Ümumdünya Kompüter Oyunları
WCG (ing. World Cyber Games) — Ümumdünya kompüter oyunları turnir seriyası 2000-ci ilin oktyabrında keçirilmiş əlamətdar tədbir ilə başlayır. Həmin ay Koreyanın Seul şəhərində dünyanın 17 ölkəsindən 174 peşəkar oyunçunun qatıldığı WCG Challenge kiber-turniri keçirilmişdir. Müsabiqə həmin dövr üçün ən məşhur olan 4 oyun üzrə keçirilirdi: Quake III: Arena, FIFA 2000, Age of Empires II, StarCraft: Brood War. Böyük uğurla keçən bu tədbir bütün dünyada çox müsbət qarşılanmışdır.2001-ci ildən başlayaraq, müsabiqə "World Cyber Games (WCG) — Ümumdünya kompüter oyunları" adı altında keçirilir.
Ümumdünya Kompüter Oyunları | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
2001-ci ildə Ümumdünya kompüter oyunlarının finalında iştirak edən ölkələrin sayı artıq 37-ə çatmışdır, seçmə oyunlarında isə 120 min oyunçu iştirak edirdi. Müsabiqədə keçirilən rəsmi oyunların da sayı artmışdı. Oyunların sayı artıq 6 idi: Quake III: Arena, FIFA 2001, Age of Empires II, StarCraft: Brood War, UnrealTournament, Half-Life: Counter-Strike.
2002-ci ildən başlayaraq WCG (ÜKO)-nin dünya üzrə əhatə dairəsi daha da genişlənir. Çempionatın seçmə oyunlarında dünyanın müxtəlif ölkələrini təmsil edən 1,5 milyondan artıq oyunçu iştirak edirdi. Müsabiqənin böyük finalı (Grand Final) həmin il Koreyanın Tedjon şəhərində keçirilmişdir. Böyük final zamanı şəhərə dünyanın 45 ölkəsindən təqribən 470 oyunçu gəlmişdi. Müsabiqə 6 oyun üzrə keçirilirdi: StarCraft: Brood War, 2002 FIFA World Cup, Half Life: Counter Strike, Age of Empires II: The Conquerors, Quake II: Arena i Unreal Tournament. Tədbiri işıqlandırmaq üçün 300-dən artıq jurnalist akkreditə olunmuşdu. Onların arasında dünyanın ən iri telekanallarının şərhçiləri də var idi.
2003-cü çempionatının seçmə oyunlarında iştirak etmiş oyunçuların sayı artıq 600 minə çatmışdı. Həmin ildən başlayaraq çempionatda keçirilən rəsmi oyunların sayı artmaqla yanaşı, aparat platforması da genişlənmişdir. PC üçün nəzərdə tutulan 6 oyunla yanaşı (WarCraft III: Reign of Chaos, FIFA Soccer 2003, Age of Mythology, StarCraft: Brood War, Unreal Tournament 2003, Half-Life: Counter-Strike), rəsmi oyunların sırasına XBOX konsoli üçün Halo oyunu da daxil edilmişdir. 7 rəsmi oyundan savayı, Koreya Respublikası hökumətinin sponsorluq etdiyi 8-ci — Survival Project oyunu da var idi.
2004-cü ildə çempionatın Qrand-finalı ilk dəfə olaraq, Koreyanın hüdudlarından kənarda keçirilmişdi. Bu dəfə böyük finalın keçirildiyi şəhər San-Fransisko oldu. San-Fransisko şəhəri ilə yanaşı, Qrand-finalın keçirilməsində iddialı olan şəhərlər arasında Sinqapur və Milan kimi şəhərlər də var idi. 2004-cü il Ümumdünya kompüter oyunları çempionatı 8 məşhur oyun üzrə keçirilirdi: PC platforması üzrə keçirilən oyunlar — WarCraft® III: Frozen Throne, StarCraft®: Brood War™, Half-Life™: Counter-Strike Condition Zero, Unreal™ Tournament 2004, Need for Speed: Underground, FIFA Soccer 2004. XBOX konsoli üzrə keçirilən oyunlar — Project Gotham Racing 2, Halo.
2005-ci ildə keçirilmiş çempionatın seçmə oyunlarında qələbə çalmış 615 oyunçu müsabiqənin finalında iştirak edirdi, çempionatın mükafat fondu isə 2 milyon ABŞ dolları təşkil edirdi. Qrand-finalı işıqlandırmaq üçün 350-dən yuxarı jurnalist akkreditə olunmuşdu.
2005-ci ilin Qrand-finalı 16 – 21 noyabr tarixində Sinqapurda keçirilmişdir. Bu əlamətdar tədbirin getdikcə artan nüfüzu ilə əlaqədar olaraq, artıq çempionata təqribən 800 oyunçunun qatılması heç də təəccüblü deyildi. 2005-ci il WCG (ÜKO) aşağıdakı rəsmi oyunlar üzrə keçirilirdi: PC platforması üzrə 6 oyun: StarCraft®: Brood War™, WarCraft® III: Frozen Throne™, Warhammer 40,000: Dawn of War™, Counter-Strike: Source, FIFA Soccer 2005™, Need For Speed™: Underground2 və XBOX konsoli üzrə 2 oyun: Dead or Alive® 2: Ultimate, Halo2™. Sinqapurda keçirilən final oyunlarının mükafat fondu təqribən 2,5 milyon ABŞ dolları təşkil etdi.
WCG-nin ümumdünya sponsoru olan Samsung Electronics kompaniyasının göstərdiyi dəyərli maliyyə və təşkilati dəstəyini qeyd etmək gərəkdir. Bu tədbirin digər sponsorları Game Industry Promotion&Development Institute, Intel, nVIDIA, Nespot, Microsoft, Vivendi, Pizza Hut, Creative Technology, Java City, G-voice (i-med) kimi dünyada məşhur olan kompaniya və təşkilatlar, həmçinin Samsung RW Combo, SyncMaster kimi ticarət markası olmuşdur.