Ütbə ibn Rəbiə
Ütbə ibn Rəbiə (567, Məkkə – 624[1], ərəb. عتبة بن ربيعة) — İslam peyğəmbəri Məhəmmədə tabe olmaqdan imtina edən Qureyş qəbiləsinin başçılarından biri. Əbu Süfyanın qayınatası. Bədr döyüşündə öldürülmüşdür.
Ütbə ibn Rəbiə | |
---|---|
ərəb. عتبة بن ربيعة | |
Doğum tarixi | 567 |
Doğum yeri | |
Vəfat tarixi | 624[1] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Uşaqları | |
Fəaliyyəti | tacir |
Bioqrafiya
Onun tam adı Əbu-l-Valid Ütbə ibn Rəbiə ibn Əbd-Şəms ibn Əbd-Mənaf əl-Kürəşidir. Məhəmmədin çoxlu sayda tərəfdarı olduğunu görən Ütbə, Qüreyşin digər rəhbərləri ilə məsləhətləşdikdən sonra Peyğəmbərin yanına gedir və istədiyi hər şeyi təklif edir. Sadəcə onun təlimlərinin təbliğindən əl çəkməsi istənilir.[2]
O, Bədr döyüşü ərəfəsində də Əmr ibn əl-Xədrəminin müsəlmanlar tərəfindən öldürülməsinə görə təzminat ödəməyi təklif edərək, Qureyşi müsəlmanların əleyhinə getməməyə inandırmağa çalışmışdır. Ütbənin özü döyüşdə ölümcül yaralanmış, cəsədi isə ümumi bir çuxura atılmışdır.
Məhəmməd onun hədiyyələrini yüksək qiymətləndirdiyini bildirib. İslam ənənəsi onun üçün bəlkə də bir az daha əlverişlidir, çünki o, Üməvi deyil, Əbd-Şəms cinsinə mənsub idi.
Qızı Hind binti Utba Əbu Süfyanın arvadı idi. Uhud döyüşündə atasını öldürdüyünə görə Məhəmməd peyğəmbərin əmisi Həmzə ibn Əbdülmüttəlibdən qisas alır.
İstinadlar
- Ərəbcə Vikipediya (ərəb.). 2003.
- "Страница из жизни Посланника Аллаха (с.а.в.). Призыв своего народа в Ислам во время смерти Абу Талиба". Ислам Сегодня. 2012-11-19. İstifadə tarixi: 2015-07-03.