Ülvi Bacarani

Ülvi İlqar oğlu Bacarani (27 yanvar 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2013).

Ülvi Bacarani
Ülvi İlqar oğlu Bacarani
azərb. Ülvi İlqar oğlu Bacarani‎
azərb. Ülvi İlqar oğlu Bacarani
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi 27 yanvar 1995(1995-01-27) (29 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Titulu qrosmeyster (2013)
Son reytinqi 2423 (may 2022)
Maksimal reytinqi 2551 (noyabr 2015)
FİDE nömrəsi 13403028
ulvichess.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ülvi Bacarani 27 yanvar 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Şahmatla beş yaşından məşğul olmağa başlayıb. Birinci dərəcəni 7 yaşında alıb, 9 yaşda olarkən Bakı çempionatında qalib olub, daha sonra 10 yaşında Avropa və Dünya çempionatlarındakı medallarına görə FİDE ustası olub, 14 yaşında Beynəlxalq usta adını və 16 yaşında ən yüksək şahmat titulunu – Beynəlxalq qrosmeyster titulunu qazanıb. İlk müəllimi atası - İlqar Bacarani (beynəlxalq usta, beynəlxalq hakim, əməkdar məşqçi) olub.

Uğurları

Respublika Şahmat Mərkəzində keçirilən U14 pempionatının qalibi, Bakı (Noyabr, 2004)

10 yaşa qədər oğlanlar arasında Bakı çempionu (2004, 2005)

U12 kateqoriyasında 3 dəfə çempoin, Əbu-Dabi, BƏƏ (Avqust, 2005, 20062007)

U10 kateqoriyasında beynəlxalq şahmat turnirinin qalibi, Tehran, İran (Fevral, 2005)

U14 kateqoriyasında "Prezident kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Bakı (May, 2006)

Açıq şahmat turnirinin mükafatçısı, Əbu-Dabi (BƏƏ, Avqust, 2006)

U16 kateqoriyasında "Xəzər kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Rəşt, İran (Dekabr, 2007)

Dubay-U12 kateqoriyasının qalibi (İyul, 2007)

U20 kateqoriyasında beynəlxalq "Ramazan kuboku" şahmat turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (Sentyabr, 2008)

U14 kateqoriyasında "Capella La Grande" açıq şahmat turnirinin qalibi, Fransa (Mart, 2009)

U14 və U20 Azərbaycan Gənclər Çempionatının qalibi, Baku (Aprel, 2009)

U14 kateqoriyasında "Dubay-Open" şahmat turnirinin qalibi, BƏƏ (İyul, 2009)

U18 kateqoriyasında "Aeroflot-Open" beynəlxalq şahmat turnirinin qalibi, Moskva (Fevral, 2010)

"PETROVSKAYA LADYA" turnirində ikinci yer, Peterhof, Rusiya (İyul, 2010)

"Dünya gənc ulduzlar" turnirinin mükafatçısı, Kirişi, Rusiya (May, 2011)

"İbn-Sina kuboku" turnirinin mükafatçısı, Həmədan, İran (İyun, 2011)

U18 kateqoriyasında "Baku-Open" qalibi, Bakı, Azərbaycan (Avqust, 2011)

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bağlı turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2011)

Azərbaycanın birini liqasının qalibi Bakı, Azərbaycan (Noyabr-Dekabr, 2012)

U18 kateqoriyasında Azərbaycan Gənclər Çempionatının qalibi, Bakı, Azərbaycan (Mart, 2013)

Ramazan blitz turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (İyul, 2013)

Alushta GM Payız turnirinin qalibi, Ukrayna (Sentyabr, 2013)

Milli müstəqillik günü münasibətilə Açıq turnirinin qalibi, Bakı, Azərbaycan (Oktyabr, 2013)

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Blitz turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2013)

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi (İyun, 2014)

Fuad Cəfərov xatirə turnirinin qalibi (play off) Bakı, Azərbaycan (Noyabr, 2014)

U20 kateqoriyas;nda Najdorf Open A 2014 xatirə turnirinin qalibi, Varşava, Polşa (İyul, 2015)

Blitz turnirinin mükafatçısı Arad, Rumıniya ( Avqust, 2015)

Brasschat Open turnirinin qalibi, Belçika (Avqust, 2015)

Fuad Cəfərov xatirə turnirinin qalibi (blitz), Bakı (Dekabr, 2015)

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə sürətli şahmat turnirinin qalibi, Bakı (İyun, 2016)

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə blitz turnirinin qalibi, Bakı (İyun, 2016)

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.