Ürək həqiqəti bilir (film, 1992)

Dil Aashna Hai (hind. दिल अश्ना ह, urdu dil. دل اَشنا ہے, mənası: Ürək həqiqəti bilir) hind-urdu dilində olan filmin rejissoru Hema Malinidir. Filmin baş rollarında Divya Bharti və Şahrux Xan çəkilib. İkinci dərəcəli rollarda Mitxun Çakraborti, Dimpl Kapadiya, Amrita Sinqx və s. yer alıb. Ssenari xətti Leyla (Divya Bharti) adlı qızın sevgilisi Karanla(Şahrux Xan) həqiqi anasının axtarışını əks etdirir. Film 1992-ci ildə tamaşaçılara təqdim edilib. Kassada böyük uğursuzluqla qarşılaşan film iflasa uğrayır, belə ki, 140 mln büdcə ilə hazırlanan proyekt kassadan 10 mln qazana bilir. Buna baxmayaraq ekran əsərində yer alan aktyor və aktrisaların ifası qiymətləndirilir, mərhum Divya Bharti və Şahrux Xan cütlüyü bəyənilir. Film həmin zamanlarda yayımlanan bir serialdan ilhamlanmışdır. Şahrux Xanın ilk filmidir. Lakin gecikmələr üzündən Xanın iştirakı ilə böyük ekranlara çıxan ilk film "Deewana" filmi olur və Xanın debüt filmi adlanır.

Ürək həqiqəti bilir
Dil Aashna Hai
Janr dram filmi
Rejissor Hema Malini
Prodüser Hema Malini
Ssenari müəllifləri İqbal Dürrani
İmtiyaz Hüseyn
Surac Sənim
Baş rollarda Şahrux Xan
Divya Bharti
Citendra
Dimpli Kapadiya
Kabir Bədi
Amrita Sinq
Sonu Valya
İstehsalçı H. M. Creations
Distribütor Netflix
İlk baxış tarixi 23 oktyabr 1992
Müddət 164 dəq.
Ölkələr Hindistan Hindistan
Dil Hind dili
Rəng rəngli
IMDb ID0101732

Rollarda

Aktyor / AktrisaRolu
Şahrux XanKaran
CitendraŞahzadə Arcun Sinq
Dimpli KapadiyaBarxa
Divya BhartiLeyla — Sitarə
Kabir BədiDiqvicay Sinq
Fəridə CəlalRaziyə
Amrita SinqRac
Sonu ValyaSəlma
Mithun ÇakrabortiSunil — Qonaq oyunçu
Raza MuradQoverdhan Das
Suşma SəthXanım Beiq

Musiqi

#AdıMüğənni
1 "Kisi Ne Bhi To Na Dekha" Pankac Udas
2 "Dil Aashna Hai" Sureş Vadkar, Sədhanə Sərgam
3 "Bhool Ke Din" Sudeş Bhəsli, Abhicit Bəttaçarya, Bupinder Sinq, Kavita Krişnamurti, Sədhanə Sərgam, Padmini Kolhapur
4 "Rangeen Haseen Raat Ho" Kavita Krişnamurti
5 "Ho Abhi To Hui Jawan" Kavita Krişnamurti
6 "Yeh Dil Aashna Hai" Sədhanə Sərgam

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.