Ülviyyə Fətəliyeva

Ülviyyə Hasil qızı Fətəliyeva[2] (3 avqust 1996[3], Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022).

Ülviyyə Fətəliyeva
Ölkə  Azərbaycan
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan
Titulu beynəlxalq usta (2022)
Son reytinqi
  • 2.384 (dekabr 2023)[1]
Maksimal reytinqi 2.428 (noyabr 2022)
FİDE nömrəsi 13403052
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə anadan olub.[4] Gəncə şahmat məktəbinin yetirməsidir.[5]

Karyerası

2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.[6][7]

2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.[8]

2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.[9]

2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb.[10] Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.[11]

2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla brünc medala sahib olmuşdur.[12]

Milli komanda

Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[13]

2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdır.[14]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 31 december 2023. 2023.
  2. Gəncə şəhər İxtisaslaşdırılmış Şahmat-Dama Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine (az.)
  3. chessgames.com. 2001.
  4. Ulviyya Fataliyeva // ugra2017.fide.com.
  5. Ülviyyə Fətəliyeva "Odlar Yurdu" kollektivinin heyətində çıxış edir // ganjanews.az. 11 oktyabr 2017.
  6. "3 азербайджанских шахматиста завоевали титул Чемпиона Европы". AZE.az. 2010-09-29. İstifadə tarixi: 2017-10-17.
  7. "European Youth Chess Championship Batumi 2010 — Girls Under 14". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  8. "Chess-Results Server Chess-results.com - AZE Ch U20 Girls 2011". chess-results.com. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#first_missing_last)
  9. "Chess-Results Server Chess-results.com - 24th EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2014". chess-results.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#first_missing_last)
  10. "Chess-Results Server Chess-results.com - Azerbaijan Women's Championship". chess-results.com. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#first_missing_last)
  11. "Azərbaycanın "Odlar yurdu" şahmat komandaları gümüş və bürünc medallar qazanıblar". Azertag.az. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Aprel 2018.
  12. European Women Chess Championship 2022 Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine. Chess-results.com
  13. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  14. 44th Chess Olympiad 2022 Women Arxivləşdirilib 2022-08-04 at the Wayback Machine. chess-results.com

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.