Üçüncü Fransa Respublikası
Üçüncü Fransa Respublikası (fr. Troisième République) — Fransa tarixinin 4 sentyabr 1870-ci ildən 10 iyul 1940-cı ilə qədər əhatə edən dövrü.
Tarixi dövlət | |||||
Üçüncü Fransa Respublikası | |||||
---|---|---|---|---|---|
fr. Troisième République | |||||
|
|||||
Marselyeza | |||||
|
|||||
Paytaxt | Paris | ||||
Dilləri | fransız dili | ||||
Rəsmi dilləri | |||||
Valyuta | Fransa frankı | ||||
Əhalisi |
|
||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Yaranması
1870-ci ilin iyul ayının 19-da Fransa Prussiyaya müharibə elan etdi. Müharibənin başlanmasına səbəb İspaniya taxt-tacı uğrunda mübarizə, bəhanə isə Ems depeşesi (depeşe-təcili teleqram deməkdir) idi. Otto Bismark tərəfindən təhrif olunmuş formada hazırlanan bu depeşedə III Napoleon demək olar ki, alçaldılmışdı. Hərbi əməliyyatların gedişində Vaysenburq və digər döyüşlər Fransa komandanlığının məğlubiyyəti ilə başa çatmış oldu. Qravelot və Sen-pri döyüşlərində isə Fransanın marşal Bazenin başçılıq etdiyi ikinci böyük ordusu Mets qalasında mühasirəyə alındı. Qalada mühasirədə olanlara kömək məqsədi ilə Üçüncü Napoleonun da tərkibində olduğu növbəti bir ordu buraya yürüş etdi. Lakin bu hücum da uğursuz nəticələndi və ordu Sedan ətrafına çəkilməli oldu. 1 sentyabr 1870-ci ildə Sedan ətrafında on doqquzuncu əsrin ən böyük artilleriya döyüşü baş verdi. Sentyabrın 2-də isə Napoleon ağ bayraq qaldırmağı əmr etdi. Bu qərarın qəbul edilməsi bir qədər təzadlı idi. Çünki qalada mühasirəyə alınan 100 minlik qoşunun təqribən 82 min nəfəri bütün silah sursatı ilə birlikdə döyüş qabiliyyətini malik bir qüvvə təşkil edirdilər. Deyilənə görə Napoleonun bu qərarı qəbul etməsinin əsas səbəbi bu dövrdə səhhətində ağırlaşmanın baş verməsi ilə bağlı idi. Təslim xəbəri Parisə sentyabr ayının 3-də gəlib çatsa da, yalnız sentyabr ayının 4-də üsyan baş verdi və üsyanın nəticəsində Fransada yeni bir dövr — Üçüncü Respublika dövrü başlanmış oldu.