Özləm Türeci

Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir.[2] 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur.[3][4]

Özləm Türeci
Özləm Türeci
Özləm Türecinin 2019-cu il avqustun 12-də çəkilmiş şəkili
Özləm Türecinin 2019-cu il avqustun 12-də çəkilmiş şəkili
Doğum tarixi
Doğum yeri Lastrup, Almaniya
Vətəndaşlığı  Almaniya
Həyat yoldaşı Uğur Şahin (2002)
Uşağı 1
Milliyyəti türk
Dini islam
İxtisası doktor, sahibkar
Təhsili Saarland Universiteti
Fəaliyyəti tədqiqatçı, sahibkar, həkim, immunologist, beynəlxalq forum iştirakçısı[d]
Tanınır BNT162b2, COVID-19 peyvəndi, xərçəng tədqiqatları
Mükafatları Calogero Pagliarello Research Award
Georges Köhler Prize
German Sustainability Award
Axel Springer Award
Almaniya Federativ Respublikası Ləyaqət Ordeni[1]
Üzvlüyü
Profile at BioNTech
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası,[5] Katolik xəstəxanasında cərrah olaraq işləyirdi.[6] Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.

Türeci magistr təhsilini Saarland Universitetində tamamladı. 2001-ci ildə Mayns şəhərinə köçdü. Mayns Universiteti Xəstəxanasında immunitet sisteminin dəyişdirilmiş genetik kodlarla xərçəngə qarşı mübarizə aparması istiqamətində işlər apardı. 2001-ci ildə Uğur Şahin ilə qurduğu və türkcə "qənimət" sözündən ilham alaraq "Ganymed" adını daşıyan firmada təhsilini davam etdirdi. 2002-ci ildə özü kimi türk immiqrant həmkarı Uğur Şahin ilə ailə həyatı qurur.[7] Cütlük, immunitet sisteminin, xərçəng hüceyrələrinin bədənə daxil olan bir virus kimi təsbit etməsi və onları aradan qaldırmaq üçün birlikdə çalışmağı davam etdirirlər.[8]

Xərçəngə həssas antikor müalicələrinə öncüllük edən Ganymed, 2016-cı ildə Yaponiyanın əczaçılıq şirkəti Astellas-a satıldı. Şirkətin 1,3 milyard avroluq satışları bu günə qədər Almaniyada tibb sektorundakı ən yüksək satış oldu.[9] Bu satış Özləm Türeci-Uğur Şahini Almaniyanın ən varlı adamları sırasına daxil etdi.[10]

Türeci, BioNTech şirkətini 2008-ci ildə həyat yoldaşı Uğur Şahin və Avstriyalı immunoloq və onkoloq Kristof Huber ilə birlikdə qurdu. 2018-ci ildə şirkətin baş həkimi oldu. 2020-ci ildən etibarən 1300 işçisi olan şirkət əvvəlcə immunoterapiya xərçəngi müalicələri üzərində işləyirdi. 2020-ci ildə COVID-19 pandemiyasının yayılması ilə şirkət koronavirus peyvəndini tapmağa istiqamətləndi. Özləm Türeci, SARS-CoV-2-yə qarşı peyvənd işlərini inkişaf etdirərək, bu istiqamətdə lider rol oynadı. Peyvəndin hazırlanmasında BioNTech ilə əməkdaşlıq edən ABŞ əczaçılıq şirkəti Pfizer, 9 noyabr 2020-dəki açıqlamasında, istehsal olunan COVID-19 peyvəndinin (BNT162) 90 % müvəffəqiyyət qazandığını elan etdi.

Özlem Türeci, Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzeti Financial Times tərəfindən həyat yoldaşı Uğur Şahin ilə birlikdə koronavirüs peyvəndini hazırladıqları üçün "İlin adamı" seçildi.

