
Orijinal mətn (alm.)Ich klappte die Bücher zu und verließ das Zimmer. Die schmale Glasveranda mit dem Blick auf den Hof führte zum flachen Dach des Hauses. IchIch ging hinauf. Von dort überblickte ich meine Welt, die dicke Festungsmauer der alten Stadt und die Ruinen des Palastes mit der arabischen Aufschrift am Eingang. Durch das Gewirr der Straßen schritten die Kamele mit so zarten Fesseln, daß man sie zu streicheln versucht war. Vor mir erhob sich der plumpe, runde Mädchenturm, um den Legenden und Fremdenführer kreisten.
"İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından "Qız qalası" ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu axıdılmış qandı.
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı."[55]Orijinal mətn (alm.)Innerhalb der Mauer waren die Häuser eng und krumm wie die Klingen der orientalischen Degen. Gebettürme der Moscheen durchstachen den milden Mond und waren ganz anders als die Bohrtürme des Hauses Nobel. An der östlichen Mauer der alten Stadt erhob sich der Mädchenturm. Mehmed Jussuf Khan, Herrscher zu Baku, erbaute ihn zu Ehren seiner Tochter, die er ehelichen wollte. Die Ehe wurde nicht vollzogen. Die Tochter stürzte sich vom Turm, als der liebesgierige Vater die Treppe zu ihrem Gemach emporeilte. Der Stein, an der ihr Mädchenhaupt zerschellte, heißt der Stein der Jungfrau. Bräute bringen ihm vor der Hochzeit manchmal Blumen dar.
Viel Blut rann durch die Gassen unserer Stadt – Menschenblut. Und dieses vergossene Blut macht uns stark und tapfer.
Dicht vor unserem Haus erhebt sich die Pforte des Fürsten Zizianaschwili, und auch hier floß einmal Blut, schönes, edles Menschenblut.
Filateliyada
İçərişəhərdə yerləşən tarixi-memarlıq abidələri bir çox poçt markasında təsvir edilmişdir.
Ədəbiyyat
- Л. С. Бретаницкий. "Баку. Архитектурно художественные памятники", 1956 г.
İstinadlar
- Böyük Sovet Ensiklopediyasından Bakı Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine məqaləsi
- İçərişəhər adı özü XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Bakının genişlənərək qala divarlarından kənara çıxmasından sonra formalaşmışdır.
- Е. И. Тамм. Энциклопедия туриста. — Большая Российская энциклопедия, 1993. — С. 174. — 607 с.
Сохранилась древняя часть Б. — Ичери- шехер (т. н. крепость, или Внутренний город)…
- Леонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока / Главная редакция восточной литературы. — Наука, 1966.. — С. 401. — 556 с.
- Тимур Ханагаоглы. Какие новинки ждут нас в Ичери Шехер? Arxivləşdirilib 2011-10-20 at the Wayback Machine // газета : Неделя. — 4 августа 2011.
- Сара Ашурбейли. Государство Ширваншахов / Главная редакция восточной литературы. — Элм, 1983.. — С. 111. — 341 с.
Раскопки эти установили плотную заселенность территории Ичери шехер и развитие ремесла и торговли в Баку в VIII — ХI вв.
- Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. Стр. 64.
В более выгодном положении находился только Баку. Перенесение в него в XV в. из Шемахи резиденции ширваншаха способствовало "кристаллизации" его основного ядра — "старого" города, так называемого Ичери-шехер или "Крепости"
- "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". UNESCO rəsmi saytı. 2000. 2012-03-22 tarixində arxivləşdirilib.
- Ашурбейли С. А. История города Баку. — Б.: Азернешр, 1992. — 5408 с. — ISBN 5-552-00479-5.
- O.Ш.Иcмизaдe, H. B. Mинкeвич-Mycтaфaeвa, Ф. A.Ибpaгимoв. Раскопки в г. Баку, AO 1970 г., M., 1971 c.398–399
- O.Ш.Иcмизaдe, H. B. Mинкeвич-Mycтaфaeвa, Ф. A.Ибpaгимoв. "Раскопки в г. Баку, AO, 1970 г.", M., 1971, c.398–399
- O.Ш.Иcмизaдe, Ф. A.Ибpaгимoв, B.П.Фoмeнкo – "Иccлeдoвaния спедневекового Баку. AO, 1971 г.", M., 1972, c.486–487
- Иcмизaдe, Ибparимoв, Фoмeнкo. Иccлeдoвaния спедневекового Баку, c.486–487.
