Üç Kral məbədi
Üç Kral məbədi (alm. Dreikönigsschrein) – Üç Kral və ya Üç müdrik kişi kimi tanınan Bibliya maqlarının sümüklərinin saxlanıldığına inanılan xristian dini relikviyasıdır. Böyük qızıl sarkofaq formasında hazırlanmış relikviya Köln kafedralının yüksək altarının altında saxlanılır. Maass incəsənət məktəbinin ən gözəl nümunələrindən biri olan relikviya həm də qərb dünyasının ən vacib dini ziyarətgahlarındandır.
Tarixi
Müdrik maqların sümükləri əslində Konstantinopolda yerləşirdi, lakin onlar Milan arxiyepiskopu I Yevstorqiy tərəfindən Milana gətirilmiş və 344-cü ildə imperator Konstanta təqdim edilmişdir. Səkkiz əsr sonra, 1164-cü ildə dəyərli relikviya Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa tərəfindən Milandan Kölnə gətirilib və Köln arxiyepiskopu Raynald fon Dasselə verilib. Həmin dövrdən etibarən bu relikviya hər il çoxsaylı ziyarətçiləri dünyanın hər yerindən Kölnə cəlb edir.
"I Filippin (Köln arxiyepiskopu) dövründə üç müdrikin sümükləri üçün Üç Kral məbədi adlı sarkofaq formalı sarkofaq hazırlanmışdır. Bu haqqda mənə sümüklərin məbədin içinə yerləşdirilməsinin şahidi olmuş bir neçə nəfər xəbər vermişdi.”[1] Vita Yevstorqiy |
Məbədin bir hissəsi məşhur orta əsr zərgəri Verdunlu Nikolay tərəfindən 1180-1181-ci illərdə dizayn edilmişdir. Məbəd İsanın həyatından səhnələr, peyğəmbərlər və həvarilərin qızıl fiqurları ilə bəzədilmişdir. Məbəd 1225-ci ildə tamamlanmışdır.
Təxminən 1199-cu ildə Müqəddəs Roma imperiyasının imperatoru IV Otto Köln kafedralına hədiyyə kimi üç müdrik adam üçün üç qızıl tac hazırlatmışdı: "Otto rex coloniensis curiam celebrans tres coronas de auro capitibus trium magorum imposuit"; MGSS 17, 292.
Relikviya və kafedralın mühümlüyü şəhərin sonrakı inkişafına ciddi təsir göstərmişdir və buna görə də Köln şəhərinin gerbində hazırda da üç maqı simvolizə edən üç tac təsvir olunmuşdur.
Bu mühüm relikviyanın yerləşdirilməsi üçün hazırkı Köln kafedralının inşasına 1248-ci ildə başlanılmışdır. Kafedralın inşası 632 il çəkmişdir və Köln kafedralı hazırda Şimali Avropanın ən böyük qotik kilsəsidir.
20 iyul 1864-cü ildə məbəd açılmış və üç kralın sümükləri, həmçinin Köln arxiyepiskopu I Filippin sikkəsi aşkarlanmışdır. Hadisənin şahidi qeyd edir:
- “Müqəddəs məbədin xüsusi hissəsində indi görürük – qədim, köhnə və çürümüş sarğı qalıqları, ətirli qatran və buna oxşar başqa maddələr – üç adamın, müasir mütəxəssislərin köməkliyi ilə yığılmış müxtəlif sümükləri: biri yeniyetmə, ikincisi gənc, üçüncüsü isə bir qədər yaşlı. Gümüşdən hazırlanmış iki sikkə və brakteat aşkarlanmışdı; onlardan biri ehtimal ki, Filipp fon Heinsberq dövrünə aiddir və kilsədə nümayiş etdirilir (qeydlərə bax), digərində isə xaç və hüquq qılıncı, həmçinin hər iki tərəfində yepiskop əsası təsvir edilib.”[2]
- Qeyd: I Filippin sikkələrində olduğu kimi “Hartzheim, historia rei nummariae coloniensis Table 3 No. 14, 16, (1754)”[3] hələ qısaldılması olmadan; digər sikkənin mərkəzində xaç, fonda qılınc, digər üzündə isə yepiskop əsası təsvir olunub, lakin sikkələrin yazısı yoxdu, lakin onlar daha müasir dövrə aid olduğundan Reynald fon Dasselə aid edilmirlər.” [4]
Sümüklər ağ ipəyə bükülərək yerinə qoyulmuşdur.
