Əl-Kafi

əl-Kafi ((ərəb. الكافي)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir.

Əl-Kafi
ərəb. الكافي
Kitabın azərbaycancasının 1-ci cildinin ilk nəşrinin üz qabığı
Kitabın azərbaycancasının 1-ci cildinin ilk nəşrinin üz qabığı
Müəllif Şeyx Kuleyni
Janr İslam
Orijinalın dili Ərəbcə
Tərcüməçi Elgiz Tağızadə
Nəşriyyat Mübahilə
Nəşr 2
Cild 8
Səhifə 991
Tiraj 1000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

İslam dünyasının məşhur alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi» hesab edilir. Məhz bu kitaba görə o, «Siqqətul-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir.

«Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulul-Kafi» adlanan birinci hissə əqidəəxlaq bəhslərini (üsuliddin), «Furuul-Kafi» adlanan ikinci hissə isə şəriətəhkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətul-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulul-Kafi» 8 kitabdan ibarətdir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu əsər dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə-cəfəri hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.

Tərkibi

Ravilər

Kuleyni hədisləri Əhli Beyt İmamları ilə görüşmüş hədis ricalından və mühəddislərindən rəvayət etmişdir. Dövrün məşhur ustadları rəvayət etdikləri hədisləri ona oxuyur, ondan hədis rəvayət edir və dinləyərək, icazəsini alaraq onun təlimindən keçirdilər.[3]

Onun ilk qurşaq raviləri bunlardır :

  1. ən-Nəcaşi
  2. əs-Səduq
  3. İbn Kaləveyhî
  4. əl-Murtəza
  5. əl-Müfîd
  6. ət-Tusî
  7. ət-Təlaqbəri
  8. əz-Zurari
  9. İbn Əbu Rafi

Əsərin özəllikləri

Əsərin önəmini artıran bir çox ayrıcalıqlı özəlliyi vardır. Ən önəmlisi odur ki, bu əsərin müəllifi, Cəfəri şiələrinin on ikinci və sonuncu imamı Mehdinin nümayəndələrinin (naiblərinin) zamanında həyatda idi. Seyid İbn Tavus belə deyir :

Məhəmməd ibn Yəqubun təsnifləri və vəkillər zamanındakı rəvayətləri, vəkillər tərəfinfən onun nəql etdiklərinin təhqiqinə imkan verirdi.[4]

Çox azı müstəsna, "əl-Kafi"-də mövcud olan hədislərin müəllif ilə məsum imam arasındakı bütün ravi zənciri əskiksiz olaraq zikr edilir. Bəzən rəvayət zəncirinin başı həzf[5] edilə bilir. Bunun səbəbi, müəllifin heç bir əlaqələndirici olmadan birbaşa rəvayətin qaynağında nəql edə bilməsi ola bilər. Ya da qısa bir vaxt öncədən zikr etdiyi rəvayətlə əlaqələndirmiş olması da olabilər. Dolayısı ilə rəvayət zəncirinin giriş qismi yer almayan hədisin rəvayət zənciri, tam nəqlolunan əvvəlki hədis hökmündədir, demək istəmişdir.[6]

Şərhlər

«Əl-Kafi»yə bir çox şərhlər yazılmışdır. Onlardan bəziləri :

  • Şərhu Məhəmməd Əmin əl-Astrabadi əl-Əxbari
  • M. B. Damad, "ər-Rəvaşih əs-Səmaviyyəh fi Şərhi'l Əhadisi'l-İmamiyyə"
  • Şərhu Molla Sədra Şirazi
  • Şərhu Molla Məhəmməd Salih əl-Mazandarani
  • Mirzə Rafiuddin Məhəmməd ən-Nəimi, “Kitabul-İntisar fi Sihhatil-Kəfi”
  • Şeyx Xəlil ibn Qazi əl-Qəzvini, "əş-Şafi"
  • Qasım ibn Məhəmməd ibn Cavad ibn Vəndi, "Camiu'l Əhadis və'l-Əqval"
  • Əli ibn Məhəmməd əl-Amuli, "Durru'l Mənzum min Kəlami'l Məsum"
  • Əllamə Məclisi, "Miratu'l Uqul fi Şərhi Əxbari Ali'r Rəsul"
  • Molla Möhsün Feyz əl-Kaşani, "əl-Vafi"
  • Məhəmməd ibn Məhəmməd əl-İstahbanati əş Şirazi, "Kəşfu'l Kafi"
  • Məhəmməd ibn Abduali əl-Kutayfi, "Xudə'l Uqul fi Şərhi Əhadisi'l Usul"