- O.Ш.Иcмизaдe, Ф. A.Ибpaгимoв, H. B . Mинкeвич-Mycтaфaeвa, B.П.Фoмeнкo. "Раскопки нa тeppитopии cтapoгo Баку, AO, 1973 г.", M., 1974, c.451–452
- S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
- O.Ш.Иcмизaдe, Ф. A.Ибpaгимoв, H. B. Mинкeвич-Mycтaфaeвa, B.П.Фoмeнкo. "Иccлeдoвaния спедневекового Бакy, AO, 1974", M., 1975, c.470.
- S. Aşurbəyli – Bakı şəhərinin tarixi, Bakı, 2007
- O.Ш.Иcмизaдe, Ф. A.Ибpaгимoв, H. B . Mинкeвич. Mycтaфaeвa, B.П.Фoмeнкo. "Раскопки в Баку, AO, 1975 г.", М, 1976, c.500–501
- E. A.Пaxoмoв. Moнeтныe клaды, вып. IV, c.32, N2İ079, ero жe Moнeты Aзepбaйджaнa, вып. I, c.60, 65–66, 70, 73
- Иcмизaдe, Ибparимoв, Mинкeвич-Mycтaфaeвa, Фoмeнкo – Иccлeдoвaния спедневекового Баку, c.470.
- Иcмизaдe, Ибparимoв, Mинкeвич-Mycтaфaeвa, Фoмeнкo – Раскопки нa тeppитopии cтapoгo Баку, c.500–501.
- Ф. A.Ибpaгимoв, O.Ш.Иcмизaдe, H. B. Mинкeвич-Mycтaфaeвa, B.П.Фoмeнкo, P.Д. Axмeдoв. Раскопки нa yчacткe II в cтapoм Баку. AO 1976 r. M., 1977, c.490–491
- "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (17 fevral 2003-cü il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
- "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (10 fevral 2005-ci il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
- Заповедник "Ичеришехер" подготовил необычные турпрограммы для гостей "Евровидения 2012" Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine, day.az, 21 мая 2012, İstifadə tarixi: 22 iyun 2015
- Австрийские и немецкие специалисты реставрируют бакинскую мечеть, day.az, 30 июня 2010, İstifadə tarixi: 22 iyun 2015
- В Ичери шэхэр восстановлено историческое здание 1890 года Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine, day.az, 8 февраля 2011, İstifadə tarixi: 22 iyun 2015
- Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. Стр. 64.
Башня строилась в два этапа. первый относится к доисламской эре, а надпись принадлежит к более позднему времени, очевидно, XII веку.
- Управление государственного историко-архитектурного заповедника Ичери-Шехер. "Музеи". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib.
- Туристическая Мекка посреди Каспия. // журнал : Эхо планеты. — 2009. — № 25. — С. 32–33.
- Управление государственного историко-архитектурного заповедника Ичери-Шехер. "Памятники Национального значения". 2012-01-01 tarixində orijinalından arxivləşdirilib.
- Управление государственного историко-архитектурного заповедника Ичери-Шехер. "Туристические маршруты". 2015-09-26 tarixində orijinalından arxivləşdirilib.
- Леонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока / Главная редакция восточной литературы. — Наука, 1966.. — С. 400. — 556 с.
- Управление государственного историко-архитектурного заповедника Ичери-Шехер. "Памятники местного значения". 2018-01-21 tarixində orijinalından arxivləşdirilib.
- М. С. Нейматова. Корпус эпиграфических памâтников Азербайджана: Арабо-персо-тюркоязычные надписи Баку и Апшерона, XI-начала XX века. — Институт истории (Академия наук Азербайджанской ССР). Сектор археологии и этнографии.: Элм, 1991.. — Т. 2. — С. 212. — 176 с.
Гилек-мечегь была построена Хаджи Шамс ад-Дин беком, внуком Салим хана на фундаменте старого здания мечети, в 1220/1805 г. (No608). Гилек-мечеть была расположена в верхней части города.
