Üfüqi stabilizator

Üfüqi stabilizator təyyarələrin uçuş oxunun paralel olduğu üfüqi müstəvidə təyyarənin tarazlı bir uçuş həyata keçirməsinə imkan verən səthlərdir. Adi təyyarələrdə üfüqi stabilizator quyruqda yerləşir və kiçik bir cüt qanada bənzəyir. Hündürlük sükanı və hündürlük çəpəri üfüqi stabilizatorun ucunda yerləşir. Hündürlük sükanı və hündürlük çəpəri istisna olmaqla üfüqi stabilizatorun digər hissələri ümumiyyətlə hərəkətsizdir.

North American P-51 Mustang üzərində üfüqi stabilizator çəhrayı rəng ilə işarələnmişdir

Hərəkətli üfüqi stabilizator

Bəzi təyyarələrdə tamamilə hərəkət edə bilən üfüqi bir stabilizator var. Bu təyyarələrdə ayrıca bir hündürlük sükanı (lift) olmur və eyni zamanda stabilizator hündürlük sükanı rolunu oynayır.

Kanart təyyarələrində isə daşıyıcı kanart və ya nəzarət kanartı üfüqi bir stabilizator rolunu oynayır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.