Üzeyir Hacıbəylinin ev-muzeyi (Bakı)
Üzeyir Hacıbəylinin Ev Muzeyi — Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının "Leyli və Məcnun", Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir.
Üzeyir Hacıbəylinin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1975 |
Açılış tarixi | 20 noyabr 1975 |
Mövzu | Azərbaycan musiqisi |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Ünvan | Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 |
Direktor | Sərdar Fərəcov |
Telefon |
(012)5952558 (ekspozisiya) (012)5952534 (inzibati hissə) |
40°22′38″ şm. e. 49°49′49″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı[1] evdə muzey təşkil olundu və 1975-ci il noyabr ayının 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyuk əməyi olmuşdur.
Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir.
Muzeyin müxtəlif dövrlərdə direktorları
- Şıxıyev N.M (1972-1975)
- Xəlilov R.H (1975-1999)
- Xəlilova N.R (01.1999-09.1999)
- Mirzəzadə S.İ (1999-2005)
- Fərəcov S.F (2005-)
Strukturu
Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir.
Tabeçiliyi
Muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
İstinadlar
- Mədəniyyət TV. "Bakıda 45 ildir ki, fəaliyyət göstərən Üzeyir Hacıbəyli ev muzey" (az.). Youtube.com. 20.11.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.