Ümumi bazar
Ümumi Bazar (ÜB) — iqtisadi inteqrsiyanın başqa bir səviyyəsi olub, mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapital və istehsalda göstərilən xidmətlərin sərbəst hərəkətini təmin etməkdən ötrü maneələrin və tariflərin aradan qaldırımasıdır. Ümumi bazar "vahid bazar"a keçid mərhələsidir. Belə ki, vahid bazara keçən ölkələrdə bütün istehsal amillərinin maneəsiz hərəkəti təmin edilir. Həm də burada fiziki (sərhədlər), texniki (standartlar) və maliyyə (vergilər) faktorları maksimum səviyyədə uyğunlaşdırılır.
Qeyd olunmalıdır ki, gömrük ittifaqı qurulmadan ümumi bazara keçid mümkündür. Yəni iqtisadi inteqrasiyanın 3-cü mərhələsində ümumi bazarda yaradıla bilər. İkisinin eyni anda tətbiq edildiyi zaman iqtisadi inteqrasiyanın 4-cü səviyyəsi olan iqtisadi ittifaq formalaşır.