Özgül Saki
Özgül Saki (1967, Çaycümə, Zonquldak ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Özgül Saki | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İstanbul (2.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
Həyatı
Özgül Saki 1967-ci ildə Zonquldak ilinin Çaycümə ilçəsində anadan olub. 1990-cı ildə ODTÜ Təhsil Bölməsindən məzun olub. Kocaeli Universiteti Fənn və Ədəbiyyat Bölməsində magistr dərəcəsi alıb.[1]
Uzun illər müəllim olaraq çalışıb.[1] Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) üzvü olub. Daimi olaraq 8 Mart Feminist Gecə Yürüşlərinə və LGBTİ+ Yürüşlərinə qatılır.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının vəzifəsində təmsil olunub.[1]
İstinadlar
- TBMM. "Özgül SAKİ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.