Ümumşəhər qəbiristanlığı

Ümumşəhər qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq.

Qəbiristanlıq
Ümumşəhər qəbiristanlığı
Ümumşəhər qəbiristanlığının girişi
Ümumşəhər qəbiristanlığının girişi
Ölkə
Rayon Qaradağ rayonu
Status qəbiristanlıq
Əsası qoyulub bilinmir

Coğrafiyası

Qəbiristanlıq Laçın massivinin yaxınlığında, Bakı dairəvi avtomobil yolunun alt hissəsində yerləşir. "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığındadır.

Tarixi

Ümumşəhər qəbiristanlığının dəqiq tarixi məlum deyildir.

Dəfn

Məzarlıqda müxtəlif millətlərdən olan insanlar dəfn olunub. Burada azərbaycanlı, yəhudi, rus və erməni millətlərinin nümayəndələri dəfn edilmişdir.[1]

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində həlak olan 18 şəhid məzarlıqda dəfn olunmuşdur. Lakın bir müddət sonra şəhid ailələri müraciət edərək qəbirlərin Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsini istəmişlər. 2021-ci il yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib. Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.[2]

Qalereya

İstinadlar

  1. "Зильберштейн М. Еврейские кладбища Баку" (PDF). ourbaku.com. 2023-04-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-14.
  2. "Ümumşəhər qəbristanlığındakı 18 şəhidin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb" (az.). apa.az. 2021-01-30. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.