Təsvir
Ölçüləri və hazırlanması
Üç Kral məbədi 110 sm (43 inç) enə, 153 sm (60 inç) hündürlüyə və 220 sm (87 inç) uzunluğa malikdir. Məbəd bazilika formasındadır: iki sarkofaq yanaşı durur, üçüncüsü isə onların üstündə yerləşir. Künclər tamamilə örtülü olduğundan sarkofaqların kəsişmə yeri görünmür. Əsas struktur taxtadan hazırlanıb, qızıl və gümüş löhhələrlə örtülüb, 1000-dən artıq qiymətli daş-qaşlar və mirvarilərlə bəzədilib. Qaşlar üzərində kameo və intaqliolar vardır ki, onların da bəziləri xristianlıqdan əvvəlki dövrə aiddir.
Dekorasiya
Məbədin bütün xarici səthi mürəkkəb dekorativ təsvirlərlə örtülmüşdür. Dekorasiyanı tamamlayan kiçik fiqurlar nəzərə alınmamaqla, ümumi məbəd fiqurunun üzəri 74 fiqurla bəzədilmişdir və onlar hamısı qızıl suyuna çəkilmiş gümüşdən işlənmişdir. Hər iki tərəfdə məbəd divarları aşağı tərəfdə peyğəmbər obrazları ilə bəzədilib, onların üstündə isə həvarilərin və yevangelistlərin obrazları durur. Məbədin bir qurtaracağında (aşağıda, soldan sağa) Maqların heyranlığı, Məryəmin körpə isa ilə taxta çıxması və İsanın vəftizi, yuxarıda Məsihin taxta çıxması və Böyük məhkəmə təsvir olunub. Digər qurtaracaqda İsanın iztirabları göstərilib: Məsihin şallaqlanması (aşağıdan solda) və çarmıxa çəkilməsi (aşağıdan solda), yuxarıda isə İsanın dirilməsi. Bu qurtaracaqda mərkəzdə həm də Reynald fon Desselin büstü var.
Ədəbiyyatda
- Umberto Ekonun “Baudolino” (2000) romanında XII əsrdə maqların sümüklərinin tapılması və qorunması təsvir edilir.
- Ceyms Rollinsin “Sümüklərin xəritəsi” (2005) romanında məbədin içində maqların sümükləri yox, maqlar tərəfindən hazırlanmış bir atomlu qızıl olması göstərilir.
- Endryu Qrilinin “Yepiskop və Üç Kral” (1998) romanında hadisələr bu relikviya ətrafında cərəyan edir.
İstinadlar
- Latınca orijinal mətn:
- "Temporibus domini Philippi episcopi, qui successit Reinoldo, fabricata est eis capsa ... sicut nobis narraverunt qui presentes erant eorum translatoni ... " (Floss, Dreikoenigenbuch, 1864, page 116-122 (Latin); copy in MGH 25, 108)
- Alman dilində orijinalı:
- "In einer besonderen Abteilung des Schreins zeigten sich nun mit den Resten uralter vermoderter Binden, wahrscheinlich Byssus, nebst Stuecken aromatischer Harze und aehnlicher Substanzen die zahlreichen Gebeine dreier Personen, die mit Beihilfe der anwesenden Sachverstaendigen sich zu fast vollstaendigen Koerpern ordnen liessen: der eine aus erster Jugendzeit, der zweite im ersten Mannesalter, der dritte bejahrt. Zwei Muenzen, Bracteaten von Silber und nur auf einer Seite gepraegt, lagen bei; die eine, erweislich aus den Tagen Philipps von Heinsberg, zeigt eine Kirche (See Note), die andere ein Kreuz, das Jurisdictionsschwert an der einen, den Bischofsstab an der anderen Seite. (Floss, Dreikoenigenbuch, 1864, page 108)
- Hartzheim, Josephus, Historia Rei Nummariæ Coloniensis, Et Dissertationes De Eadem: Pars prima, De Nummis Archiepiscoporum Coloniensium, Pars Secunda, De Nummis Ducum Juliacensium & Montensium, & Agnatorum Genti Juliacensi, Pars Tertia. De Nummis Civitatis Coloniensis, 1754
- Alman dilində orijinal:
- "Ganz so wie die Muenze Philipps bei Hartzheim historia rei nummariae coloniensis Tafel 3 Nr. 14, 16, doch ohne die Umschrift; die andere in viereckiger Form, in der Mitte ein Kreuz, das Jurisdictionsschwert an der einen, den Bischofsstab an der anderen Seite, auch ohne Umschrift, ist jedenfalls nicht juenger und duerfte sich vielleicht als eine Muenze Rainald's erweisen." (Floss, Dreikoenigenbuch, 1864, page 108)