2021-ci il martın 19-da o, və həyat yoldaşı Uğur Şahin COVID-19-ə qaşı peyvənd hazırlamaqda əldə etdikləri uğur səbəbiylə Almaniya Federativ Respublikasının ən yüksək mükafatı olan Ləyaqət Ordeni ilə təltif olundular. Bellevue Sarayında təşkil edilən təltif etmə mərasiminə Almaniya Prezidenti Frank-Valter ŞtaynmayerKansler Angela Merkel də qatılmışdılar. Alim cütlüyə mükafatı çəxsən Kansler Angela Merkel təqdim etmişdir.[1]

Üzvü olduqları

Özləm Türeci Amerika Xərçəng Araşdırmaları Birliyinin (AACR) və 2015-ci ildən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO), Alman HematologiyaOnkologiya Cəmiyyətinin (DGHO), Alman İmmunologiya Cəmiyyətinin üzvüdür.

BioNTech

BioNTech-in Maynsdakı binası

2008-ci ildə Türeci, 2018-ci ildən bəri baş həkim vəzifəsində çalışdığı Mayns mərkəzli BioNTech biotexnologiya şirkətinin qurucularından biri idi.[11] 2009–2018-ci illərdə şirkətin elmi məsləhət şurasının sədri vəzifəsində çalışıb. BioNTech, xərçəng və digər ciddi xəstəliklərin müalicəsində xəstəyə xas yanaşma metoduna görə, aktiv immunoterapiyanın inkişafı və istehsalına yönəlmişdir.[12] Baş həkim olaraq ilk növbədə Klinik Tədqiqat və İnkişafdan cavabdehdir. BioNTech, 2020-ci ilin yanvarından bəri,[13] şirkətin baş direktoru olan Özləm Türeci və həyat yoldaşı Uğur Şahinin rəhbərliyi altında COVID-19 yoluxucu xəstəliyinin BNT162b2 peyvəndi üzərində araşdırma apararaq peyvəndin hazırlanmasında klinik tədqiqatlar sahəsindən uğur əldə edir.[14][15][16] Türeci, şirkətinə və tərəfdaşlarına verdiyi 500-dən çox patent ilə məşğul olur.

Mükafatları

Həmçinin bax

Ədəbiyyat

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  2. "Das Führungsteam", Homepage (alman), BioNTech, 2020-12-10 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2020-11-30
  3. Vorlesungsverzeichnis, Johannes Gutenberg Universität Mainz, 2021-03-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-11-30
  4. "Privatdozentin Dr. Özlem Türeci", DFG - GEPRIS - (alman), Deutsche Forschungsgemeinschaft, 2021-03-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-11-30
  5. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
  6. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13. (#first_missing_last)
  7. "Arxivlənmiş surət". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
  8. "Arxivlənmiş surət". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
  9. "Arxivlənmiş surət". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
  10. "Arxivlənmiş surət" (İngilizce). 2020-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
  11. Biontech, Form 20-F (ingilis), U.S. Securities and Exchange Commission, 2020-03-31, 2021-03-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-11-10
  12. Hofmann, Siegfried; Terpitz, Katrin, "Impfung gegen Krebs", Handelsblatt (alman), 2016-03-16, səh. 16
  13. Biontech: Mit Lichtgeschwindigkeit zum ersten Corona-Impfstoff (alman), Deutsche Welle (DW), 2020-11-09, 2020-11-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-11-30
  14. Hofmann, Siegfried; Wermke, Christian, "Ugur Sahin und Özlem Türeci: Dieses Medizinerpaar entwickelt einen Covid-19-Impfstoff.", Handelsblatt (alman), 2020-04-23, 2021-03-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-10-26
  15. "The Husband-and-Wife Team Behind the Leading Vaccine to Solve Covid-19", The New York Times (ingilis), 2020-11-10, 2020-11-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-11-17
  16. Özlem Türeci's research while affiliated with Helmholtz Institut Mainz and other places (ingilis), ResearchGate, 2021-03-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-11-30
  17. Preisträger Vincenz-Czerny-Preis und deren Arbeiten (alman), Deutsche Gesellschaft für Hämatologie und Medizinische Onkologie, March 20, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  18. Ugur Sahin, Managing Director (Science and Research) of Translational Oncology at the University Medical Center of the Johannes Gutenberg University Mainz – Tron (ingilis), University of Birmingham, May 3, 2017 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  19. "Arxivlənmiş surət". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
  20. "Deutscher Nachhaltigkeitspreis: Startseite". Deutscher Nachhaltigkeitspreis (alman). March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2020.

Xarici keçidlər

П:  Tibb portalı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.