Ülfət Bədəlbəyli
Ülfət İsmayıl qızı Bədəlbəyli (27 dekabr 1939, Bakı – 15 aprel 2020, Bakı) — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i,[1] professor (2010), filologiya elmləri doktoru (2005).[2]
Ülfət Bədəlbəyli | |
---|---|
Ülfət İsmayıl qızı Bədəlbəyli | |
Doğum tarixi | 27 dekabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 2020 (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İş yeri | |
Təhsili | M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutu |
Mükafatları | "Əməkdar müəllim" |
Həyat
- 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub[3]
- 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub
- 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb
- 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır
Təhsili və elmi dərəcə və elmi adları
- 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası
- 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası
- 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur[3]
Vəfatı
Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdir[4].
Fəaliyyəti
Əmək fəaliyyəti
- 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti.
- 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim.
- 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim.
- 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti.
- 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi.
- 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru[2].
İctimai fəaliyyəti
- 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub.
- 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü.
- 2004-cü ildən BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının üzvü.
Tədqiqat sahəsi
Dünya ədəbiyyatı, ingilis ədəbiyyatı, ədəbi əlaqələr[3].
İştirak etdiyi konfranslar, treninqlər
- 1982, Bakı, Azərbaycan. Şekspir inqilabdanəvvəlki Azərbaycan tənqidində // ADU nəşri, Azərbaycan Ali məktəb aspirantlarının V Respublika elmi konfransı
- 1982, Bakı, Azərbaycan. Erkən italiya İntibahı və Şərq // Respublika Elmi Konfransının materialları. Bakı, BDU nəşriyyatı
- 1983, Bakı, Azərbaycan. Şekspir Azərbaycan sovet tənqidində (20-ci illər) // ADU nəşri, Azərbaycan sovet tənqidinin problemləri, Elmi nəzəri konfrans
- 1991, Bakı, Azərbaycan. Şekspir faciələrində Şərq folkloru // Azərbaycan folklorunun aktual problemləri. Elmi konfransının materialları, Bakı, BDU nəşri Bakı, Azərbaycan. Nizami irsi İngilis İntibahı ədəbiyyatında. ("Leyli və Məcnun" və "Romeo və Cülyetta") // İkinci Bakı Beynəlxalq simpoziumu. BBS-95, Bakı.
- 1996, Ankara, Türkiyə. Türk folkloru rus araşdırmalarında // V uluslararası xalq kulturu konqressi
- 1997, Bolu, Türkiyə. "Köroğlu" Avropada // Bolu və "Köroğlu" simpoziumu, Abant İzzət Baysa Universiteti
- 1998, Bakı, Azərbaycan. İngilis klassik dramaturgiyası Azərbaycanda // IV Bakı Beynəlxalq simpoziumu
- 2000, Eskişehir, Türkiyə. Yunus Emrenin İngilis sentimental poeziyası ilə səsləşməsi // VIII uluslarasıtürk xalq ədəbiyyatı seminarı
- 2001, Eskişehir, Türkiyə. Meracnamə və Dantenin "İlahi komediyası" // VII uluslarası türk xalq ədəbiyyatı seminarı
- 2002, Bakı, Azərbaycan. "Obramlyonnaya povest" janrının Şərq kökləri // "Ənənə və qloballaşma". Beynəlxalq elmi simpozium. AMEA, (qrifli nəşr)
- 2002, Bakı, Azərbaycan. Antik ədəbiyyatda Şərq // "Context" Azərbaycan-Avropa ədəbi mədəni əlaqələri mərkəzi.
- 2009, Bakı, Azərbaycan. Концепция Востока в творчестве Шекспира, Şərq İntibah ədəbiyyatınınbəzi nəzəri problemləri, Azərbaycanın görkəmli alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda Respublika Elmi Konfransı
- 2009, Ankara, Türkiye. Mevlanə Cəlaləddin Rumi. "Çağrı" kültür, Sanat, Folklor Dergisi. Sayı 591
- 2013, Bakı, Azərbaycan. "Tomas Mann və Şekspir" Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş filologiyanın aktual problemləri mövzusunda elmi-nəzəri konfrans.
