Üçüncü yol (mərkəzçilik)

Üçüncü yol (mərkəzçilik) — sağ və həddindən artıq sağ, sol və həddindən artıq sol arasında qarşıdurmalardan qaçmağa çalışan müxtəlif siyasi mövqeləri təsvir etmək üçün istifadə edilən ümumi termin. Əsasən, üçüncü yol siyasətçilərinin fikirləri ifrat sağçıların iqtisadiyyatını ifrat solçuların sosial proqramları ilə birləşdirməyə çalışır. Üçüncü yol axtarışı bəzi sosial demokratlarsosial liberallar üçün xarakterikdir. Digər tərəfdən, onlar həm laissez-faire prinsipinin tərəfdarları tərəfindən qeyri-sabit kimi, həm də kommunistlərdən satqın kimi solçu dəyərlərin tənqidinə məruz qalırlar.

Tarix boyunca və müxtəlif dövlətlərdə “üçüncü yol” termini müxtəlif mənalarda istifadə edilmişdir. XX əsrin əvvəllərində mütərəqqi insanlar özlərini üçüncü yolun tərəfdarları adlandırdılar; 1950-ci illərdə ordoliberallar, məsələn, Vilhelm Röpke. Böyük Britaniyanın baş naziri Harold Makmillan “Orta yol” kitabını yazmışdır.

İngiltərədə məşhur üçüncü yol nəzəriyyəçisi sosioloq Entoni Giddens idi. Baş nazirlər Toni BlerQordon Braun ondan təsirlənmişdi. İqtisadiyyata dövlət nəzarəti ilə bağlı ənənəvi sosialist baxışlarından fərqli olaraq, onlar “etik sosializmi” ideal hesab edirdilər.

Üçüncü yolun digər tərəfdarları arasında Gerhard Şröder, Fernanda Enrique Cardoso, Wim Kok və b. var .

Üçüncü yol konsepsiyasına bir sıra Afrika ölkələrində (Seneqal, Tunis, Zambiya) islahatçı partiyalar üçün xarakterik olan Afrika sosializmi nəzəriyyələri də daxildir[1] .

Görkəmli tərəfdarları

İstinadlar

  1. Швейцер В.Я. Современная социал-демократия. Словарь-справочник. М.: Политиздат. 1990. 256.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.