Üzeyir Hacıbəyovun abidə kompleksi (Sumqayıt)

Üzeyir Hacıbəyovun abidə kompleksi — abidə kimpleksi Azərbaycsn musiqisinin dahi şəxsiyyəti olan Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmışdır. Abidə Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində ucaldılmışdır. Abidənin müəllifi Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun olmuşdur.

Üzeyir Hacıbəyovun abidə kompleksi
Ölkə Azərbaycan
Yerləşir Sumqayıt
Memarlıq üslubu monumental heykəltəraşlıq
Heykəltaraş Vaqif Nəzirov
Tikilib 2009
Hündürlüyü 12 m

Təsviri

Abidə kompleksinin hündürlüyü 12[1], postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi işlənmişdir. Abidənin ucalan orqa borularının üzərində, 5 metr yüksəklikdə bürüncdən barelyef vardır. Onun əks tərəfində isə eyni fon üzərində milli musiqi alətləri olan tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib. Abidə quraşdırlarkən ətrafı abadlaşdırılmış və burada park salınmışdır. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 km² hissəsində tamet döşəmə salınmış, qazon, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Tarixi

Abidə komleksinin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər sakinləri iştirak edib.

Həmçinin bax

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.