- 2014, Bakı, Azərbaycan. "Yusif və onun qardaşları. Allah, zaman və insan haqqında pritça". Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans.
- 2014, Bakı, Azərbaycan. " Şekspir Yaponiyada". Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual məsələləri mövzusunda Respublika elmi-nəzəri konfransı[2]
Çap olunmuş əsərləri
Kitabları
- 1993 – "Şekspir Azərbaycanda". Bakı (rus dilində)
- 2000 – "İngilis İntibahı və Şərq". BDU nəşri
- 2005 – "Dünya ədəbiyyatı tədris proqramı". 5 hissə. Bakalavr və magistr pillələri üçün. (rus dilində)[3]
Metodik göstəriş və proqramlar
- 1983, Şekspir. Metodik göstəriş. ADU
- 2005, Dünya ədəbiyyatı tədris proqramı (rus dilində). V hissə.((bakalavr və magistr pilləsi üçün
- proqram)
- 2016, Dünya ədəbiyyatı (klassik dövr). (proqram)
- 2016, Dünya ədəbiyyatı (müasir dövr). (proqram)
- 2018, Dünya ədəbiyyatının ən yeni dövrü (postmodernizm) (magistratura pilləsi üçün proqram)
Məqalələr
- 1984, Azərbaycan dramaturgiyasının inkişafında klassik ənənələrin rolu (Şekspir və Cabbarlı) 19 Metodik göstəriş və proqramlar Moemin "Şərq hekayələri" // Ədəbi əlaqələr. Toplu 3, Bakı, səh. 336–342
- 2009, Türkiyə. "Şair Jerar de Nervalin yaradıcılığında Şərq mövzusu" // "Kumru" jurnalı, Tarih, mədəniyyət, sənət, ədəbiyyat dərgisi. LSSN.1309–8608, No 2, s.34–36
- 2009, "Chaucer və Şərq" // "Dil və ədəbiyyat" Beynəlxalq Emi-nəzəri jurnal. No4 (58), s.98–99.
- 2009, "Şou və Şekspir " // Bakı Universitetinin xəbərləri, ISSN. 1609–0586, humanitar elmlər seriyası, Bakı, No 4, s.31–35
- 2010, "Şərqdə çay mərasimi". Folklor və etnoqrafiya // Beynəlxalq elmi-nəzəri jurnal. No1, s.40–45
- 2011, "Ketrin Mensfildin qısa hekayələri" // Dil və Ədəbiyyat, No2 (82), s.130–132
- 2011, "Alman maarifçiləri Şekspir haqqında" // Filologiya məsələləri jurnalı, AMEA-nın M. Füzuli adına əlyazmaları institutu, Bakı, No 6.
- 2012, "Umberto Eko — 80" // Filologiya məsələləri, No9. s.329–333.
- 2013, Роман Джоно Фаулза "Коллекционер" // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal No 4 (88) Bakı, səh.183 −184
- 2015, Yaponiya Rusiya poeziyasının "gümüş dövrü" şairlərinin yaradıcılığında // Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal, 3 (95), Bakı Dövlət Universiteti, Bakı.
- 2015, Latın Amerika və Azərbaycan nəsrində XX əsrdə Fantastik reallıq Dünyası" // Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2 (94), Bakı Dövlət Universiteti, Bakı[2].
İstinadlar
- "Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- "ÜLFƏT İSMAYIL qızı BƏDƏLBƏYLİ Filologiya üzrə elmlər doktoru, professor" (PDF) (az.). static.bsu.az. 2020-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-11.
- "Kafedranın professor əvəzi ÜLFƏT BADALBƏYLİ". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- BDU-nun professoru vəfat edib
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.