Üçtəpə (Cəlilabad)
Üçtəpə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Üçtəpə | |
---|---|
39°20′13″ şm. e. 48°25′39″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 6021 (2009) nəfər |
|
Tarixi
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Təzəkənd kənd inzibati ərazi dairəsinə verilmişdir.[1]
Toponimikası
- Üçtəpə oyk., sadə.
- Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi keçmişdə alar tayfasının qışlaq yeri olmuş, XIX əsrin axırlarında kəndə çevrilmişdir. Qışlağın adı oradakı iiç təpənin varlığı ilə bağlı yaranmışdır;
- Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindodir. Kənd yaxınlığındakı Üçtəpə dağının adı ilə adlandırılmışdır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6021 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yol
31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[4]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "[[Azərbaycan Respublikası]]nın [[Cəlilabad rayonu]]nun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine president.az