Özbək (Eldəniz)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır.[1][2]
Sultan Müzəffərəddin Özbək (Özbəy) | |
---|---|
Atabəy Özbək (Özbəy) | |
| |
1210 – 1225 | |
Əvvəlki | Atabəy Əbu Bəkr |
Sonrakı | ləğv edilib Qızıl Arslan Xamuş (iddiaçı) |
Şəxsi məlumatlar | |
Doğum yeri | ? |
Vəfat tarixi | |
Vəfat yeri | indiki Culfa rayonu |
Milliyyəti | qıpçaq türkü |
Uşağı | ? |
Dini | Sünni İslam |
Hakimiyyəti
Gürcülərin hücumları
Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər.
Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Monqolların birinci hücumu
Onun hakimiyyəti zamanı (1221 ilin yanvarında) monqollar birinci dəfə Xorasan və İraqi-Əcəmdən keçərək Azərbaycan ərazisinə soxulurlar. Qarşılarına çıxan şəhər və kəndləri viran və talan edən monqollar Özbəkin iqamətgahı Təbriz şəhərinə hücum etsələr də, böyük təzminat müqabilində şəhəri tərk edirlər. Özbəyin monqollara danışıqları Təbrizi hücumdan xilas etməyi bacarır. O, monqolların istəyinə uyğun olaraq Azərbaycandakı Xarəzmşah qarnizonlarının yerlərini monqolara bildirir, onların bir hissəsini öldürtdürür, digər hissəsini isə monqollara təhvil verir.[3]
Özbəkin gürcü hökmdarına və başqa qonşu hakimlərə rəqibliyi unudaraq, ümumi düşmənə qarşı birgə vuruşmaq təklifi cavabsız qalır. Marağanı, Təbrizi, Ərdəbili, Sərabı ələ keçirib, viran və talan edən monqollar, Rəşidəddinin məlumatına görə, Naxçıvanı da viran və talan etməyə, əhalisini qırmağa başlayırlar. Yalnız Naxçıvan hakimi, Özbəkin oğlu Xamuşun monqollara boyun əyməsi qırğının dayandırılmasına səbəb oldu. Mənbələr qıpçaqların və gürcülərin, monqolların birinci yürüşündən sonra baş vermiş hücumları və Özbəkin tədbirləri haqqında da məlumat verir.
Gürcüstan hakiminin müqaviməti nəticə vermədi. Gürcüləri məğlub etdikdən sonra keçilməz meşələrlə qarşılaşan monqollar yenidən Azərbaycana qayıtdılar. Təbrizə hücumlarının qarşısın bu dəfə şəhər hakimi Şəmsəddin Tuğrayi aldı.[4] Suriyaya, oradan Həmədana gedən monqollar yenidən Azərbaycana geri döndülər və buradan 1221-ci ildə üçüncü dəfə Gürcüstana hücum etdilər. Demək olar ki, regiondakı bütün şəhərlər dağıdıldı. Sonda isə monqollar Dərbənd vasitəsiylə şimala keçib, öz vətənlərinə geri döndülər.[5]
Qıpçaqların hücumları
Monqolların getməsindən qısa müddət sonra Dərbənddən ölkəyə 30 minlik Qıpçak ordusu daxil oldu. Onlar Dərbənd hakimindən yaşamaq üçün yer istədilər, istəkləri rədd edildikdən sonra isə Dərbəndi tutub taladılar. Buradan Qəbələyə irəliləyib, o dövrdə Qəbələni ələ keçirən gürcülərlə toqquşsalar da, şəhəri ala bilmədilər. Özbəyin Gəncədəki əmir Qaş0Qara onlarla ilk əvvəldə vuruşsa da, sonradan gürcülərə qarşı dəstək almaq üçün Gəncə ətrafında yerləşdirdi. Lakin sonradan Qıpçaqlar soyğunçuluqla məşğul olmağa başladılar. Son nəticədə isə gürcülər, şirvanlılar və digərləri tərəfindən pərən-pərən salındılar və qovuldular. Bu zaman gürcü qoşunu Beyləqana hücum etdi. Şəhər monqollar tərəfindən dağıdılmışdı və sağ qala bilən şəhər sakinləri hələ indi müdafiə tikililərini bərpa etmək istəyirdilər. Gürcülər hücum edən zaman isə şəhərlilər həmişəki kimi bacla canlarını xilas edə biləcəklərini düşünürdülər. Lakin elə olmadı, gürcülər monqollardan da betər formada şəhəri yandırdılar. Bütün bunlar olarkən isə, Özbək şəhər əhalisinə yardım edir, çünki ancaq içki içmək və iyş-işrətlə məşğul olur.[6]
Xarəzmşahların yürüşləri
Özbəkin dövründə öz hücumları ilə ölkəni ağır vəziyyətə salan gürcülərdən başqa, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərlə, eləcə də Xarəzmşahlarla aparılan mübarizə şəraitində Atabəylər (Eldənizlər) dövləti zəifləyir. Özbək Xarəzmşah Məhəmmədin vassalı hesab olunmağa başlayır.
