Üç Elig xaqan

Üç Elig xaqan (烏質勒) — Türgiş tayfalarının başçısı idi. Aşina Kuşrakın dövründə Bağa Tarxan titulu daşıyırdı.

Üç Elig xaqan
乌质勒
699 708
ƏvvəlkiAşina Kuşrak (Göytürk xaqanı kimi)
SonrakıSakal xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Uşağı Sakal xaqan
Dini Maniçilik

Hakimiyyəti

Öncəki həyatı barədə çox məlumat yoxdur.

699-cu ildə oğlu Çjen-i Çanqana göndərmişdi.

703-cü ildə Suyab şəhərini ələ keçirərək Aşina Kuşrakı qovmuşdu. Sarı türgişlər və qara türgişləri birləşdirərək tululardan da kömək alan Üç Elig özünü xaqan elan etdi.

Hər biri 7 min əsgərdən ibarət 20 sərkərdəsi vardı.

706-cı ildə ona Çin titulu olan Xuaydeçunvanq (怀德郡王) titulu verilmişdi.

Ölümü

706-cı ildə xəstələnmiş, 708-ci ildə vəfat etmişdir.

Mənbə

  • Şi-Ci Tonqcian
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.