Ümumdünya sülhü (Bəhailik)
Bəhai dininin mərkəzi qayəsi dünya xalqlarının birliyini bərqərar etməkdir. Bəhaullah qətiyyətli şəkildə bildirirdi ki, "Allah Əmrini və Onun Dinini canlandıran təməl məqsəd bəşər aləminin maraqlarının qorunması və onun birliyinin irəlilədilməsi"dir. Öz yazılarında, Bəhaullah, sülhə gedən yolu 2 mərhələdə təsvir edirdi — kiçik sülh və böyük sülh.
Kiçik sülh mahiyyətcə dünya xalqları arasıdna kollektiv təhlükəsizlik razılaşmasıdır. Bu razılaşmaya görə, təcavüzkar tərəf ortaya çıxanda xalqların biri digərini qorumağa qalxır, o zamana ki, təcavüzkar ərazi qəsb etməyə, yaxud qonşu xalqı məhv etməyə çalışır. Kiçik sülh əhatə sahəsində məhdudlaşır, təməl sistemin qurulması, milli sərhədlərin ümumi qəbulu və xalqların suverenliyi. Bəhailər inanır ki, kiçik sülh İlahi iradə vasitəsilə irəliləyir və prosesə bəhailərin birbaşa təsiri gözəçarpmayacaq qədər azdır.
Böyük sülh kiçik sülh prosesinin nəhayi hədəfidir və özlüyündə mənəvi və sosial birliyi nəzərdə tutur — o dövr ki, dünya xalqları həqiqətən başqa xalqları özlərindən fərqləndirmir və bir-birilərinə qayğı göstərirlər, nəinki sadəcə bir-birilərinə dözürlər. Bu prosesə Bəhai baxışı ondan ibarətdir ki, bu Bəhai təlimlərinin, prinsiplərinin və tətbiqlərinin bütün dünya boyunca yayılması ilə mümkündür. Dünya sülhü və onun təməl elementləri haqqında Ümumdünya Ədalət Evinin "Dünya Sülhü Vədi" sənədində yazılmışdır.[1]
İstinadlar
- Smith, P. (1999). A Concise Encyclopedia of the Bahá'í Faith. Oxford, UK: Oneworld Publications. pp. 363–364.