Onun hakimiyyəti zamanı (1221 ilin yanvarında) monqollar birinci dəfə Xorasan və İraqi-Əcəmdən keçərək Azərbaycan ərazisinə soxulurlar. Qarşılarına çıxan şəhər və kəndləri viran və talan edən monqollar Özbəkin iqamətgahı Təbriz şəhərinə hücum etsələr də, böyük təzminat müqabilində şəhəri tərk edirlər. Özbəkin gürcü hökmdarına və başqa qonşu hakimlərə rəqibliyi unudaraq, ümumi düşmənə qarşı birgə vuruşmaq təklifi cavabsız qalır. Marağanı, Təbrizi, Ərdəbili, Sərabı ələ keçirib, viran və talan edən monqollar, Rəşidəddinin məlumatına görə, Naxçıvanı da viran və talan etməyə, əhalisini qırmağa başlayırlar.[7] Yalnız Naxçıvan hakimi, Özbəkin oğlu Xamuşun monqollara boyun əyməsi qırğının dayandırılmasına səbəb oldu. Mənbələr qıpçaqların və gürcülərin, monqolların birinci yürüşündən sonra baş vermiş hücumları və Özbəkin tədbirləri haqqında da məlumat verir. 1224-cü ildə Eldənizlərin mülklərindən olan İraqi-Əcəmi tutmuş Xarəzmşah Məhəmmədin oğlu Qiyasəddin Pirşah Özbəkə alçaldıcı sülh bağlatdırıb, bacısı – Naxçıvan hakimi Cəlaliyyə ilə evlənirsə də, bu müvəffəqiyyəti qoruyub saxlaya bilmir. 1225-ci ildə Pirşahın qardaşı, Hindistandan yürüş etmiş Cəlaləddin Manqburnı İraqdan keçərək, Azərbaycan ərazisinə daxil olur və Marağanı tabe edir. Təbrizdəki iqamətgahın da olan Özbək Cəlaləddinin Marağaya hücumu haqqında məlumat aldıqda, şəhəri tərk edərək, əvvəl Gəncədə, sonra isə Naxçıvandakı Əlincəqalada sığınacaq tapır. Ölkənin idarəsi faktiki olaraq Özbəkin arvadı, sonuncu səlcuq sultanı III Toğrulun qızı Məleykənin əlinə keçir. Mənbənin məlumatına görə, Əlincə qalasında qalan Özbək kəbinli arvadı Məleykənin öz razılığı ilə Cəlaləddinə ərə getməsi xəbəri ona çatandan bir neçə gün sonra vəfat edir. Beləliklə, atabəy Özbəkin ölümü ilə Azərbaycan Atabəyləri dövlətinə son qoyulur. Şəmsəddin Eldənizin övladlarına tabe olan ərazilər Azərbaycanda, Arranda, Şirvanda və Gürcüstanda ağalıq edən xarəzmşah Cəlaləddin Manqburnının əlinə keçir.[8]
İstinadlar
- Luther, K. A. "Özbeg b. Muḥammad Pahlawān". 2019-03-31 tarixində arxivləşdirilib.
- Bosworth, C.E. (1995). "Özbeg b. Muḥammad Pahlawān". In Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Lecomte, G. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume VIII: Ned–Sam. Leiden: E. J. Brill. ISBN 978-90-04-09834-3
- Bünyadov, 2007. səh. 99
- Bünyadov, 2004. səh. 101
- Bünyadov, 2004. səh. 103
- Bünyadov, 2004. səh. 104
- Bünyadov, 2004. səh. 106
- Bünyadov, 2004. səh. 120
Mənbə
- Bünyadov Z. M., Azərbaycan Atabəyləri dövləti (1136–1225). B., 1985;
- Azərbaycan tarixi, 7 cild -də, c. 2, B., 1998;
- An – Nasavi Şixabad – Din Muxammed, Cizneopisanie sultana Celalad-Dina Mankburnı. B., 1973;
Xarici keçidlər
SƏLƏF Atabəy Əbu Bəkr |
Sultan Müzəffərəddin Özbək Atabəylər |
XƏLƏF süqutu |