Ürək nəğməsi (film, 1989)
Ürək nəğməsi | |
---|---|
Janr |
bioqrafik musiqili |
Rejissor | Sevinc Kərimova |
Ssenari müəllifi | Sevinc Kərimova |
Operator | Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkələr | SSRİ |
İl | 1989 |
Texniki məlumatlar |
3 hissə 855 metr 35 mm |
Məzmun
Film-portret Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Tofiq Quliyevə həsr olunmuşdur. Burada yazıçı Mirzə İbrahimov, musiqiçi O.Lundstrem, rəssam Tahir Salahov, bəstəkar və müğənnilərdən Polad Bülbüloğlu, Müslüm Maqomayev, bəstəkarlardan Qara Qarayev, Kajlayev, musiqiçi Fərhad Bədəlbəyli onun barəsində söz deyirlər.
Ekranda 1942-ci ilin kinoxronikası göstərilir: caz orkestri müharibə dövründə çıxş edir. Bizim günlərin kinoxronikasında biz Tofiq Quliyevi və Rəşid Behbudovu bir yerdə görürük, onların söhbətlərini dinləyirik. Müğənnilər məşhur bəstəkarın mahnılarını ifa edirlər. "Bəxtiyar" bədii filmində R.Behbudov mahnı oxuyur...
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Sevinc Kərimova
- Ssenari müəllifi: Sevinc Kərimova
- Operator: Nəriman Şıxəliyev
- ????: Tofiq Babayev
- Səs rejissoru: S.Rzayeva
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.