Hədis kateqoriyaları

Kitaba ən məşhur şərhlərdən biri olan "Miratul-Uqul"un müəllifi Əllamə Məclisi sözügedən kitabında hədisləri 5 kateqoriyaya ayırmışdır:[7][8]

  1. Səhih : 5 072
  2. Həsən : 144
  3. Müvəssəq : 178
  4. Qavi : 302
  5. Zəif : 9484

Nəşrləri

Usul-u Kafi, cilt 1, "Darul Hikem"

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub

Kitabın 1 (I) cildi Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub:

  • Əllamə Kuleyni, Usuli-Kafi 1-ci cild, mütərcim: Elgiz Tağızadə, "Mübahilə", 2005, 991 səh.
  • Şeyx Kuleyni, Ravzatul-kafi (Peyğəmbər (s) və Əhli-Beytdən (ə) nəql olunmuş hədislər). Tərc. : İsrafil Məmmədli. Bakı, "Nurlar", 2019, 456 səh.

Kitabın 2 (I və II) cildi türk dilinə tərcümə olunub və nəşr olunub:

  • Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem, 994 sayfa.[9][10]
  • Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem, 1093 sayfa.[11]

Əsər haqqında deyilmiş təriflər

İmam Mehdi: Şiəmiz üçün yetərlidir.[12]

"əl-Kafi" şiə kitablarının ən üstünü və ən faydalısıdır.[13][14]

Hədis sahəsində İmamiyyə məzhəbi "əl-Kafi"-nin bir oxşarını yaza bilməmişdir.[15]

"əl-Kafi" hədis sahəsində qələmə alınmış əsərlərin ən üstünüdür, ... Çünki təməl prinsiplərinin ən açıq olanlarını təşkil etməkdədir."[16]

Molla Möhsün Feyz əl-Kaşani: əl-Kafi, şiə kitablarının ən şərəflisi və ən səhihidir.[17]

Dörd kitab arasında “Kafi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araşdırsa, oradakı əhəd sənədlərinin vəziyyətini araşdırmaqdan əl çəkər. Yalnız etibar əldə edər, onun düzgünlüyü və sübutu barədə həmin şəxsdə arxayınlıq əmələ gələr”[18]

İstinadlar

  1. Yeni doğulan uşağın başındaki saça ərəbcə akîka deyilir. Akika ne demektir ? Arxivləşdirilib 2012-10-16 at the Wayback Machine
  2. (كتاب الذبائح) Qəssablıq heyvanların kəsimindən sonrakı bütöv halı. Dana və mal tam karkas, quzu və qoyunlar yarım karkas olaraq satılır. Yəni dərisi üzülmüş, qarnı və içalatı çıxarılıb, təmizlənmiş bütöv v sümüklü ət.Karkas Ne Demek ? Arxivləşdirilib 2013-02-06 at the Wayback Machine
  3. Nəcaşi, "ər Rical, səh. 267
  4. "Kəşful Məhəccəh", səh. 159
  5. "Aradan qaldırma" mənasna gəlir. Bir ifadədəki sözlərin bir və ya bir neçəsini ya da bəzi cümlələri ləğv etmək surətilə edilən söz qısaltmasına deyilir. Məqsəddə tutulan mənanı tək bir sözlə deməyə də "həzfü təqdir" deyilir. Həzf nə deməkdir ? (türkcə) Arxivləşdirilib 2011-08-25 at the Wayback Machine
  6. "əl Vafi", c. 1, səh. 13
  7. "Luluətul-Bəhreyn", səh. 394
  8. "Kulliyyətu fi ilmir-Rical”, səh. 357
  9. Usul-u Kâfi c.1. kevseryayincilik.com Arxivləşdirilib 2017-08-06 at the Wayback Machine  (türk.)
  10. "USUL-U KÂFİ :Cilt-1. islamkutuphanesi.com". 2017-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-17.
  11. Usul-u Kâfi c.2. kevseryayincilik.com Arxivləşdirilib 2017-08-06 at the Wayback Machine  (türk.)
  12. Seyid Xavansari, "Ravdətul-Cənnə, səh. 553
  13. Şeyx Müfid, "Təsxixul-Etiqad", səh. 27
  14. Müqəddimətul-kafi, səh. 26
  15. Şəhid Məhəmməd ibn Məkki ibn Hazin
  16. Molla Möhsün Feyz əl-Kaşani, "əl-Vafi", c. 1, səh. 6
  17. Müqəddimətul-kafi, səh. 27
  18. Şeyx Nuri Təbərsi, “Müstədrək əl-Vəsail”, c. 3, səh. 532

Mənbə

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.