Üçkilsə kafedralı
Üçkilsə kafedralı (erm. Էջմիածնի Մայր Տաճար, yaxud Eçmiadzin — Erməni Qriqorian Kilsəsinin baş kafedralı.
Üçkilsə kafedralı | |
---|---|
Էջմիածնի Մայր Տաճար | |
40°09′42″ şm. e. 44°17′27″ ş. u. | |
Ölkə | Ermənistan |
Şəhər | Üçkilsə |
Yerləşir | Armavir mərzi |
Aidiyyatı | EQK |
Sifarişçi | Maarifçi Qriqori |
Tikilmə tarixi |
301-303(orijinal bina; ənənəvi tarix)[1] |
Üslubu | Erməni memarlığı |
Hündürlüyü | 27 m |
Uzunluğu | 33 m (108 ft)[2] |
Eni | 30 m (98 ft) |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | armenianchurch.org |
Tipi | Mədəni |
Kriteriya | ii, iii |
Təyin edilib | 2000 |
İstinad nöm. | 1011 |
Dövlət | Ermənistan |
Region | Asiya |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 4.2/14.1 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kilsə, Üçkilsə (12 mart 1945-ci ildən — Eçmiadzin) rayonu ərazisində, rayon mərkəzi olan Üçkilsə (qədim Vağarşabad) şəhərində yerləşən erməni xristian məbədidir. IV əsrin əvvəlində Cənubi Qafqazda xristianlığın yayılmasına daha öncəki məbədlərin dağıdılması ilə başlayan maarifçi Qriqori əvvəlcə ölkənin ən böyük və nüfuzlu ibadətgahı olan Vağarşabaddakı məşhur atəşpərəstlik məbədini daş hasara aldırmış və az sonra (303-cü ildə) burada xristian məbədi ucaltmışdır.
V əsrdən başlayaraq bu məbəd dəfələrlə bərpa olunmuş, onun ilkin görkəmi tanınmaz dərəcədə dəyişdirilmiş, ona yeni-yeni tikililər əlavə edilmiş, xüsusilə XVII əsrdə böyük dəyişikliklərə məruz qalmışdır.
Kilsənin "Eçmiədzin" adı erməni dilinə "ēǰ miacinn" kimi tələffüz edilir və "yenidən doğulmuş yerə endi" kimi şərh edilir (əfsanəyə görə İsa Məsih göydən enərək Müqəddəs Qriqoriyə burada görünmüşdü).[3] Azərbaycan dilində "Eçmiədzin" sözü "Üç müəzzin" deməkdir[4] ("müəzzin" ərəbcə "azan oxuyan" deməkdir).
Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı məhz "Üçkilsə" kimi xatırlanır. Erməni katalikosluğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya üz tutdular. Onların Cənubi Qafqazda nüfuzlarını artırmaq imkanı yaranmışdı. Tezliklə monastrın özü ermənilərin dini mərkəzinə çevrilmişdir.
Bu torpaqların XIX əsrin birinci yarısında Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin hüdudlarından kənarda çox cüzi erməni var idi… Türkmənçay müqaviləsi bağlanana qədər nəinki Qarabağ xanlığında, eləcə də Cənubi Qafqazda həqiqətən də ermənilərin sayı daha az idi. Göstərilən müqavilədən sonra ermənilər çar Rusiyasının himayəsi və yardımı ilə İran və Türkiyədən bu ərazilərə köçürülmüşdür. Azərbaycan ərazilərinə İrandan 40 mindən artıq və Türkiyədən 90 min nəfər erməni köçürülmüş və bu da çar Rusiyasının işğalçılıq siyasətinin acı nəticəsi idi. Bu siyasət marksist-leninçi ideologiyanın hökm sürdüyü sovet dövləti zamanında da davam etdirilmişdi.[5]
Mənbə
- И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п.,1852, стр.292–306, 667; А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр. 171;
- M. Kalankatuklu. Albaniya tarixi, В., 1993, səh.21–23;
- J. Şarden. Səyahətnamə, В., 1994, səh.22;
- Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В.1994, səh.162–166
İstinadlar
- Sahinian, Zarian və Ghazarian, 1978. səh. 71
- "Fasmerin etimoloji lüğəti". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
- Kamandar Şərifli, filologiya elmləri doktoru. Qanlı illərin dəyərli abidəsi. Xalq Cəbhəsi.- 2015.- 8 yanvar.- S.14.
- Erməni vandalizmi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası)
Həmçinin bax
- Erməni Qriqorian Kilsəsi
- Erməni əhalisinin tarixi miqrasiyası
- Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası