Ülviyyə Sultan
Ülviyyə Sultan (1868, Konstantinopol – 5 oktyabr 1875, Konstantinopol) — XXXIV Osmanlı sultanı II Əbdülhəmidin qızı.
Ülviyyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1868 |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 5 oktyabr 1875 |
Vəfat yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Validə Turxan Sultan türbəsi, Yeni məscid |
Atası | II Əbdülhəmid |
Anası | Nazikəda Qadınəfəndi |
Həyatı
II Əbdülhəmidin ilk övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsilli Nazikəda xanım idi. Sarayda baş verən qəza nəticəsində hələ 7 yaşında ikən yanaraq faciəvi şəkildə ölmüşdür. II Əbdülhəmid bu övladını və onun acısını heç vaxt unutmadı. Ayşə Sultanın xatirələrində dediyinə görə, atası II Əbdülhəmid Ülviyyə Sultan haqqında danışarkən "Allah heç birinizin acısını göstərməsin, ancaq Ülviyyəmi heç vaxt unutmayacam, ağrısı qəlbimi yandırır" demişdir. Məzarı Yeni Məsciddə Cədid Havadin türbəsində anasının məzarının yanındadır.[1]
İstinadlar
- Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.