- Сара Ашурбейли. Очерк истории средневекового Баку, VIII — начало XIX вв. — Издательство Академии наук Азербайджанской СССР, 1964.. — Т. 2. — С. 105. — 333 с.
Гилек-мечеть — от квартала гилянцев, торговцев шелком;…
- Grove Encyclopedia of Islamic Art & Architecture: Three-Volume Set — p.198 Oxford University Press ISBN 019530991X, 9780195309911Orijinal mətn (ing.)It is hard to reconcile a single directed iconography with the often haphazard nature and placement of these images. Many of these representations may have been inspired by the Armenian tradition of stone sculpture, for they share high relief, haphazard distribution over the exterior and emblematic significance. The unique architectural example of zoomorphic script, found around the main keep of the fortress at Baku on the Caspian Sea (1234–5), may also have been derived from Armenian manuscripts, although it was commonly used on Islamic metal work
- Часовня святого апостола Варфоломея (Баку) Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine, ourbaku.com, İstifadə tarixi:26 iyun 2015
- История одного праздника Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine, Rus Pravoslav Kilsəsi Bakı yeparxiyasının rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015
- Житие и страдания святого апостола Варфоломея Arxivləşdirilib 2009-04-05 at the Wayback Machine, Церковный научный центр "Православная Энциклопедия", 13 мая 2008, İstifadə tarixi: 26 iyun 2015
- Проповедь Святого Апостола Варфоломея Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine, Alban-Udin Cəmiyyətinin rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015
- В БАКУ ПОЧТИЛИ ПАМЯТЬ АПОСТОЛА ВАРФОЛОМЕЯ Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, vesti.az, 27 Июня 2009, İstifadə tarixi: 26 iyun 2015
- Тамара Гумбатова — ПРАВОСЛАВНЫЕ СЧИТАЮТ СВЯТОГО АПОСТОЛА ВАРФОЛОМЕЯ ПОКРОВИТЕЛЕМ БАКУ Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine, mediaforum.az, 2007–07–02, İstifadə tarixi: 26 iyun 2015
- "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu"nda qeydə alınan arxeoloji abidələrin sayı 17-ə çatıb , APA, 04 may 2015, İStifadə tarixi:26 iyun 2015
- THE CHURCH OF ST. NICHOLAS Arxivləşdirilib 2018-03-17 at the Wayback Machine, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmi saytı, İstifadə tarixi:26 iyun 2015
- Сеймур Мамедов. Какую тайну таят в себе улицы Ичеришехер? Arxivləşdirilib 2019-05-02 at the Wayback Machine : Интервью с заведующим сектором Управления Государственного историко-архитектурного заповедника "Ичери-шехер" Камилем Ибрагимовым.. — 2011.
- Azərbaycan manatı Arxivləşdirilib 2017-06-21 at the Wayback Machine, azerbaijan.az, İstifadə tarixi: 22 iyun 2015
- "Премьера клипа: Сати Казанова и Arsenium "До рассвета …". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- Tunzale ft. Kelly Joyce — Bakımın Üzü Gülür (Baku Smiles) Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine, YouTube
- Cavid Zeynallı — "Vaqifsayağı" caz festivalı: Tamaşaçılar yerdə oturacaq, iştirakçılar hamısı Vaqifə oxşayacaq Arxivləşdirilib 2015-07-08 at the Wayback Machine, APA, 15 mart 2015, İstifadə tarixi: 27 iyun 2015
- ""Блатной бакинец" и Юpий Никулин". 2011-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- Бриллиантовая рука (1969)
- "Юрию Никулину в Баку поставлен памятник". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
- "İçəri Şəhərin gizli yolları necə məhv edildi? — [Sənədli Film 2013]". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
- Mirzə Xəzərin tərcüməsi, 1990-cı il
Xarici keçidlər
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi veb-saytı
- Azərbaycan prezidenti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri haqqında sərəncam imzalayıb
- "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında sərəncam imzalanıb
- İçərişəhərin maketi
«Bakı» | |
---|---|
«Şirvanşahlar dövləti» |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 958 ing. • rus. • fr. |