Ümumi qalça venası
Ümumi qalça venası (lat. Vena iliaca communis) oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının (lat. vv. iliacae internae et externae) birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını (lat. v. sacralis mediana) qəbul edir.
Ümumi qalça venası | |||
---|---|---|---|
| |||
Qarın və kiçik çanaq venaları | |||
Ümumi qalça venasının qarın hissəsi: qarın aortası və simpatik düyünlərin əhatəsində | |||
Latınca | Vena iliaca communis | ||
Qrey | subyekt 173 677 | ||
Başlanır | Oma -qalça oynağının bərabərliyində | ||
Mənbəyi | Daxili qalça venası Xarici qalça venası | ||
Açılır | Aşağı boş vena | ||
Arteriya | Ümumi qalça arteriyası | ||
Dorlands / Elsevier |
12850542 | ||
Təsvirlər
- Parietal venaların inkişaf sxemi
- Kiçik şanağın sağ yarısının venaları.
- Birincili limfa kisələrinin görünüş sxemi
Mənbə
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)