Üdgün

ÜdgünAzərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.[1]

Üdgün
39°03′17″ şm. e. 46°41′29″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 390 m
Saat qurşağı
Üdgün xəritədə
Üdgün
Üdgün

Tarixi

Üdgün kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. Yerli məlumata görə, kəndin keçmiş adı Güdgün olmuşdur. Türk dillərində üdd “köçmək, köçəri həyat sürmək” mənasındadır. Güman etmək olar ki, kəndin adı “köçgün” mənasında olub, gəlmə (Zərdab) oykonimi ilə sionimlik taşkil edir.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Üdgün // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.