Urfan Məmmədov
Urfan Çingiz oğlu Məmmədov (28 iyun 1994; Quba rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Urfan Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çartəpə, Quba rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Çartəpə, Quba rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Çingiz Məmmədov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011—2013 / 2017—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Həyatı
Urfan Məmmədov 1994-cü il iyunun 28-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur.[1] Əmisi Mais Məmmədov Birinci Qarabağ müharibəsində həlak olmuşdur. Urfan Məmmədov 2000-2009-cu illərdə Quba rayon Çartəpə kənd tam orta məktəbində, 2009-2011-ci illərdə Nəsib Dadaşov adına Quba rayon Aşağı Xuc tam orta məktəbində təhsil almışdır.
Hərbi xidməti
Urfan Məmmədov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Cəlilabadda və Lənkəranda yerləşən "N" saylı hərbi hissələrdə yerinə yetirmişdir. Bu illər ərzində bir müddət xüsusi təyinatlı kurslarına da yazılmışdır. 2013-cü ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir.
Urfan Məmmədov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "gizir" rütbəsində, Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun giziri olan Urfan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Urfan Məmmədov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı Talış istiqamətində şəhid olub. Quba rayonnun Çartəpə kəndində dəfn olunub.
Təltifləri
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[3]
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[4]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.